2. ÜMumi DİLÇİLİk II indd


TÜRK DİLLƏRİNİN BULQAR YARIMQRUPU



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə80/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   76   77   78   79   80   81   82   83   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

3. TÜRK DİLLƏRİNİN BULQAR YARIMQRUPU
Bulqar dilləri bir çox qəbilə və qəbilə ittifaqlarının 
qarşılıqlı təsiri nəticəsində əmələ gəlmişdir. Bu qrup dil-
lərin yaranmasında qıpçaqlarla bərabər bulqar qəbilələri 
də iştirak etmişlər. Burada bulqar ünsürləri, demək olar ki, 
üstünlük təşkil edir. Buna görə də belə dillər bulqar ya-
rımqrupuna aid edilir. Türk dilləri bulqar yarımqrupuna 
məxsus qədim dillər: bulqar dili, xəzər dili; müasir dillər: 
başqırd, çuvaş, qaraçay-malkar, qarayım, qumuq və tatar 
dilləri. Bulqar dilləri yarımqrupunda tatar, başqırd dilləri 
bir-birinə daha yaxındır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
141
 1. BAŞQIRD DİLİ
Başqırd dili başqırd xalqının milli dilidir. Başqırdlar 
bulqar və qıpçaq qəbilələrinin birləşməsi əsasında yaran-
mışlar. Hazırda başqırdlar, əsasən, Başqırdıstan Muxtar 
Respublikasında yaşayırlar. Respublikanın xaricində, Ru-
siyanın bir sıra vilayətlərində, Tatarıstanda, Özbəkistanda, 
Qazaxıstanda, Tacikistanda da başqırdlar vardır.
Başqırdlar qədim xalqdır. Başqırd adına X əsr yazılı 
mənbələrində rast gəlinir. Bu etnonimin mənşəyi də bir 
çox alimi maraqlandırmışdır. Lakin bu, hələ açılası prob-
lem olaraq qalmaqdadır. Başqırd dili tatar dilinə daha 
yaxındır. Lakin bu dillərin fonetika və leksikası arasında 
ciddi fərqlər vardır.
Xüsusi inkişaf yolu keçmiş müasir başqırd dilinin iki 
dialekti mövcuddur:
1) Şərq, yaxud kıçakan dialekti,
2) Cənub, yaxud yurmatı dialekti.
Şərq dialekti səkkiz müxtəlif şivədən ibarətdir. Cənub 
dialektində də bir sıra şivə mövcuddur. Bu dialektləri bir-bi-
rindən fərqləndirən fonetik və leksik xüsusiyyətlər vardır
1
.
Hazırkı başqırd ədəbi dilinin əsasını şərq dialekti təş-
kil edir. Başqırd ədəbi dili XX əsrin 30-cu illərində meyda-
na gəlmişdir. Müstəqil başqırd ədəbi dili yaranana qədər 
onlar yazılı tatar ədəbi dilindən istifadə etmişlər
2
.
Müasir başqırd ədəbi dili inkişaf edib zəngin dillər-
dən birinə çevrilmişdir. Bu dildən Başqırdıstan mətbuatı 
və nəşriyyatlarında geniş istifadə olunur.
Başqırdlar 1929-cu ilə kimi ərəb qrafikasından bəh-
rələnmişlər. 1929–1939-cu illərdə latınlaşdırılmış əlifbadan 
1
Bax: A.A.Юлдашев. Башкирский язык. Языки народов СССР, т. II. Тюркские языки. 
M., 1966, c. 192.
2
Bax: Н.А.Баскаков. Введение в изучение тюркских языков: M., 1969. с. 291.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
142
istifadə etmişlər. 1939-cu ildən Kirill qrafikası əsasında ya-
radılmış əlifbaya keçmişlər.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə