Şəkil 19. Nasi şəkli yazı nümunəsi
Bu yazı tipindən son zamanlara qədər (19-cu şəklə
baxın) nasi xalqı da istifadə etmişdir. Nasi dili Çində yayıl-
mışdır və bu dil Çin-Tibet dilləri ailəsinə məxsusdur.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
182
Şəkli yazı, ümumiyyətlə, yazının formalaşmasında
bünövrə təşkil etməsinə baxmayaraq, öz mahiyyətinə görə
sonralar bir o qədər əlverişli olmamışdır. Buna görə insan-
lar yazının bu tipi ilə kifayətlənməyib, öz fikirlərini daha
dəqiq və geniş əks etdirmək üçün müvafiq forma – ideo-
qrafik yazı formasını kəşf etmişlər.
2. FİKRİ (İDEOQRAFİK) YAZI VƏ ONUN
XÜSUSİYYƏTLƏRİ
Nitqdəki sözlərin şəkillər vasitəsilə deyil, ideoqram-
larla əks olunmasına ideoqrafik, yaxud fikri yazı deyilir. İde-
oqrafik
1
yazıdakı hər bir ünsür ideoqram adlanır. Heroqlif-
lər və digər işarələr ideoqramlara daxildir.
İdeoqrafik yazı elə yazı sistemidir ki, burada hər bir
işarə bütöv bir sözü, yaxud sözün mənalı hissəsini bildirir.
Ona görə də bu yazı sistemi eyni zamanda söz yazısı da
adlanır. İdeoqrafik yazı şəkli yazı içərisində tədricən əmələ
gəlmişdir. Bu yazı, əsasən, iki səbəbə görə yaranmışdır.
Birincisi, şəkli yazının ünsürləri inkişaf edərək əşya-
nın özünü əks etdirməyib, onun ancaq şərti işarələrinə,
yəni simvollarına çevrilmişdir. Məsələn, günəş anlayışını
bildirmək üçün çinlilər piktoqrafik yazıda günəş şəkli çə-
kirdilərsə, sonrakı yazılarında bunun əvəzinə günəşə oxşa-
mayan heroqlif işlətmişlər.
Deməli, əşya ilə şəkil arasındakı oxşarlıq əlaqəsi tam
kəsilmişdir. Belə bir cəhətin fikri yazının təşəkkülündə xü-
susi rolu olmuşdur.
İkincisi, təfəkkürün inkişafı ilə əlaqədar olaraq pik-
toqramlarla bu və ya başqa mücərrəd anlayışı vermək
mümkün olmadığı üçün yazıya müəyyən işarələr artırıl-
1
İdeoqrafiya iki yunan sözündən ibarətdir. Birinci ideya (idea) “anlayış”, “fikir”, ikincisi qra-
fo (grapho) sözü isə “yazıram” mənasını bildirir.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
183
mışdır. Bu işarələr isə, öz növbəsində, ideoqrafik yazının
yaranmasına təsir etmişdir.
İdeoqrafik yazı ilə şəkli yazı sistemi arasında möhkəm
əlaqə olmuşdur. Bu əlaqə hətta şəkli yazının ideoqrafik yazı
üçün bünövrə təşkil etməsində mühüm rol oynamışdır.
Ona görə ki, ilk ideoqramlar zahirən, bir növ, piktoqram-
lara oxşayırdı. Bunu nəzərə alaraq yazının tarixi ilə məşğul
olan tədqiqatçılar ideoqramı piktoqramdan fərqləndirmək
üçün onun formasına deyil, məzmununa fikir verməyi
məsləhət görmüşlər.
Piktoqramla ideoqramı bir-birindən seçmək üçün baş-
lıca olaraq piktoqramların bütöv hadisəni, ideoqramların isə
ayrı-ayrı sözləri ifadə etməsi əsas götürülür.
İdeoqrafik yazı cəmiyyət min illər boyu inkişaf yolu
keçdikdən sonra meydana çıxmışdır. Bu yazının yaranma-
sı mədəniyyət tarixində və xüsusən yazı tarixində böyük
bir dönüş olmuşdur. Çünki nitqin sözlərə bölünməsi və
bunlardan hər birinin şərti işarələrlə göstərilməsi səs yazı-
sının yaranması üçün yol açmaq demək idi.
İdeoqrafik yazının əmələ gəlməsi haqqında müxtəlif
fikirlər vardır. Bir çox xarici ölkə alimləri (İ.Qelb, R.Vulli,
Ç.Loukotka, D.Diringer və başqaları) ideoqrafik yazının
bir ölkədə və bir xalq tərəfindən yarandığını söyləyirlər.
Belə bir müddəaya əsasən bəzi alimlər bu tipli yazıların
hamısının Misir yazı sistemindən meydana gəldiyini, bə-
ziləri isə şumer yazısından törədiyini iddia edirlər. Lakin
V.İstrin belə bir nəzəriyyənin əksinə olaraq şumer, Misir
və Çin yazılarının hər birinin həm daxili, həm də zahiri
cəhətdən fərqləndiyini göstərmiş və bunların bir-birindən
asılı olmadan müstəqil yolla təşəkkül tapdıqlarını əsaslan-
dırmağa çalışmışdır.
Qədim dövrlərdə ideoqrafik yazı sistemindən Misir-
də, Şumerdə, Çində, Meksikada (Meksikanın cənubunda
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
184
yaşayan mayya və şimalında yaşayan asteklər) və başqa
yerlərdə istifadə etmişlər. Burada həmin yazı sistemlərinin
hamısından deyil, ancaq Misir və Çin yazılarından bəhs et-
məklə kifayətlənəcəyik.
Ən qədim ideoqrafik yazılardan biri Misir yazısıdır.
Bu yazı bizim eradan əvvəl Afrika qitəsində yaşamış bir
sıra xalqlar arasında geniş yayılmışdır.
Misir yazısı şəkli yazı əsasında yaranmışdır. Ona görə
də həmin yazının müəyyən hissəsini şəkillər təşkil etmiş
və bu şəkillər əşyanın, hərəkətin ifadə olunmasına xidmət
etmişdir. Məsələn, “ayaq”, “getmək”, “quyu”, “günəş”, “ay”,
“əl” anlayışını bildirmək üçün 20-ci şəkildəki formadan is-
tifadə olunmuşdur.
Dostları ilə paylaş: |