Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
189
Ümumiyyətlə, müəyyən sözün əks olunması üçün
heroqliflər çin yazısında üç dəfə də təkrar edilir. Məsələn,
“ocaq” sözünü bildirən heroqlif tək yazıldıqda
“ocaq”, ikisi
bir-birinin üstündə yazıldıqda
“alov”, ikisi altda, biri üstdə,
yəni üçü yazıldıqda isə
“qığılcım” mənasını verir.
Sözlərin heroqliflərlə
əks etdirilməsi prinsip-
lərindən biri də bu və ya
başqa anlayışları bildir-
mək üçün iki müxtəlif he-
roqlifin yanaşdırılmasıdır.
Çin yazısında belə hallar-
da yanaşdırılan heroqlif-
lərin əks etdirdiyi sözlərin
mənaları nəzərə alınır.
Çin yazısındakı heroqliflərin hər biri ayrılıqda bir tək-
hecalı sözü bildirir. Lakin cümlədə işlənərkən hər zaman
eyni mənanı ifadə etmir. Burada onların işlənmə yeri, han-
sı heroqlifdən sonra hansı vəziyyətdə və neçə dəfə gəldiyi-
nin də rolu vardır. Məsələn, “ağac” sözünü bildirən heroq-
lif tək işləndikdə
“ağac”, ikisi yanaşı yazıldıqda isə
“meşə”
sözünü, insan sözünü bildirən heroqlif tək işləndikdə
“in-
san”, yanaşı gəldikdə
“izləmək”, “yola salmaq” mənalarını
bildirir.
Dostları ilə paylaş: