2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə20/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   16   17   18   19   20   21   22   23   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

”Böyük“ ana dillər:
1) yunan
3) german
2) latın
4) slavyan
“Kiçik” ana dillər:
1) alban
5) tatar
2) irland
6) bask
3) breton
6) bask
4) fin
Skaligerin əsərində bu dillərin qohumluğu göstəril-
mir. Onun fikrincə, bu ana dillərin hər biri müstəqil, əlaqə-
si olmayan dil qruplarıdır. Bununla yanaşı, o, german dil-
lərinin qohumluğunu açmış, alman dilinin yuxarı və aşa-
ğı dialektlərinə məxsus bir sıra əlamət və xüsusiyyətləri 
müəyyənləşdirə bilmişdir.
XVII əsrdə dillərin daha geniş təsnifi Vilhelm Leybnis 
(1646–1716) tərəfindən verilmişdir. Leybnis müşahidə et-
diyi dilləri iki böyük ailəyə bölmüşdür:
1. Aramey dilləri (sami dilləri).
2. Yafəs dilləri.
Müəllif Yafəs dillərini iki qrupa – skif və kelt qrupuna 
ayırıb, onlara məxsus dilləri göstərmişdir.
Skif qrupuna aşağıdakı dillər aid edilmişdir:
1) fin dilləri,
2) türk dilləri,
3) monqol dilləri,
4) slavyan dilləri.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
36
Göründüyü kimi, bu təsnifdə qeyri-dəqiqliyə yol ve-
rilmişdir. Belə ki, türk dillərinin qeyri-dillərlə, o cümlədən 
slavyan dilləri ilə qohum olduğu göstərilmişdir.
XVIII əsrdə dillərin qohumluğuna dair istər birbaşa, 
istərsə də dolayısı ilə müəyyən fikirlər irəli sürülmüşdür. 
Əsrin II yarısından başlayaraq bu problemin öyrənilmə-
sinə diqqət artmışdır. Vilyam Cons (1746–1794) sanskritcə 
əlyazmaları izləmiş, oradakı bir çox sözün yunan və latın 
dillərində uyğun gəldiyini müəyyən etmiş, bu dillərin qo-
hum olduğu fikrini irəli sürmüşdür.
XIX əsr bu problemin tarixində əhəmiyyətli mərhələ 
təşkil edir. Həmin əsrin əvvəllərindən dillərin qohumlu-
ğuna dair əsl işlər aparılmışdır. 1816-cı ildə Frans Bopp 
(1791-1867) sanskriti yunan, latın və qot dili ilə müqayisə 
etmişdir. Bu müqayisədə tarixi istiqamətdə aparılaraq dil-
çilikdə tarixi-müqayisəli metoddan istifadənin əsası qo-
yulmuşdur. Həmin metoddan Rasmus Rask, Yakob Qrimm, 
Aleksandr Vostokov da istifadə etmişdir.
Dillərin öyrənilməsində tarixi-müqayisəli metod çox 
faydalıdır. Bu metodla dillərin qohumluğu, onların əmələ-
gəlmə və inkişaf yolları anadil (protodil) dövrünə məxsus 
səs, söz, şəkilçi və cümlələrlə müəyyənləşdirilir, onların 
qədim şəkli bərpa edilir. Bu metod qohum dillərin eyni 
mənbədən törəndiyini aydınlaşdırmağa geniş imkan ya-
radır. XX əsrin I yarısından başlayaraq dillərdə qohum-
luq axtarışları elmi şəkildə davam etdirilmişdir. Bu əsrdə 
bir çox dillər tədqiq olunmuş, mövcud bölgülərə əlavələr 
edilmişdir.
Genealoji bölgüyə görə, müəyyən qohum dillərin 
cəmi dil ailəsi təşkil edir. Dil ailəsi böyük və kiçik ola bilər. 
Böyük dil ailələri bir çox dildən ibarət olur.
Buna geniş dil ailəsi də deyilir. Az miqdarda dilin qohum-
luğu əsasında müəyyənləşmiş dil ailəsi kiçik hesab edilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
37
Bir ailəyə daxil edilən dillərin qohumluq dərəcəsi eyni 
olmur. Elə buna görə də dil ailələri yaxın və uzaq qohum-
luğa əsasən qruplara ayrılır. Dil qrupu içərisində fərqlənən 
dillər yarımqruplar şəklində müəyyənləşdirilir. Bunlar 
bir-birinə daha yaxın olur.
Dillərin genealoji bölgüsü elmi mahiyyətlidir. Bu böl-
gü morfoloji təsnifə nisbətən daha əhəmiyyətlidir. Genea-
loji təsnifin zəif və çatışmayan cəhətləri də vardır. İndiyə 
kimi bir sıra dillərin yeri, qohumluğu hələ dəqiqləşdiril-
məmiş qalmaqdadır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə