Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
61
V. PALEOAZİ (QƏDİM AZI) DİLLƏRİ AİLƏSİ
Sibirdə, Saxalin və Aleut adalarında yaşayan bir çox
azsaylı xalqların ünsiyyət vasitələri qədim azi (paleoazi)
dilləri adlanır. Qədim azi dilləri hesab edilən dillərdə arxa-
ik quruluş daha çox mühafizə olunmaqdadır. Bunların bə-
zisi inkorporlaşan dillər qrupuna aiddir.
Paleoazi dilləri
ailəsi iki başlıca qrupa ayrılır:
1. Çukot-kamçat dilləri qrupu. Bu qrupu aşağıdakı
dil lər təşkil edir: çukot (luoravetlan), kamçadal (itel-
man), koryak (nımılan), odul (yukagir), nivx (gilyak),
ket, kerek. Bunlardan çukot, kamçadal və koryak dil-
lərinin qohumluğu daha geniş öyrənilmişdir.
Dostları ilə paylaş: