2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə121/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   117   118   119   120   121   122   123   124   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

VAHİD DURĞU İŞARƏLƏRİ
SİSTEMİ MƏSƏLƏSİ
Vahid durğu işarələri sistemi əmələ gətirmək ümu-
mi dilçilikdə diqqəti cəlb edən problemlər sırasındadır. 
Bu haqda bir sıra fikirlər irəli sürülmüşdür. Bunlardan 
biri ispan durğu işarələr sisteminin bəyənilməsidir. Bəzi xa-
rici dilçilər ispan yazısında sual və nida cümlələrinin əv-
vəlində də işarə qoyulmasını müsbət xüsusiyyət hesab 
edirlər. Fikrimizcə, bu, həqiqətən də müsbət əlamətdir. 
Çünki oxucu cümlədə sual və ya nida olduğunu əvvəl-
cədən bilir və cümlənin intonasiyasını buna müvafiq 
şəkildə tələffüz edir. Durğu işarələrindən bəhs edən 
dilçilərin bir qismi durğu işarələrinə yeni işarələr əlavə 
etməyin və bununla da onun sayının çoxalmasının tərəf-
darıdır. Onlar tərəddüd, kinayə, simpatiya, antipatiya və 
sair üçün də xüsusi işarələrin olmasını vacib hesab edir-
lər. Burada müəyyən bir həqiqət vardır. Belə ki, şifahi 
nitq fasilə, intonasiya, sürət, ton, ritm, ahəng cəhətdən 
çox rəngarəngdir. Bu zəngin rəngarənglik müasir dur-
ğu sistemlərindəki işarələrlə öz əksini tamamilə tapmır. 
Buna görə də şifahi nitqin bütün cəhətlərinin yazıda əks 
olunması üçün durğu işarələrinin miqdarını artırmaq 
olar. Lakin bu işarələr müəyyənləşdirilərkən öyüd, nə-
sihət, məsləhət, arzu, tələb, yalvarış, heyrət, təəccüb, istehza, 
xahiş, əzizləmə, and və s. əks etdirmək üçün bunların hər 
birinə dair ayrı-ayrı işarələr deyil, ümumiləşdirə biləcək 
işarə göstərmək gərəkdir.
Nəhayət qeyd etməliyik ki, vahid durğu işarələri siste-
mi yaratmaq olar. Bunu mövcud sistemlərin müsbət cəhət-
lərini götürüb ümumiləşdirmək və bəzi işarələri artırmaq 
yolu ilə etmək tamamilə mümkün və vacibdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
218
İSTİQAMƏTLƏRİNƏ GÖRƏ YAZILARIN TƏSNİFİ
Qədimdən başlayaraq müxtəlif yerlərdə təşəkkül ta-
pan yazıların özlərinə məxsus bir sıra əlamətləri forma-
laşmışdır. Bu əlamətlərdən biri yazıların istiqamətidir. 
Yazı məsələlərinin tədqiqində yazının digər cəhətləri ilə 
bərabər onun istiqamətindən bəhs edilməsi də zəruridir. 
Çünki bu məsələ diqqəti az cəlb etmir. Qeyd etməliyik ki, 
yazının yarandığı ilk dövrdən indiyə qədər keçdiyi tarixə 
nəzər saldıqda istiqamətə görə çox mürəkkəb bir prosesin 
əmələ gəldiyini görmək olur. İstər piktoqrafiyada, istərsə 
də sonrakı yazı tiplərində xalqlar müxtəlif istiqamətlərdə 
yazmışlar.
Dünya xalqlarının uzaq keçmişindən xəbər verən qə-
dim yazılı abidələri və müasir nümunələri əsasında yazı-
ları istiqamətə görə iki qrupa bölmək olar: üfüqi yazılar, 
şaquli yazılar.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə