2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə66/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   62   63   64   65   66   67   68   69   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

F.E.KORŞ (1910). Korşun təsnifi ənənəvi olaraq coğ-
rafi prinsip üzərində qurulmuşdur
1
. Burada həmin prin-
sipə uyğun gəlməyən maddə də vardır. Belə ki, bəzi dillər 
sadəcə olaraq qarışıq dillər adlandırılmışdır.
F.E.Korş bütün türk dillərini 4 qrupa bölür:
1. Şimal türk dilləri qrupu – Altay, başqırd, qırğız dili, 
Qafqaz türklərinin və Kazan tatarlarının dili.
2. Şərq türk dilləri qrupu – Orxon-Yenisey, kuman- 
qıpçaq, uyğur, cağatay, qaraqaş, kaybol dili.
3. Qərb türk dilləri – Azərbaycan, osmanlı, türkmən, 
qaqauz dili.
4. Qarışıq türk dilləri qrupu – Altay, çuvaş, yakut, Tür-
küstan (özbək) dili.
F.Korş bir neçə leksik vahidin bu dillərdə necə işləndi-
yinin də müqayisəsini vermişdir. Məsələn, “dağ” və “sarı” 
sözlərinin şimal qrupunda “tau” və “sarı”, qərb qrupunda 
isə “dağ” və “sarıq” formasında işləndiyini göstərmişdir.
1
Ф.К.Корш. Классификация турецких племен по языкам. “Этнографическое обоз ре-
ние”, M., 1910.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
115
A.N.SAMOYLOVİÇ (1922). A.Samoyloviç türk dil-
lərinin təsnifi

üçün fonetik və morfoloji əlamətləri əsas 
götürmüşdür. O, altı söz seçib (ayaq, dağ, sarı, doqquz, 
o, qalan) müqayisə etmişdir. Bu müqayisədə alınan 
fərqlərə uyğun olaraq bütün türk dillərinin 6 qrupda 
təsnifıni vermişdir:
1. Bulqar, yaxud çuvaş qrupu – qədim bulqar dili, müa-
sir çuvaş dili.
2. Uyğur, yaxud şimal-şərq qrupu. Bu qrupu üç yarım-
qrupa bölmüşdür:
a) d yarımqrupu – Orxon-Yenisey abidələrinin dili, 
qədim uyğur dili, müasir dillərdən – salar, tuvin, qaraqas;
b) z yarımqrupu – sarı uyğurların dili, şor, xakas dili.
c) t yarımqrupu – yakut dili.
3. Qıpçaq, yaxud şimal-qərb qrupu. Müəllif bu qrupu iki 
yarımqrupa bölür:
Birinci yarımqrup – Altay, başqırd, karaim, qara-
çay-balkar, qırğız, qumuq, tatar dilləri;
İkinci yarımqrup – qazax, noqay dili.
4. Cağatay, yaxud cənub-şərq qrupu – qədim cağatay, 
özbək, qaratatarlar və Çin Türküstanının dili.
5. Qıpçaq türkmən, yaxud orta qrupu – Xarəzim özbək-
lərinin danışığı.
6. Türkmən, yaxud cənub-qərb qrupu – Azərbaycan, 
türk, türkmən və qaqauz dili.
A.N.Samoyloviçin bölgüsü ən geniş yayılmış və bunu 
müdafiə edən çox olmuşdur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə