2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə28/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   24   25   26   27   28   29   30   31   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

7. Kelt dilləri qrupu
Kelt dilinin xüsusiyyətlərini özündə saxlayan dillər 
kelt dilləri qrupunu təşkil edir. İndiyə qədər dörd kelt dili 
yaşamaqdadır.
Kelt dilləri iki yarımqrupa bölünür:
a) Kelt dillərinin rael yarımqrupuna iki dil daxildir: ir-
land və şotland dilləri.
1) İrland dili kelt dillərinin ən çox yayılmışıdır. Bu 
ədəbi dildən İrlandiyada və başqa bir sıra yerlərdə 
istifadə olunur. Yazılı abidəsi IV əsrə aiddir. Hazırda 
latın qrafikalı əlifbaları mövcuddur.
2) Şotland dili irland dilinə çox yaxındır. Bu dil XVI 
əsr dən ədəbi dil kimi formalaşmışdır. Latın əlifbasın-
dan istifadə olunur.
b) Kelt dilinin brit yarımqrupunu da iki dil təşkil edir:
1) Breton dili Breton yarımadasında (Fransa) yaşayan-
ların doğma dilidir.
2) Uels dili İngiltərənin qərbində işlənilir. Uelslər ABŞ-
da da yaşayır və öz dillərini saxlayırlar.
8. Yunan dili qrupu
Yunanıstanın dövlət dilidir. Bu dilin üç variantı vardır:
1) Qədim yunan dili – eradan əvvəl X əsrdən bizim era-
nın VI əsrinə qədər işlənilmişdir. Qədim yunan di-
linin bir çox dialekti olmuşdur. Bizim eraya qədər 
IV əsrdə attika dialekti əsasında ümumi ədəbi dil 
formalaşmışdı.
2) Orta yunan, yaxud Vizantiya dili – VI əsrdən XVI əsrə 
kimi Vizantiyanın ədəbi dövlət dili kimi işlənilmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
50
3) Yeni yunan dili – XVI əsrdən başlayaraq fəaliyyətdədir.
Yunan dilinin ən qədim abidəsi bizim eradan əvvəl IX 
əsrə məxsusdur.
9. Alban dili qrupu
Bu dil Albaniya Respublikasında dövlət dili kimi işlə-
nilir. Alban dilinin iki dialekti vardır: qeqiy və tosk dialek-
ti. Alban dilində yazılı abidə XV əsrə aiddir.
10. Erməni dili qrupu
Erməni dili Ermənistan Respublikasının dövlət dili-
dir. Bunun iki variantı mövcuddur:
1) Qrabar qədim erməni dili;
2) Aşxarabar – müasir erməni dili.
Bu dillər bir-birindən çox fərqlənir. V əsrdə erməni 
əlifbası yaradılmışdır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə