2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə23/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   19   20   21   22   23   24   25   26   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. İran dilləri qrupu
Hind-Avropa dilləri ailəsində bu dil qrupu öz qədim-
liyinə və tərkibinə görə xüsusi mövqeyə malikdir.
İran dillərinin təşəkkül və inkişaf tarixinin üç dövrü 
olmuşdur:
1. Qədim İran dilləri;
2. Orta İran dilləri;
3. Yeni İran dilləri.
Qədim İran dövrü dedikdə e.ə. II minillikdən başlamış 
bizim eraya qədər IV-III əsrlər nəzərdə tutulur. Bu dövrdə 
qədim İran dillərinə midiya, qədim fars, skif və “Avesta”nın 
dili daxildir. “Avesta” dini mətnlərdən ibarətdir.
Orta İran dövrü IX əsrə qədəri əhatə edir. Bu dövrdə 
orta İran dillərinə pəhləvi, soqdi, qədim osetin, Xarəzm dili aid-
dir. Pəhləvi dili Sasani dövrünün (bizim eranın 226–625-ci 
illəri) dövlət dili olmuşdur. Buna görə də pəhləvi dili həm 
də Sasani-pəhləvi dili adlanır. Soqdi dilinin yazılı abidələri 
II–III əsrə məxsusdur (Soqdilər Orta Asiyada yaşamışlar). 
Qədim osetin dili soqdi dilinə çox yaxın olmuş, bəzi genetik 
cəhətlər uyğun şəkildə özünü göstərmişdir. Xarəzm dilinin 
izləri soqdi və qədim osetin dillərində müşahidə olunmuş-
dur. Xarəzm dilinin yazılı abidəsi eramızın III əsrinə aiddir.
Yeni İran dillərinin tarixi IX əsrdən götürülür. Müasir 
İran dilləri qrupuna aşağıdakı dillər daxildir:
1. Fars dili İran dövlətinin rəsmi dilidir. Bu ədəbi dilin 
yazısı ərəb qrafikası əsasında qurulmuşdur. Müasir 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
41
fars dilinin bir neçə dialekti vardır: Şiraz, Sinvend, 
Kaşan, Mazandaran və s.
2. Tacik dili taciklərin milli dilidir. Bu dildən Tacikistan-
da və Əfqanıstanda istifadə olunur.
3. Əfqan dilinə puştu dili də deyilir. Puştuların ədəbi dili 
Əfqanıstanın dövlət dilidir. XVI əsrdən yazılı abidəsi 
mövcuddur.
4. Osetin dili Qafqazda məskunlaşmış osetin xalqının 
dilidir. Osetinlərin bir hissəsi Rusiya ərazisində 
(Qafqazın şimalında), digər hissəsi isə Gürcüstanda 
yaşayır.
5. Beluc dili beluc xalqının doğma dilidir. Bu dildən 
Belucistanda rəsmi ünsiyyət vasitəsi kimi istifadə 
olunur.
6. Kürd dili kürd millətinin dilidir. Kürdlər İraq, İran, 
Türkiyə və başqa bir sıra yerlərdə yaşayırlar.
7. Tat dili tatların dilidir. Tatlar Azərbaycanın əsasən 
Dəvəçi, Quba-Şamaxı rayonlarında və Abşeron yarım-
ada sında yaşayırlar.
8. Lahıc dili lahıcların dilidir. Lahıclar Azərbaycanın əsa-
sən İsmayıllı rayonu ərazisində, Gürcüstanın Qaspi 
rayonunda məskunlaşmışlar.
9. Talış dili talışların doğma dilidir. Bu dildən Azərbay-
canın Lən kə ran-Astara zonasında yaşayan talışlar isti-
fadə edirlər.
Müasir İran dillərinə yaqnob dili və Pamir dağların-
dakı dillər də daxildir: şuqnan, ruşan, vaxan, sarıkol, yazgül, 
işkaşim və sair. Pamir dilləri yazıya malik deyildir. Bu dil-
ləri bəzi alimlər dialekt hesab edirlər.
İran dilləri qrupu genetik ümumilik baxımından hind 
dilləri qrupu ilə çox yaxındır. Buna görə də bu dilləri bir-
ləşdirərək “hind-İran dilləri” kimi də adlandırmışlar.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
42

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə