2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 20. Qədim Misir heroqliflərinin yaranması



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə105/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   101   102   103   104   105   106   107   108   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 20. Qədim Misir heroqliflərinin yaranması
Qədim Misir yazısının inkişaf dövründə 3 yazı forması 
meydana çıxmışdır: heroqlif yazı, heratik yazı, demotik yazı.
Bu yazılar istər formasına, istər mahiyyətinə, istərsə 
də istifadə olunma yerinə görə bir-birindən fərqlənirdi.
Heroqlif yazı – Misir yazısının ilk formasıdır. Bu he-
roqlif yazıdakı heroqliflərin müəyyən hissəsi bitki, əşya, 
quş və heyvan şəkillərindən, digər qismi isə simvolik 
işarələrdən ibarət olmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
185
Heroqlif yazıdan təntənə məqsədilə istifadə edilirdi. 
Buna görə də həmin yazı, əsasən, qəbir daşlarının, məqbərələ-
rin, saray və ibadətxanaların divarları üzərində yazılırdı.
Heroqlifləri bədii cəhətdən çox zərif şəkildə işləmək 
tələb olunurdu. Bunların hər bir ünsürü müxtəlif rənglərlə 
bəzənirdi.
Misirlilər heroqlifləri daş, ağac və bərk materiallar 
üzərində həkk etmişlər.
Heratik yazı – heroqliflərin qismən təkmilləşmiş, sxe-
matik şəkil xarakterindən uzaqlaşmış formasıdır. Buna görə 
də heratik yazı zahiri cəhətdən heroqliflərdən fərqlənir.
Heratik yazı öz inkişafı tarixində tədricən quruluşca 
mürəkkəbləşməyə doğru getmişdir. Həmin yazıda dolaşıq 
xətlər get-gedə çoxalmış və nəticədə ondan istifadəni xeyli 
ağırlaşdırmışdır.
Heratik yazıdan, əsasən, elmi məsələləri əks etdirmək 
üçün istifadə olunmuşdur. Misirlilər bu yazını dəri və sair 
yumşaq materiallar üzərində yazmışlar. Həmin dövrdə 
yazı alətləri qismən təkmilləşmişdi.
Demotik yazı – Misir yazısının yüksək inkişaf etmiş 
formasıdır. “Demotik” xəlqi deməkdir. Demotik yazı he-
roqlif yazının əsasında yaranmasına baxmayaraq, zahiri 
cəhətdən həm heroqlif, həm də heratik yazıdan fərqlənir. 
Bunun xətləri asan və sadədir. Elə buna görə də yunanlar 
onu xəlqi yazı adlandırmışlar.
Demotik yazı geniş ictimai mahiyyət kəsb etmişdir. 
Bundan ictimai həyatda, o cümlədən dəftərxanalarda ge-
niş istifadə olunmuşdur. Bu yazı tacirlərin, sənətkarların 
və digər şəxslərin də işini yüngülləşdirməyə az kömək et-
məmişdir. Demotik yazıdan belə geniş istifadə olunması 
onun get-gedə sadələşməsinə təsir göstərmişdir.
Misirlilər yazının inkişafı ilə əlaqədar olaraq müvafiq 
yazı ləvazimatı da əldə etmişlər. Ağac, daş və dəmir kimi 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
186
əşyalar, əsasən, bərk olduğu üçün bunlardan bir qisminin 
üzərində yazını tez yazmaq mümkün olmurdu. Digər qis-
mini isə istənilən zaman və lazımi miqdarda əldə etmək 
çətin idi.
Misirlilərin yazı inkişafının sürətlənməsində papirus-
dan yazı ləvazimatı kimi istifadə etmələri böyük bir ha-
disə oldu. Papirusdan istifadəni alimlər yazı tarixində yeni 
bir dövr adlandırmışlar. Həqiqətən də onun kəşfi yazının 
sürətlə inkişaf etməsində və təkmilləşməsində xüsusi rol 
oynamışdır.
Yazı üçün papirus əsasən iki cəhətdən əhəmiyyətli idi: 
birincisi, papirusa tez yazmaq olurdu; ikincisi, bu, yazının 
kütlə arasında geniş yayılmasına imkan yaradırdı.
Beləliklə, Misir yazısında tədrici yolla böyük dəyişik-
liklər baş verdi. İlk dövrlərdə Misir yazısında bütöv sözlər, 
sonra hecalar və daha sonralar isə səslər əks etdirildi.
Misir yazısının çoxlu nümunələri bizim dövrümüzə 
qədər gəlib çatmışdır. Bunlar qəbir daşları, ibadətxanala-
rın divarları, qayalar və şairənin üzərindədir. Həmin ya-
zıların oxunması alimlərin diqqətini çoxdan cəlb etmişdir. 
Bu sahədə də xeyli iş görülməsinə, təcrübələr aparılması-
na baxmayaraq tədqiqatçılar uzun zaman bunları oxuya 
bilməmişlər.
Yazı tarixində Misir yazısı çox böyük əhəmiyyətə ma-
likdir. Bu yazı bir sıra başqa yazıların, o cümlədən minoy 
yazısının inkişafına böyük təsir göstərmişdir
1
.
Bu da Misir yazısı kimi müəyyən inkişaf tarixinə ma-
likdir. Həmin yazının formalarını, tarixini göstərən bir sıra 
qədim abidələr vardır.
Öz forma və xarakterinə görə çin yazısı da ideoqrafik 
olub, son dərəcə çətin quruluşa malikdir. Çin yazısının 
1
В.А. Кочергина. «Краткий очерк истории письма». M., 1955, c. 13.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
187
çətinliyi onun heroqliflərinin miqdarının həddindən artıq 
çoxluğu və onların yazılışının mürəkkəbliyi ilə bağlıdır.
İdeoqrafik çin yazısı bizim eradan çox-çox əvvəl mey-
dana çıxmışdır. Bu yazının yaranma tarixi hələ elm aləminə 
dəqiq məlum deyildir. Lakin arxeoloqların tapdığı yazılı 
heyvan sümükləri, tısbağa çanaqları onun bizim eradan 15 
əsr əvvəl də mövcud olduğunu söyləməyə əsas verir.
Çin yazısı mənşəyinə görə piktoqramlardan törəmişdir. 
Məlum olduğu üzrə, ideoqramlar bəzən şəkli yazıdan yaran-
dığı izini saxlayır. Çin yazısındakı bir sıra heroqliflərdə də 
belə izlər özünü aydın formada göstərir. Məsələn, “adam” 
anlayışı 21-ci şəkildə olduğu kimi, əvvəlcə adamı xatırladan 
işarə ilə əks olunmuş və bu, getdikcə təkmilləşdirilmişdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə