2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə129/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   125   126   127   128   129   130   131   132   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

ƏLİFBANIN MƏNŞƏYİ
Məlumdur ki, insanlar öz nitqlərini fonetik cəhətdən 
təhlil etməyə alışdıqları zaman səsləri işarələrlə, yəni hərf-
lərlə əks etdirməyə başlamışlar. Sözdəki səslər hərflərlə 
göstəriləndən sonra əlifba meydana çıxmışdır.
Əlifbanın əmələ gəlməsinə dair dünya alimləri ara-
sında çox müxtəlif fikirlər vardır. İrəlidə deyildiyi kimi
alimlərin bəzisi misirliləri, bəzisi minoyları, bəzisi də fini-
kiyalıları əlifbanın yaradıcısı hesab edirlər. Lakin əlifbanın 
yaradılmasında həm misirlilərin, həm minoyların, həm də 
finikiyalıların böyük rolu olmuşdur.
Əlifbanın mənşəyinə dair Misir nəzəriyyəsinə görə
yazı tarixində ilk dəfə olaraq səsləri əks etdirən işarələr bi-
zim eradan əvvəl Misir yazısında əmələ gəlmişdir. Həmin 
işarələr ancaq samit səsləri bildirirdi. Misirlilər ilk dəfə 
olaraq hərf yaratmalarına baxmayaraq, sırf hərfli yazıdan 
istifadə edə bilməmişlər. Çünki onların istifadə etdikləri 
yazıda hərflər heroqliflərlə qarışıq şəkildə işlənilmişdir.
Qədim Misir yazısı minoy yazısının inkişafına xüsu-
si təsir göstərmişdir. Müəyyən zaman ərzində Misir yazı-
sından minoy heca yazısına bəzi işarələr keçmiş; bununla 
yanaşı, həmin yazıda hecaları bildirmək üçün bir sıra yeni 
işarələr də meydana çıxmışdır.
Misir və minoy yazılarının təsirində qədim qərbi sami xalq-
ları bir sıra hərfi-səs əlifbası yaratmışlar. Sami dillərin yazıla-
rından ən çox intişar etmişi Finikiya yazısıdır. Bu yazının sahib-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
231
ləri III minillikdə yaşamışlar. Onlar qonşu xalqlarla mübarizə 
aparan və müstəmləkə saxlayan xalq olmuşdur. Finikiyalılar o 
dövrün məşhur ticarətçiləri idi. Onlar ticarət məqsədilə uzaq-
lara səfər etmiş, bir çox yerlərə üzüb getmişlər.
Finikiyalıların dili qədim ərəb dilinə yaxın olmuşdur. 
Bu dildə sözlər ən çox samitlə başlanır. Finikiya dilinin bir 
sıra yazılı abidələri indiyə kimi qalmışdır. Həmin abidələr 
müxtəlif yerlərdə tapılmışdır. Bu onu göstərir ki, o dövrdə 
Finikiya yazısının coğrafiyası çox geniş olmuşdur.
Cəmiyyət tarixində ilk səs-yazı sistemlərindən biri 
olan
1
Finikiya yazısında 22 hərf işlənilmişdir. Bu hərflərlə di-
lin fonem sistemi əks olunurdu. Finikiyalılar istifadə etdik-
ləri hərflərə, təxminən, “a” səsini bildirən işarədən başlaya-
raq əlifba sırası müəyyənləşdirmişlər. Həmin sıra sonradan 
yaranan əlifbalar üçün də əsas kimi qəbul edilmişdir.
Finikiya əlifbasındakı hərflərin hər biri təbiətin can-
lı və cansız varlıqlarına bənzədilərək yaradılmışdır
2
. Eyni 
zamanda, əlifbadakı hərflərin adları da vardır. Bu adlar 
akrofonik prinsip əsasında verilmişdir. Qeyd olunan prin-
sipə görə, bu və ya başqa bir hərfin bildirdiyi səs həmin 
hərfin adını göstərən sözün birinci səsi olmalıdır; məsələn:
oxşadılan
varlığın
forması
hərfi
reş (adam başı)
sözün
ilk
səsi
1
В.А.Истрин. «Возникновение u развитие письма». M., 1965. c. 275.
2
Dilçilik ədəbiyyatında Finikiya hərflərinin yaranmasına dair hələ vahid fikir yoxdur. Belə 
ki, bəzi alimlər (Lenorman, de Ruje) bunun Misir yazısından alındığını, bəziləri (Georgiyev) 
minoy yazısından əmələ gəldiyini söyləyirlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
232
Deməli, “r” hərfi adam başına bənzədilərək və “baş” 
mənasını bildirən “reş” sözünün ilk səsini əks etdirmişdir. 
Eləcə də A (alef – öküz), M (mem – su), Ş (şin – diş) hərfləri 
yaradılmış və adlandırılmışdır. Yeri gəlmişkən deməliyik 
ki, bu hərflər müasir yazımızda da öz ilk quruluşunun iz-
lərini saxlamışdır.
Məlum olduğu kimi, hərfli yazı başqa yazı tiplərindən 
asan və sadədir. Bu sadəlik və asanlıq nəticəsində Finikiya 
əlifbası dünyanın bir çox ölkəsinə yayılmışdır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə