2. ÜMumi DİLÇİLİk II indd


MÜASİR DÖVRDƏ GENİŞ YAYILMIŞ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə132/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   128   129   130   131   132   133   134   135   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

MÜASİR DÖVRDƏ GENİŞ YAYILMIŞ
ƏLİFBALAR
Müasir əlifbalar. Hazırda dünya əhalisinin müxtəlif 
formalı hərfi-səs yazılarında təxminən 250 əlifbadan isti-
fadə edilir. Bu əlifbaların hamısı zahiri cəhətdən bir-birinə 
oxşamır. Bunların bəziləri bir-birinə yaxındır, bəziləri isə 
tamamilə fərqlidir. Məsələn, ingilis əlifbasına nəzər ye-
tirək. Bu əlifbadakı işarələrin çoxu qədim yunan və ya latın 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
240
əlifbasındakı hərflərin eynidir. Lakin ingilis əlifbası ərəb 
əlifbası ilə tutuşdurulduqda orada heç bir oxşar işarəyə 
rast gəlmək olmur. Deməli, bunlar ayrı-ayrı əlifba sistem-
ləri nəticəsində formalaşmış və yaxın qohum olmayan 
əlifbalardır.
Müasir əlifba tələbləri. Klassik əlifbalardan fərqli ola-
raq, müasir əlifba bir neçə vacib tələbə cavab verməlidir. 
Həmin tələblər aşağıdakılardır:
1. Fonetik tələb. Əlifba dilin fonetik quruluşunu, fo-
nemlərini yazıda əks etdirməlidir. Bu o demək de-
yildir ki, dildə nə qədər səs varsa, əlifbada da bir o 
qədər hərf olmalıdır. Məlum olduğu üzrə, hər bir 
dildə çoxlu fonem-səs və fonem-səs variantları möv-
cuddur. Əlifba dilin bütün bu fonem-səslərini və 
bunların çalarlarını tam əks etdirərsə, yazı mürəkkəb 
xarakter alıb olduqca ağırlaşar və bunun nəticəsində 
onun istifadəsi çətinləşər. Elə buna görədir ki, müa-
sir rus ədəbi dilində 40-dan artıq fonem-səs olduğu 
halda, rus əlifbasında 33 hərf vardır. Ümumiyyətlə, 
dildə olan fonem-səslərin miqdarı qədər hərfi olan 
əlifba ideal fonoqrafik əlifba hesab edilir. Lakin belə 
əlifba yoxdur
1
. Hərflərin miqdarının az olması müa-
sir əlifbalar üçün xarakterik cəhətdir. Ancaq deməli-
yik ki, hərflərin sayını mexaniki formada azaltmaq 
olmaz, çünki bu, yazıda təhrifə aparıb çıxara bilər.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə