Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
180
Azərbaycan ərazisində piktoqram nümunələrinə çox
təsadüf etmək olur. Təkcə Qobustanda 720 qaya üzərində 4
mindən artıq təsvir vardır və bu təsvirlərin çoxu piktoqra-
fiyadır. Bundan əlavə, Qazaxda və Gədəbəydə də piktoq-
ramlar tapılmışdır. Bu Azərbaycan piktoqramlarının oxu-
nulması,
şübhəsiz, böyük tarixi
əhəmiyyət kəsb edə bilər
1
.
Şimali Amerika hindiləri XIX əsrin sonuna kimi şəkli
yazıdan istifadə etmişlər. Piktoqrafik yazının son variant
ilk dövrlərdən əsaslı surətdə fərqlənir. Son piktoqramlara
müəyyən
məna ifadə edən ünsürlər, xüsusən xətlər artı-
rılmış, bununla da müəyyən bir fikir daha aydın və geniş
izah edilmişdir.
1
Əlavə məlumat almaq üçün N.Rzayevin “Möcüzəli qərinələr” (B., 1984) kitabına baxmaq olar.
Şəkil 18. Hindilərin müraciətnaməsi
Yuxarıdakı şəkli Şimali Amerika hindiləri 1849-cu ildə
ABŞ Prezidentinə göndərmişlər. Məktubda prezidentə mü-
raciət edərək bildirmək istəmişlər ki, onlar yaşadıqları yer-
dən başqa bir yerə, yəni təbii şəraiti yaxşı olan və insanların
yaşayışını asanlaşdıran gölün sahilinə köçmək istəyirlər.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
181
Şəkildəki heyvan və quşlar qəbilələrin adını bildirir.
Ön sırada durna qəbiləsinin rəhbəri vəkildir. Durnanın
başı ilə digər şəkillərin baş və ürəklərini birləşdirən xətlər
həmin qəbilədəki adamların hamısının eyni fikirdə oldu-
ğuna işarədir. Durnanın başının orta hissəsindən çəkilmiş
və aşağıdakı dairəciklərlə birləşdirilmiş xətt onların göl
sahilinə getmək istədiklərini bildirir. Aşağıdakı dairəciklər
isə gölləri göstərir. Durnanın başından irəli uzanmış xətt
prezidentə müraciəti bildirir.
Dostları ilə paylaş: