2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə26/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   22   23   24   25   26   27   28   29   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. German dillərinin şimal yarımqrupuna, eyni za-
manda “Şimali german dilləri”, yaxud “Skandinaviya dil-
ləri” də deyilir. Bu yarımqrupu İsveç, Norveç, İsland, Dani-
marka və Farer dilləri təşkil edir.
1) İsveç dili İsveçin dövlət dilidir. Onun bir sıra dialekti 
vardır. Ən fərqli dialektləri bunlardır: svey, norland, 
get, qutni dialekti. Bu dilin yazılı abidələri runi xətlə 
VIII–IX əsrlərə məxsusdur.
2) Danimarka dili danimarkalıların rəsmi dilidir. Bu dilin 
üç dialekti xüsusi olaraq fərqlənir: selland, yut və şon 
dialektləri.
Danimarka dilinin yazılı abidəsi IX əsrə aiddir və runi 
xətlə yazılmışdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
46
3) Norveç dili Norveçin rəsmi dilidir. İki mühüm dialekti 
nəzəri cəlb edir: a) Qərbi Norveç dialekti və b) Şərqi 
Norveç dialekti.
Norveç dilinə Danimarka dilinin böyük təsiri olmuş-
dur. Bunun nəticəsində Norveç ədəbi dilinin iki variantı 
meydana gəlmişdir: riksmol və landsmol ədəbi dili. Ədəbi 
dilin riksmol (riksmol) variantı Danimarka dilinin təsirin-
də yaranmışdır. Landsmol (landsmal) ədəbi dili isə xüsusi 
norvec dili vasitələri əsasında formalaşmışdır.
Norveç dilinin yazılı abidəsi runi xətlə XII əsrə aiddir. 
İndiki yazısında latın qrafikasından istifadə olunur.
4) İsland dili İslandiyanın rəsmi dilidir. Bu dil norveç di-
linə daha yaxındır. Yazılı abidəsi XII əsrdən məlum-
dur. Müasir yazı sistemində latından istifadə olunur.
5) Farer dili Farer adalarının dilidir. Bu dil norveç dilinə 
yaxındır. German dillərindən qot dili, vandal dili və bur-
qund dili müəyyən dövrdən sonra ölü dillər cərgəsinə 
keçmişdir.
6. Roman dilləri qrupu
Bütün roman dillərinin yaranmasında latın dili əsas 
olmuşdur. Latın dili ilk dəfə Rimdə (Romada) və onun ət-
rafında kiçik ərazidə işlənilmişdir. İtaliyanın həmin əra-
zisi Latium adlanırdı. Latın dili adı da oradan meydana 
gəlmişdir.
Romalılar get-gedə gücləndikcə İtaliya sərhədlərin-
dən kənara çıxmış və bir sıra ölkələrə daxil olmuşlar. Ro-
malıların ələ keçirdikləri ölkələrdə romanlaşma getdikcə 
latın dilinin geniş yayılmasına da şərait və imkanlar ya-
ranmışdır. Latın dili bütün İtaliyada yayılanda qədim və 
zəngin mədəniyyətli etruskların dilinə güclü təsir edib onu 
sıradan çıxarmışdır. Sonralar Roma imperiyası Fransanın 
ərazisinə, Pireney yarımadasına daxil olduqda latın dili 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
47
daha da yayılmış, bu zaman kelt dilini, İspaniyada isə iber 
dillərini sıxışdırmışdır.
Romalıların qəsbkarlıqları zamanı ayrı-ayrı ölkələrin 
xalqları latın dilini işlədərkən öz doğma dillərini də unut-
mamışlar. Belə bir prosesdə tədricən roman dilləri forma-
laşmağa başlamış və nəticədə aşağıdakı qohum dillər ya-
ranmışdır: italyan dili, fransız dili, ispan dili, provansal dili, 
katalon dili, sardin dili, portəgiz dili, retoroman dili, rumın dili, 
moldav dili. Bu dillərin hər birinin özünəməxsus əlamətləri, 
yaranma tarixi və inkişaf yolu vardır.
1) İtalyan dili İtaliya dövlətinin rəsmi dilidir. Bu dilin 
20-dən çox dialekti vardır. Başlıca dialektləri bun-
lardır: toskan, sicilian, neapolitan, emilian, pemont, 
lombard. İtaliya ədəbi dilinin əsasını toskan dialekti 
və Florensi şəhərinin ləhcəsi təşkil edir. Yazılı abidəsi 
X əsrə aiddir.
2) Fransız dili Fransanın dövlət dilidir. Bununla bərabər 
fransız dilindən Belçikada, İsveçrədə və digər bir sıra 
ölkələrdə də istifadə olunur.
Fransız dilinin bir neçə dialekti vardır: normand, val-
lon, lomarinq, pikard, burqund və s. Ədəbi dili Paris 
dialekti əsasında formalaşmışdır. Qədim yazılı abidə-
si IX əsrə aiddir. Yazısı latın üzərində qurulmuşdur.
3) İspan dili İspaniyanın dövlət dilidir. İspan dilinin bir 
çox dialekti mövcuddur: kastil, leon, asturi, andaluz. 
İspan ədəbi dilinin əsasını kastil dialekti təşkil edir. 
Yazılı abidəsi XII əsrə aiddir. Yazı sistemi latın qrafi-
kasına əsaslanmışdır.
İspan dili roman dillərindən ən geniş yayılmışıdır. Bu 
dildə 300 milyon danışan vardır. İspan dilindən aşağıda 
göstərilən ölkələrdə istifadə olunur:
1) İspaniyada,

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə