2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 9. Fikrin düyünlər vasitəsilə ifadə edilməsinin



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə96/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   92   93   94   95   96   97   98   99   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 9. Fikrin düyünlər vasitəsilə ifadə edilməsinin
başqa forması
Bu və ya başqa məlumatı, anlayışı bildirmək ücün ba-
lıqqulağı ip üzərində (10-cu şəkil) düzülürmüş, bu düzü-
lüşün müəyyən mənası vardı. Bundan əlavə, ip üzərindəki 
balıqqulağının miqdarı da müəyyən məna ilə bağlı imiş. 
Bu xüsusiyyətlər Afrikanın bəzi tayfalarının hazırladıqları 
kəmərlərdə
1
özünü aydın şəkildə göstərir. Məsələn, ipin 
üzərində bir dənə balıqqulağının olması rədd etmək, inad-
karlıq anlayışını, üzbəüz qoyulmuş iki badıqqulağı dost-
luğu, bir-birinin əksinə qoyulmuş iki balıqqulağı isə düş-
mənçiliyi ifadə edirmiş.
Balıqqulağı tarixən cox geniş hadisə və məlumatlar ifadə 
etmiş, ondan hazırlanmış kəmərlər rəsmi sənəd şəklində saxla-
nılmış və lazım gəldikdə xüsusi şəxslər vasitəsilə oxunmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
169
Fikrin əşya vasitə-
silə ifadə edilməsinin 
bir neçə xüsusiyyə-
ti vardır. Bunlardan 
bi rincisi, əşya bu və 
ya digər məlumatı 
müxtəlif dillərdə da-
nışan adamlara eyni 
dərəcədə və demək 
olar ki, eyni məzmun-
da çatdıra bilir. İkinci-
si, əşya vasitəsilə fikir 
başqasına tez və aydın 
çatır. Məsələn, mağa-
zanın vitrinində qadın 
ayaqqabısını görən hər 
bir şəxsə tez aydın olur 
ki, həmin yerdə qadın 
ayaqqabısı satılır. Hə-
min şəxs bu fikri yazı 
vasitəsilə bilməli olsa, 
o, lap yaxına getməli və 
yazılan sözləri oxuma-
lıdır. Üçüncüsü, dərin 
fikirləri, hər cür mücər-
rəd anlayışları əşya vasitəsilə ifadə etmək mümkün olmur.
Hər hansı bir məlumatın əşya vasitəsilə ifadə edilmə-
sinə hazırkı dövrdə də təsadüf olunur. Mağazanın profi-
linə uyğun vitrinə bu və ya başqa əşya, yaxud məhsulların 
qoyulması, yollarda müxtəlif işarələrdən ibarət lövhələrin 
asılması, bu məqsədlə sarı, qırmızı, yaşıl rəngli işıqlardan 
istifadə edilməsi və s. bu və ya digər məlumatı əşya vasitə-
silə ifadə etməyin qalıqlarıdır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə