2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə99/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   95   96   97   98   99   100   101   102   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Keyfiyyət və kəmiyyət-Keyfiyyət –
 predmetin (hadisə, proses) elə müəyyənliyidir ki, ona xas olan 


 
85 
xassələrin  məcmusuna  malik olan  və onunla eyni  tipli predmetlər sinfinə  aid olan  verilmiş (bu) 
predmet  kimi  onu  xarakterizə  edir.  Keyfiyyət  müəyyənliyini  itirərkən  predmet özü olmağından 
çıxır,  onun  başqa  predmetlər  sinfinə  aid  olmasını  müəyyən  edən  yeni  xüsusiyyət  kəsb  edir. 
Məsələn,  əriyən  filiz  şlak  və  metala  çevrilir,  yeniyetmə  böyüyərək  gəncə,  gənc  –  kişiyə,  kişi  – 
qocaya çevrilir, qəsəbə böyüyüb şəhər ola bilər və.s.
 
Kəmiyyət 
–  hadisə, predmet, proseslərə xas olan xassələrin  inkişafının  və  ya  intensivliyinin 
(səmərəliliyinin) mərhələsinin, böyüklükdə və sayda ifadə olunan xarakteridir. Pifaqorçuların və 
onların  digər  sələflərinin  fiklərini  ümumiləşdirərək  Aristotel  izah  edirdi:  “Kəmiyyət  tərkib 
hissələrə bölünəndir, bu bölünənlərin hər biri - onlar iki və ya çox olsa da - öz təbiəti etibarıilə nə 
isə bir şeydir. Hər cür kəmiyyət - əgər o hesablanan, böyüklüyü (həcmi) – dəyişəndirsə o çoxdur”. 
Bu  fəlsəfi  fikir  bizim  üçün  vərdiş  edilən  olmasa  da  onun  mənasını  anlamaq  çətin  deyildir: 
kəmiyyətə  şeylərin  o  xarakteri  aid  edilir  ki,  o  hesablanma  (ölçüyə)  və  riyazi  ifadə  üçün 
mümkündür. 
Keyfiyyətcə  müxtəlif  predmetlərin  “bərabərləşdirilməsi”,  onların  bir  sıra  vahidə  gətirilməsi 
ölçməni 
mümkün edir. Bu və ya başqa həcmin ölçülməsi müvafiq ölçü vahidinin qurulmasını tələb 
edir.  Məsələn,  metr  –  uzunluq  vahidi,  kiloqram  –  kütlə  vahididir.  Heç  nə  ölçməyə  yoxdursa  - 
deməli  onda  cəmlənən  vahidin  kəmiyyətini  müəyyənləşdirmək  lazımdır.  Predmetlərin, 
hadisələrin,  proseslərin  kəmiyyət  xarakteri  ictimai  praktikada:  istehsalın  planlaşdırması  və 
maliyyələşdirilməsində, tikintidə, sosial inkişafda, nəqliyyatın hərəkət cədvəlini tutarkən, əhalinin 
siyahıya alınmasında və s. geniş tətbiq olunur. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə