2. ÜMumi DİLÇİLİk II indd


MÜASİR FONOQRAFİK YAZIDA İDEOQRAFİK



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə113/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   109   110   111   112   113   114   115   116   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

MÜASİR FONOQRAFİK YAZIDA İDEOQRAFİK 
ÜNSÜRLƏRİN XARAKTERİ
Müasir hərfli yazılardakı ideoqrafiya ünsürlərinin 
hamısı eyni xarakterə malik deyildir. Bunlardan bir qismi 
hamı tərəfindən başa düşülən, digər qismi isə xüsusi elm 
sahələri ilə bağlı olan işarələrdir. Məsələn, qırmızı rəng-
li xaç şəklinə fikir verək. Bu şəklin mənası, ümumiyyətlə, 
aydındır. Elə buna görə də üstündə qırmızı xaç şəkli olan 
maşının tibbi yardım məntəqəsinə məxsus olduğunu hər 
kəs izahsız bilir. İşarələrin bu əlaməti və işlənmə cəhətləri-
ni nəzərə alıb onları iki qismə bölmək olur: a) ümumişlək; 
b) məhdudişlək işarələr.
ÜMUMİŞLƏK ÜNSÜRLƏR
Sənətindən, peşəsindən, ixtisasından asılı olmayaraq, 
yazıb-oxuyanların hər biri üçün mənası, işlənməsi eyni 
dərəcədə aydın və məlum olan işarələr ümumişləkdir. 
Belə ümumişlək ideoqrafik ünsürlərə aşağıdakıları misal 
göstərmək olar.
Ümumi işarələr:
 
Durğu işarələri:
Paraqraf işarəsi – § 
Sual işarəsi – ?
Faiz işarəsi 
– % 
Nida işarəsi – !
Nömrə işarəsi – №
Nöqtə işarəsi – .
Vergül işarəsi – ,
1
A.Qurbanov. “İnsanlar yazmağı necə öyrənmişlər”. Azərnəşr, Bakı, 1967, səh. 42.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
204
Riyazi işarələr:
 
Rəqəmlər:
Bərabər işarəsi – = 
İki işarəsi 
– 2
Mənfi işarəsi 
– - 
Dörd işarəsi – 4
Vurma işarəsi – X 
Beş işarəsi 
– 5
Bölmə işarəsi 
– : 
Altı işarəsi 
– 6
On işarəsi 
– 10
Qeyd etməliyik ki, rum rəqəmlərinin hamısı ərəb 
rəqəmləri kimi ümumişlək deyildir.
MƏHDUDİŞLƏK ÜNSÜRLƏR
Bu və ya başqa elm və digər sahə ilə bağlı olub, əsasən, 
ixtisasçılar tərəfindən istifadə edilən ünsürlər məhdudiş-
ləkdir. Buna aşağıdakıları misal göstərmək olar.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə