2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə74/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   70   71   72   73   74   75   76   77   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

4. TÜRKMƏN DİLİ
Türkmən xalqı oğuz qəbilələrindən əmələ gəlmişdir. 
Türkmənlərin doğma yurdu – başlıca yaşayış yeri Xəzər 
dənizinin cənub-şərqində yerləşən və Türkmənistan adla-
nan sahədir. Bundan başqa türkmənlər dünyanın bir çox 
ölkəsində, o cümlədən Rusiyada, Əfqanıstanda, Çində, 
İranda, Türkiyədə, Suriyada da yaşayırlar. İlk dəfə “türk-
mən” adına Mahmud Qaşqarlının lüğətində rast gəlinir. 
Daha sonra XIV–XV əsrlərdə ərəb mənbələrində tez-tez iş-
ləndiyini görmək olur. Lakin indiyə kimi bu adın mənası 
aydınlaşdırılmamışdır. Bəzi mülahizələrə görə, “türkmən” 
sözünün sonundakı “mən” ünsürü, “türk mənəm”, “mən 
türkəm” mənasını bildirir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
131
Türkmən dili oğuz yarımqrupunu təşkil edən dillərin ən 
qədimi hesab olunur. Uzun tarixə malik olan bu dilin forma-
laşması və inkişafında bir sıra türksistemli dillərin təsiri ol-
muşdur. Xüsusilə X–XI əsrlərdə Qaraxanlı ədəbi dili, XII–XV 
əsrlərdə qıpçaq qrupu dilləri bu dilin zənginləşməsində xüsusi 
rol oynamışdır. XV–XVII əsrlərdə isə qədim özbək dili qədim 
türkmən dilinin formalaşmasına güclü təkan vermişdir.
Türkmən dilinin inkişafı tarixində iki dövr bir-birin-
dən fərqlənir. Qədim türkmən dili, müasir türkmən dili.
XVIII əsrdə türkmən ədəbi dili təşəkkül tapmış və 
onun bir sıra normaları tədricən qaydaya düşmüşdür. Bu 
dövrdə bədii dil nümunələri yaranmış və ədəbi dilin inki-
şafına yardım göstərmişdir. Məşhur Mahtumqulu öz əsər-
ləri ilə türkmən ədəbi dilini reallaşdıra bilmişdir.
Müasir türkmən danışıq dilində bir çox dialekt və şivə 
vardır. Xüsusiyyətlərinə görə onları iki qrupa bölürlər.
Birinci qrupa – teke, yomud, sarık, salır, qoklen, ərsarı 
və s. dialektlər daxildir.
İkinci qrupa – arabaçı, bayat, çandır, çeqes, əski, xatan, 
kıraç, mukrı, noxur, surxı və s. dialektlər aid edilir.
Türkmən dilinin bir dialekti – türühmən
1
dialekti 
barədə ayrıca bəhs olunmağa ehtiyac vardır. Bu dialekti 
bəzi alimlər, o cümlədən türk tədqiqatçısı Tələt Tekin dia-
lekt kimi şərh edir. Türkoloq N.A.Baskakov bu dialektdən 
bəhs edərkən onu müstəqil dil kimi aydınlaşdırır və həm 
də truxmen adlanan dili türkmən dilinin dialekti hesab 
edir. Əslində turuhmənlər XVI əsrdə Türkmənistandan Şi-
mali Qafqazın Stavropol bölgəsinə köçmüş, əsasən, ikdir 
və başqa türkmən qəbilələrinin qalıqlarıdır.
Hazırkı türkmən ədəbi dilinin əsasında başlıca olaraq, 
teke, sarık, yomud, qöklen dialektləri durur.
1
Bu türk toplusunun adı ədəbiyyatlarda müxtəlif şəkildə göstərilir: truxmen, truhmen, türükmən.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
132
Müasir türkmən ədəbi dili oğuz dilləri üçün ümumi olan 
cəhətlərlə yanaşı, bir sıra fərqli xüsusiyyətlərə də malikdir.
Türkmən dilinin bəzi fonetik xüsusiyyətləri aşağıdakı 
kimidir:
1. Sait fonemlər qısa və uzun formadadır. Uzun saitlər 
fonem xarakterli olub, sözün mənasını dəyişir.
At – at (heyvan) – a:t (ad),
Ot – ot (bitki) – o:t (ocaq),
Bil – bil (bilmək) – bi:l (bel),
İt – it (köpək) – i:t (sürümək),
Daş – daş (daş) – da:ş (uzaq) və s.
2. , <ı>, , <ə>, , <ö> fonemləri qədim ənənəni 
saxlayaraq bir çox sözdə uzun tələffüz olunur:
a:z (az), i:z (iz), bu:z (buz), be:ş (beş), di:ş (diş), kö:ne 
(köhnə) və s.
1
3. Türkmən dilində “s” və “z” samitləri normal haldan 
fərqli deyilişə malikdir: sap, sarı, setir, sep, siz, yüz, tiz, söz, buz 
və s. Bu səslərin deyilişini türk alimi “pəltək tələffüz” adlandırır.
Türkmən dilinin tələffüzü çox sürətlidir. Belə bir cəhət 
yadlar tərəfindən onun anlaşılmasını çox-çox ağırlaşdırır.
Türkmən yazı sistemində 1928-ci ilə kimi ərəb qrafi-
kasından, 1928-ci ildən 1939-cu ilə kimi latın əlifbasından 
istifadə olunmuş və ondan sonra Kirili qrafikası əsasında 
yaradılmış əlifbaya keçilmişdir. 1993-cü ildə Türkmənistan 
parlamenti 1996-cı ildən etibarən latın qrafikalı əlifbaya ke-
çilməsi barədə qərar qəbul etmişdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə