Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
155
Tuva xalqının nümayəndələri özlərini
“tıvalar”, “tıva
kiji” adlandırırlar. Bundan başqa, onlar “sayotlar”, “soyonlar”,
“soyonlular”, “uryanxaylar”, “tannu-tuvalılar” və başqa et-
nonimlərlə də adlandırılmışdır
1
. Tuva dilinin formalaşması
tarixində bir çox mürəkkəb proseslər baş vermişdir. Bu dil
qədimdən monqol dili və əhatəsində olduğu digər bir sıra
dillərlə qarşılıqlı təsirdə olmuşdur. Bunun da nəticəsində
onun tərkibində müxtəliflik əmələ gəlmişdir. Tuva dilinin
lüğət tərkibinə bir tərəfdən monqol, digər tərəfdən isə fın-
uqor və tunqus-mancur leksik ünsürləri yol tapmışdır.
Tuva dili müasir tukyuy dillərindən
tofa və
yakut dillə-
rinə daha yaxındır
2
.
Tuva danışıq dilində bir sıra dialekt və şivə vardır. Təd-
qiqatçılar tuva dilinin dialektlərini dörd zonaya bölürlər:
1. Mərkəzi zona, yaxud mərkəzi dialekt.
2. Qərb zonası, yaxud qərb dialekti.
3. Şimal-şərq zonası, yaxud Tocin dialekti.
4. Cənub-şərqi zona, yaxud cənub-şərq dialekti.
Tuva ədəbi dilinin əsasını mərkəzi dialekt təşkil edir.
Tuva yazılı ədəbi dili XX əsrin 30-cu illərinə aiddir.
Tuvaların milli yazısı 1930-cu ildən başlamışdır. Həmin
ildə latın qrafikası əsasında tuva əlifbası yaradılmışdır. Bu
əlifbadan 1941-ci ilə kimi istifadə edilmişdir. 1941-ci ildən
isə tuva əlifbası Kirill qrafikası əsasında qurulmuşdur.
Dostları ilə paylaş: