2 Hü 1q quqi şəxs olan Borcalan/Zamin tərəfindən təqdim edilən sənədlər



Yüklə 23,73 Kb.
Pdf görüntüsü
tarix22.03.2024
ölçüsü23,73 Kb.
#182132
senedlerin-siyahisi-biznes



2)

1q
quqi şəxs olan Borcalan/Zamin tərəfindən təqdim edilən sənədlər: 
 
1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə; 
2. Hüquqi şəxsin nizamnaməsi
3. Son 12 ay ərzində digər banklarda açılmış cari hesablarında olan pul vəsaitlərinin dövriyyəsi 
haqqında çıxarış (aylara bölünməklə); 
4. Borcalana zaminliyin təqdim edilməsinə və hüquqi şəxsin nümayəndəsinə zaminlik 
müqaviləsinin bağlanması səlahiyyətlərinin verilməsinə dair qərarların qəbul edilməsi haqqında 
hüquqi şəxsin ali idarəetmə orqanının iclasının protokolu (həmin səlahiyyətlərin hüquqi şəxsin 
digər idarəetmə orqanına məxsus olduğu təsis sənədlərində (nizamnaməsində) nəzərdə 
tutulmadığı hallarda). 
BANKA TƏQDİM EDİLƏN SƏNƏDLƏRİN SİYAHISI
1)
 
Fərdi sahibkar və ya fiziki şəxs olan Borcalan/Zamin tərəfindən təqdim edilən sənədlər: 
1. Borcalanın Bank tərəfindən təsdiq edilmiş formada kredit sifarişi; 
2. Şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd); 
3. Gəlirlər haqqında arayış: 

fiziki şəxslər üçün: tutduğu vəzifə və faktiki gəlirləri haqqında iş yerindən arayış; 

fərdi sahibkarlar üçün: dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti və vergi orqanının 
qeydi ilə son 2 rüb üzrə bəyannamə; 
4. 18 yaşından 26 yaşınadək olan kişi vətəndaşlar üçün hərbi xidmətin keçməsinə, müddətli həqiqi 
hərbi xidmətə çağırışa möhlət verilməsinə və ya çağırışdan azad edilməsinə dair müvafiq sənəd. 

 
3) Fiziki şəxs olan İpoteka qoyan tərəfindən təqdim edilən təminat üzrə sənədlər:
1. Daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd/ARDYP tərəfindən verilmiş 
avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; 
2. İpoteka qoyanın yaşayış yeri (ipoteka qoyulan əmlakın yerləşdiyi ərazi) üzrə müvafiq dövlət 
orqanından (MİS-dən (Mənzil İstismar Sahəsi), yerli İcra nümayəndəliyindən və s.) ailə tərkibi 
(yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər) haqqında Arayış (Forma № 2); 
3. Daşınmaz əmlakın ipoteka qoyulmasına İpoteka qoyanın ərinin/arvadının razılığı, həmçinin 
əmlakın digər birgə mülkiyyətçilərinin və yaşayış təyinatlı daşınmaz əmlakda qeydiyyatda olan 
şəxslərin razılığı / nəqliyyat vasitəsinin ipoteka qoyulmasına İpoteka qoyanın ərinin/arvadının 
razılığı; 
4. Bankl a zəruri müqavilələrin imzalanmasından sonra və Borcalana kreditin verilməsindən
əvvəl :
əmlakın Bankda ipotekada olması barədə Daşınmaz əmlakın Dövlət reyestrinə qeydin daxil 
edilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd / ARDYP tərəfindən verilmiş 
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (avtonəqliyyat vasitəsinin Bankda ipotekada 
olmasına dair qeydlə). 
 
4) Hüquqi şəxs olan İpoteka qoyan tərəfindən təqdim edilən təminat üzrə sənədlər:
1. Daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd/ARDYP tərəfindən verilmiş 
avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; 
2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə (İpoteka qoyan qismində Borcalanın çıxış 
etdiyi hallar istisna olmaqla); 
3. Hüquqi şəxsin nizamnaməsi (İpoteka qoyan qismində Borcalanın çıxış etdiyi hallar istisna 
olmaqla); 
4. Bankla zəruri müqavilələrin imzalanmasından sonra və Borcalana kreditin ver ilməsindən
əvvəl :


əmlakın Bankda ipotekada olması barədə Daşınmaz əmlakın Dövlət reyestrinə qeydin daxil 
edilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd / ARDYP tərəfindən verilmiş 
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (avtonəqliyyat vasitəsinin Bankda ipotekada 
olmasına dair qeydlə) .
 
 
5) Zərurət olduqda Bankın tələbi ilə digər sənədlər təqdim olunmalıdır, o cümlədən:
1. Borcalanın ailə üzvlərinin gəlirləri haqqında arayışlar; 
2. Borcalanın ailə vəziyyəti haqqında VVADQ (Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət 
Qeydiyyatı) orqanından arayış; 
3 Borcalanın yaşayış yeri üzrə Müivafiq dovlət orqanlarmdan (MiS-dən (Mənzil istismar
Sahəsi), yerli icra niimayəndəliklərindən və s.) aib tərkibi haqqnda arayış (Forma 2).
4. Hüquqi şəxslər 
üçün - cari tarixə Hüquqi 
şəxslərın Dov
lət Reyestrindən cıxarış.
Qeyd:
Azərbaycan Respublikasmm qüvvədə alan qanunvericiliyi ila digər qayda nəzərdə tutulmayıbsa, 
gəlirlər haqqında arayışlar verildiyi tarixdən yalnız 30 təqvim günu ə
rzində 
Banka təqdim oluna bilər.

Yüklə 23,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə