Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
10
“Hayıf ki, yoxdur” qoşmasından
götürülmüş nümunələrə
nəzər yetirək:
Canə sən candan nə kim gəlsə, cigər gər ağrımaz,
Haqq bilir, bir zərrə nəştərdən damarlar ağrımaz.
Şaha mehrindənmidir, ya aşinalıqdanmıdır,
Cismimi sər ta qəməm min göz yararlar, ağrımaz... (İ.Nəsimi)
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur.
Ucu tər cıqqalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur. (M.P.Vaqif)
Göründüyü kimi, müasir Azərbaycan
dili ilə müqa-
yisə edildikdə XIV əsrə aid parçada arxaikləşmiş leksik va-
hid və qrammatik formalar daha çoxdur. Lakin XVIII əsrə
aid nümunə müasir Azərbaycan dilindən bir o qədər də
fərqlənmir və hazırkı dilimizə daha yaxındır.
Buna görə
də biz müasir Azərbaycan dili dedikdə, Vaqif dövründən
başlamış bu günə qədərki dili nəzərdə tutmalıyıq. Deməli,
müasir dil anlayışı üçün əsas meyar hər hansı bir dilin
çə-
tinlik çəkilmədən, asan başa düşülməsidir.
Dostları ilə paylaş: