2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə77/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   73   74   75   76   77   78   79   80   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

3. QAZAX DİLİ
Qazax dili qazaxların milli ünsiyyət vasitəsidir. 
Qazaxlar bir xalq kimi XV əsrdə (Böyük Noqay Ordası 
dağıldıqdan sonra) formalaşmışlar. Hazırda qazaxlar, 
əsasən, Qazaxıstan Respublikasının sakinləridir. Bun-
dan başqa, Orta Asiyada, Türkiyədə, Rusiyada, Çində, 
Monqolustanda, Əfqanıstanda da yaşayan qazaxlar 
vardır.
Qazaxlar qırğızlara çox yaxındır. Ona görə də XX əs-
rin əvvəllərinə qədər onlara qırğız və ya qazax qırğızları 
da demişlər.
Qazax dilinin tarixi çox qədimdir. Bu barədə məluma-
ta hələ Mahmud Qaşqarlınm lüğətində təsadüf olunur.
Qazax dilinin dialekt xüsusiyyətlərinə dair müxtəlif 
fikirlər vardır. Bəzi tədqiqatçılar bu dildə dialekt olmadı-
ğı fikrini irəli sürür, digəri burada ancaq şivə fərqləri ol-
duğunu bildirir. Bununla bərabər, qazax dilində az-çox 
linqvistik fərqi olan üç dialektin mövcudluğu da göstərilir. 
Həmin dialektlər bunlardır: şimal-şərq dialekti, cənub dia-
lekti, qərb dialekti.
Müasir qazax dilinin əsasını şimali-şərq dialekti təş-
kil edir. Qazax ədəbi dili XIX əsrin ortalarından formalaş-
mağa başlamışdır. Onun banisi qazax mütəfəkkiri və şairi 
Abay Kunanbayev (1845–1904) hesab olunur. XX əsrdə ic-
timai-siyasi məsələlərlə bağlı qazax ədəbi dilinin lüğət tər-
kibində və ümumən quruluşunda böyük dəyişikliklər baş 
vermişdir. Hazırda qazax ədəbi dili inkişaf etmiş müasir 
dillər səviyyəsinə qalxmış və Qazaxıstan Respublikasının 
rəsmi dövlət dilidir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
137
Qazaxlar bir neçə yazı sistemindən istifadə etmişlər. On-
lar vaxtı ilə qədim özbək-cağatay yazısından bəhrələnmişlər.
Qazax dilinin yazı sistemində 1929-cu ilə qədər ərəb 
əlifbasından istifadə edilmişdir. 1929-cu ildən 1940-cı ilə 
kimi latın qrafikası əsasında əlifba yaradılmışdır. 1940-cı il-
dən bu günə kimi Kirill qrafikalı əlifbadan istifadə olunur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə