2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 28. Sadələşdirilmiş



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə108/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   104   105   106   107   108   109   110   111   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 28. Sadələşdirilmiş
(ikinci cərgədə) Çin heroqlifləri


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
193
ki, bu yazı bütün dillərin quruluşuna uyğun gəlmir. Həm-
çinin təlim işini də çətinləşdirir. Onu oxuyub öyrənmək 
üçün çox vaxt və zəhmət tələb olunur. Bunlardan əlavə, 
ideoqrafik yazı dilin bütün incəliklərini ifadə etməyə lazı-
mi imkan vermir. Elə buna görə də bəzi xalqlar, yazının bu 
tipindən fərqli olaraq, heca yazısı sistemindən istifadə et-
mişlər. Yapon yazısını buna misal göstərmək olar. Yapon-
lar VIII əsrdə Çin heroqlifləri əsasında öz fonetik (heca) 
yazılarını yarada bilmişlər. Ona görə də, əslində, fonetik 
yazı olan yapon əlifbası öz xarici görkəminə görə Çin he-
roqliflərinə uyğun gəlir.
İdeoqrafik yazıların da bir sıra üstünlükləri vardır. Bu 
yazı az işarələrlə çox məna ifadə etməyə imkan verir.
3. HECA (SİLLABOQRAFİK) YAZISI VƏ ONUN
XÜSUSİYYƏTLƏRİ
Hecaları şərti işarələrlə göstərən yazıya sillaboqrafik
1

yaxud heca yazısı deyilir. Bu yazı sisteminin tələbinə görə 
dildə nə qədər heca (səs birləşmələri) varsa, bir o qədər də 
işarə – sillaboqram olmalıdır.
Sillaboqrafik yazı qədim yazılardan təşəkkül tapmış-
dır. Bu yazılarda ideoqramlarla bərabər get-gedə sillaboq-
ramlar da işlədilmişdir.
Sillaboqrafik yazı, əslində, fonetik yazıdır. Təkcə bunu 
demək kifayətdir ki, bütün heca yazılarında sillaboqramla-
rın miqdarı 80-dən 350-yə qədər olur. Piktoqrafik və ideoq-
rafik yazı işarələrinin miqdarı isə minlərlə hesablanır.
Heca yazının ünsürlərinin formalaşdığı ən qədim ya-
zılardan biri də şumerlərin yazısıdır. Qədim heca işarələri 
1
Sillaboqrafiya iki yunan sözünün birləşməsidir. Birincisi “syllabe” (sillabe) “heca”, ikincisi 
isə (grapho) “yazıram” deməkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
194
eramızdan qabaq üçüncü minilliyin əvvəlində şumer yazı-
sında əmələ gəlmişdir
1
.
Şumerlər yüksək mədəniyyətə malik qədim xalqlardan-
dır. Lakin bu xalqın tarixi elmdə hələ də kifayət qədər aydın-
laşdırılmamışdır. Buna görə də bu barədə müxtəlif mülahizələr 
meydana çıxmışdır. Bəzi alimlər bunları Mesopotamiyanın 
daimi sakinləri, bəziləri isə sonradan gəlmiş köçərilər kimi 
təqdim edirlər. Yazı tarixçisi D.Diringer yazır ki, şumerlər Me-
sopotamiyaya başqa yerdən gəlmiş köçəri xalqdır. Ç.Loukotka 
bunların Mesopotamiyada yaşadıqlarını göstərir. V.İstrin isə 
şumerlərin yaşadığı yeri belə Şumer adlandırmışdır.
Şumerlərin dili haqqında da bir sıra fikirlər söylənilmiş-
dir. 1938-ci ildə şumer dilini ilk dəfə türk dilləri ilə əlaqələn-
dirməyə cəhd göstərmişlər. Bu dili Qafqaz dilləri ailəsinə 
daxil etmək istəyənlər də vardır. Ç.Loukotka bu fikri sadəcə 
olaraq fantaziya hesab edir və şumer dilinin Qafqaz dilləri 
ilə əlaqəsi olmadığını qeyd edir
2
. Tarixi materiallardan ay-
dın olur ki, şumer dilinin leksik sistemini birhecalı sözlər 
təşkil etmişdir. Belə xüsusiyyət həmin dili Altay dilləri ailəsinə 
yaxınlaşdırır. Bu dil öz əlamətlərinə görə aqqlütinativ tipli 
dillərdəndir. Lakin burada bəzi sözönü şəkilçilər də vardır.
Şumerlərin ilk yazısı piktoqrafik xarakterli olmuşdur. 
Eramızdan əvvəl VI minilliyə qədər onlar piktoqrafik yazı-
dan istifadə etmişlər.
Şumer abidələrində müxtəlif mövzularda bədii əsər-
lər, məhkəmə qərarı, nəsihətnamə, hesab, qəbz, tibb nüs-
xə ləri və s. yazılmışdır.
Şumer yazısı zahiri əlamətlərinə görə başqa yazılardan 
fərqlənirdi. Bu yazının işarələri mismara-mıxa bənzəyirdi. Elə 
buna görə də həmin yazının işarələrinin forması nəzərə alına-
1
И.М.Дьяконов. К возникновению письма в Двуречье. M., 1940, c. 42.
2
Ч.Лоукотка. Развитие письма. Москва, 1950, c. 33.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
195
raq ərəbcə “mismari”, fars dilində “mixi” yazı adlandırılmışdır. 
Azərbaycan dilində də həmin yazı “mixi yazısı” adlandırılır.
Qədim mixi yazı işarələri kainatdakı əşyalara oxşayır-
dı. Lakin sonradan bu işarələrin zahiri görünüşü dəyişmiş 
və nəticədə ayrı-ayrı mismara bənzər xətlərə çevrilmişdir.
Şumerlər yerli şəraitlə əlaqədar olaraq yazı üçün gildən 
geniş istifadə etmişlər. Bu məqsədlə gil lövhələr düzəldərək 
onun üstünü yazmışlar. Onlar yazını uzun zaman saxlamaq 
üçün yazılmış gil lövhəni odda bişirmişlər. Bu, yazı işarələrinin 
formalarını az və ya çox dəyişsə də, onun ömrünü uzadırdı.
Şumer heca yazısı öz dövründə çox geniş yayılmış-
dı. Bu yazı eramızdan əvvəl III minillikdə akkadlar, sonra 
babillərassurilər tərəfindən mənimsənilmişdir. Həmin 
xalqların dilləri şumerlərin dilindən çox-çox fərqli olaraq 
sami dillərə aid idi. Burada iki və üç hecalı sözlər çoxluq 
təşkil edirdi. Şumer dilinə müvafiq olan yazını bu xalqlar 
götürdükdən sonra onun işarələri həmin dillərin sözləri-
nin hecalarını əks etdirmişdir.
Mixi yazısının geniş yayılmasının səbəbini bəzi təd-
qiqatçılar Babil və Assuri dövlətlərinin qüvvətli olmasın-
da görmüşlər. Həm bu səbəbdən, həm də başqa bir sıra 
məsələlərlə əlaqədar mixi yazı Asiyanın bəzi ölkələrinə ge-
niş yol tapmışdı. Bundan bir sıra qonşu xalqlar – elamlar, 
hettlər, urartular istifadə etmişlər.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə