2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 21. Çin yazısında adam anlayışını



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə106/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   102   103   104   105   106   107   108   109   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 21. Çin yazısında adam anlayışını
bildirən heroqlifin inkişafı
Müasir çin yazısındakı heroqliflərin əksəriyyəti, demək 
olar ki, indi öz yarandığı piktoqramdan tamamilə fərqlənir. 
Onun hansı piktoqramdan törədiyini ancaq xüsusi müqa-
yisələr, tədqiqatlar əsasında müəyyənləşdirmək olur.
Qeyd etməliyik ki, lap ilk dövrlərdən ictimai quruluş-
la əlaqədar olaraq çin yazısının bir-birindən fərqli bir neçə 
forması meydana gəlmişdi. Bu yazılar heroqliflərin quru-
luşuna (21-ci şəkil) və digər cəhətlərə görə fərqlənirdi. Belə 
fərqlənmə əsasında çin yazısının müxtəlif üslubları yaran-
mışdı. Yeni yaranan üslublarda – formalarda, hər şeydən 
əvvəl, xətti qəşəngləşdirmək, sürətli yazmaq məsələlərinə 
xüsusi fikir verilirdi.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
188
Çin heroqlifl ə ri nin forması qrafik ünsürlərin miqdarına 
görə çox müxtəlifdir. Buradakı bə zi heroqliflər – mə sə lən, 
“adam” sözünü bil dirən heroqlifin yazılışında 2 ünsür işlən-
diyi halda, “xahiş etmək” mənasını bildirən söz 32 ünsürdən 
ibarətdir. Sadə heroqliflər həm ayrı işlənir, həm də bəzi 
mürəkkəb heroqliflərin tərkibinə daxil olur. Məsələn, 22-ci 
şəkildə birinci cərgədəki heroqliflər ikinci sıradakı heroqlif-
lərin tərkibinə daxil olmuş və orada xüsusi yer tutmuşdur. 
Belə heroqliflər həmçinin açar heroqlif də adlandırılır.
Şəkil 22. Çin yazısındakı sadə (birinci cərgədə)
mürəkkəb heroqliflər
Mürəkkəb heroqliflər bir sıra xüsusiyyətlərə malikdir. 
Bu heroqliflərin əsas konstruksiyasının 3 tipi vardır:
1) aşağı və yuxarı hissələrdən ibarət;
2) sağ və sol hissələrdən ibarət;
3) daxili və xarici hissədən ibarət.
Çin yazısındakı istər sadə, istərsə də mürəkkəb he-
roqliflərin sətirbaşı forması yoxdur; bunların hamısı eyni 
şəkildədir.
Çin heroqlifləri zahiri əlamətlərinə görə də çox müxtə-
lifdir. Belə ki, bəzi heroqliflər şəkli xarakterdədir. Bu heroq-
liflərdə təsvir olunan obyekt ya bütünlükdə, ya da onun bir 
hissəsi əks olunmuşdur. Alimlər heroqlifləri təhlil edərkən 
onların bu cəhətlərinə xüsusi fikir vermişlər. Hələ I əsrdə 
məşhur Çin alimi Syuy Şen heroqlifləri 6 qrupa (kateqori-
yaya) bölmüşdür. İndi də öz qüvvəsində qalan bu bölgüdə 
birinci qrupu təsviri heroqliflər təşkil edir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
189
Ümumiyyətlə, müəyyən sözün əks olunması üçün 
heroqliflər çin yazısında üç dəfə də təkrar edilir. Məsələn, 
“ocaq” sözünü bildirən heroqlif tək yazıldıqda “ocaq”, ikisi 
bir-birinin üstündə yazıldıqda “alov”, ikisi altda, biri üstdə, 
yəni üçü yazıldıqda isə “qığılcım” mənasını verir.
Sözlərin heroqliflərlə 
əks etdirilməsi prinsip-
lərindən biri də bu və ya 
başqa anlayışları bildir-
mək üçün iki müxtəlif he-
roqlifin yanaşdırılmasıdır. 
Çin yazısında belə hallar-
da yanaşdırılan heroqlif-
lərin əks etdirdiyi sözlərin 
mənaları nəzərə alınır.
Çin yazısındakı heroqliflərin hər biri ayrılıqda bir tək-
hecalı sözü bildirir. Lakin cümlədə işlənərkən hər zaman 
eyni mənanı ifadə etmir. Burada onların işlənmə yeri, han-
sı heroqlifdən sonra hansı vəziyyətdə və neçə dəfə gəldiyi-
nin də rolu vardır. Məsələn, “ağac” sözünü bildirən heroq-
lif tək işləndikdə “ağac”, ikisi yanaşı yazıldıqda isə “meşə” 
sözünü, insan sözünü bildirən heroqlif tək işləndikdə “in-
san”, yanaşı gəldikdə “izləmək”, “yola salmaq” mənalarını 
bildirir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə