|
2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri*****
1-Kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlıFəlsəfə imtahan sualları konspekti*****
1-Kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı
surətdə bir-birinə keçməsi qanunu (Kəmiyyətin
keyfiyyətə və əksinə keçməsi qanunu)
Hələ qədim dövrlərdə yunan filosofları diqqəti belə bir məsələyə cəmləşdirmişdirlər ki, lap az,
müəyyən vaxt hiss edilməyən bu və ya digər predmetin dəyişikliyi toplanaraq daha çox hiss olunan
dəyişikliyə çevrilə bilər. Deyək ki, qum təpəsindən qumun və ya adamın başından saçın azalması
tez – gec qum təpəsinin yox olmasına, adamın keçəl olmasına gətirib çıxarır. Həm də burda bir
vəziyyətdən digərinə keçidin sərhəddi dağınıqdır, tutulan deyil, digər hallarda bu sərhəd qəti hiss
olunur. Bu cür həyati, praktiki, sonra həm də elmi misallar çox gətirmək olar. İdman və peşə
ustalığı, savadlılıq, ağıllılıq zərrədən toplanır, sonra isə hiss olunur. Qocalıq insana gizlincə
yaxınlaşır. Alkoqol və ya narkotik maddələrin təsadüfən, bir dəfə istifadə edilməsindən
alkoqolizmə, narkomaniyaya gətirib çıxarır. Keçid sərhəddi hiyləgərdir (qəddardır). İstehsalın
ətraf mühitə ziyanlı təsiri tədricən toplanır. Hegel bu cür dəyişiklikdə sadəcə olaraq maraqlı
hadisəni deyil, kəmiyyət dəyişikliyinin keyfiyyətə keçməsi qanunun adını alan ən ümumi
qanunauyğunluğu gördü.
Dostları ilə paylaş: |
|
|