- 92 -
UOT 638.138.1
MEHRİBAN ƏLİZADƏ
ARKTN-nin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun
GÜLNARA HACIYEVA
GƏNCƏ-QAZAX BÖLGƏSİNDƏ BAL VERƏN BİTKİLƏRİN ÇİÇƏK TOZUNUN
ÖYRƏNİLMƏSİ
Açar sözlər: arı, çiçək tozu, nektar, ballı bitkilər, tozcuq.
Key words: Dust of bee, flower, nectar, honeyed plants, pollen.
Ключевые слова: медоносная пчела, цветочная пыльца, нектар, медоносные
растения, пыльца.
Təbii landşaftın bütün komponentləri kimi,Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun
torpaqları da olduqca müxtəlif və rəngarəng olduğu kimi bitki örtüyü də fərqlidir. Təbii landşaftın
əsas iki amili Gəncə-Qazax bölgəsində torpaq əmələ-gəlmə prosesində fəal iştirak etməklə yanaşı,
onların münbitliyinə böyük təsir göstərən bitki örtüyünün xarakterini, yayılması xüsusiyyətlərini,
həmçinin torpaqların ekoloji şəraitini müəyyənləşdirir.
Ədəbiyyatlardan məlundur ki, Respublikamızın təbii iqlim şəraiti, nektar ifraz edən, çiçək
tozu verən bitkilərin çoxluğu və müxtəlifliyi kənd təsərrüfatında arıçılığın inkişaf etdirilməsi üçün
əlverişli mühit yaratmışdır. Belə ki, mövcud 4200 bitki növünün 15-17%-i
bal və çiçək tozu verən
bitkilərdir .
Onu da qeyd etmək yerinə düşər ki, arıçılıq üçün əhəmiyyətli
olan bitki müxtəlifliyinin
böyük faizi bu bölgənin payına düşür və bu nektarlı bitkilərin tozcuq hüceyrələrinin öyrənilməsinin
özü isə çox əhəmiyyətli məsələlərdən biridir. Balın tərkibində olan
tozcuq hüceyrələrinin
aşkarlanması və təyin olunması da bu proseslə bilavasitə əlaqədardır.
Məlumdur ki, hər bir çiçək tozunun özunəməxsus xüsusiyyəti bitki taksonuna görə dəyişir.
Buna görə də çiçək tozunun quruluşunun və formasının müxtəlif olması, onlara mikroskop altında
baxılan zaman müxtəlif bitki taksonlarına aid olduğu aydın görünür.
“Polen” (çiçək tozu) sözünü ilk dəfə 1760-ci ildə İsveçli botanik Linney istifadə etmişdir
(latıncada polen "incə toz, un" mənasını verir).
Nektar və çiçək tozu toplayan arılar, çiçəkli bitkilər ilə eyni zamanda təkamül etmişlər.
Arılar çiçək tozunu bir çiçəkdən digərinə transfer edərək bitkilərin tozlanmasını təmin edirlər. Digər
tərəfdən də çiçək tozlarını öz pətəklərində anbar edərək özlərini zülalla, lazımlı mineral və
vitaminlərlə təmin etmiş olurlar .
Qədim zamanlarda çiçək tozu, Yunanlar, Misirlilər, Farslar, Çinlilər və Amerikanın yerli
əhalisi tərəfindən istifadə olunduğu təxmin edilir. Həmçinin çiçək tozunun istifadəsi ilə bağlı
olduqca az məlumat var. Dövrümüzə qədər gəlib çıxmış ən qədim məlumatlarda çiçək tozunun
İspaniyada, Ərəb və Yəhudi həkimlər tərəfindən dərman vasitəsi kimi istifadə edildiyi deyilir.
Misirdə yəhudi bir həkim olan Maimonides (1135-1204), çiçək tozunu sakitləşdirici bir vasitə
olaraq tövsiyə etmişdir. XII əsrin əvvəllərində İbn əl-Beithar çiçək tozunu bir afrodizyak və eyni
zamanda mədə, bağırsaq və ürək üçün faydalı məhsul olduğunu yazmışdır .
Çiçək tozu, bal arılarının inkişafı, fəaliyyəti üçün gərəkli qida maddəsidir. Bundan başqa
müxtəlif böcəklərin, quşların, yarasaların və bəzi məməlilərin çiçək tozunu qida maddəsi kimi
istifadə etdiyi məlumdur.
Çiçək tozcuğu çiçəkli bitkilərin erkək cinsi hüceyrələridir. Rəngi əsasən sarı və sarıya çalan
rənglər olmaqla bərabər qara, qırmızı, bənövşəyi, mavi və s. olur. Arılar üçün çiçək tozu zülal
mənbəyidir. Tərkibində bitkinin növündən asılı olaraq zülal, amin turşuları, yağ, karbohidrat,
vitamin, mineral maddələr, aromatik maddələr, su və digər təsbih edilməməiş maddələrdən
ibarətdir. Arıların, sürfələrinin yetişdirilməsi və ailənin güclənməsi üçün çiçək tozuna çox
ehtiyacları vardır. Çiçək tozu eyni zamanda insanın qidalanmasında çox önəmli olub qan-damar