2. ÜMumi DİLÇİLİk II indd


Qrafik və poliqrafik tələb



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə133/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   129   130   131   132   133   134   135   136   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. Qrafik və poliqrafik tələb. Bu tələbə görə, hərflərin 
yazılışı sadə olmalıdır. Burada artıq xətlərə, müxtə-
lif diakritik işarələrə, bir səsi bildirmək üçün iki və 
çoxişarəli hərfə (liqatur hərfə) yer verilməməlidir. 
Bütün bunlar yazının kağızda az yer tutmasına, baş-
lıca cəhətlərdən olan qənaətə imkan yaradır. Müa-
1
A.A.Реформатский. «Введение в языкознание». M., 1967, c. 367.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
241
sir əlifbaların çoxunda bu tələbə xüsusi əhəmiyyət 
verilmişdir.
3. Estetik və kalliqrafik tələb. Əlifbanın hərflərinin zahi-
ri cəhətdən gözəlliyi və zərifliyi də əsas şərtlərdən he-
sab olunur. Buna görə də əlifbaların yaradılmasında 
estetik cəhət də ön plana çəkilir. Hər bir xəttin qəşəng-
liyinə xüsusi nəzər yetirilir.
4. Pedaqoji və psixoloji tələb. Bu tələbə əsasən, əlifbanın 
yazılışı və oxunuşu asan olmalıdır. Bunun üçün əlif-
badakı hərflər dəqiq olmalı, biri digərindən tez seçilib 
fərqlənməlidir. Əlifbanın oxunuşunda çoxmənalılığa 
yol verilməməlidir.
Geniş yayılmış əlifba sistemləri. Müasir dövrdə əlifba 
sistemlərindən üçü daha geniş yayılmışdır. Bunlardan 
biri latın əlifbası əsasında yaradılmış əlifba sistemidir. 
Bu sistemdən indi Amerika, Avropa, Afrika və Avstraliya 
ölkələrində istifadə olunur. V.A.İstrin dünya əhalisinin 30 
faizindən artığının bu əlifba sistemindən istifadə etdiyini 
müəyyənləşdirmişdir.
Geniş yayılmış ikinci əlifba sistemi slavyan-Kirill qra-
fikası əsasında yaradılmış əlifbalardır. Bu sistemdən Avropa 
və Asiyanın bir çox xalqları istifadə edirlər. Dünya əhalisinin 
10 faizinin bu əlifba sistemindən istifadə etdiyi göstərilir.
Nəhayət, geniş yayılmış sistemlərin üçüncüsü ərəb 
əlifbasıdır. Ərəb əlifbasından bütün ərəb ölkələrində, bun-
dan əlavə İranda, Əfqanıstanda, Pakistanda, Çində (uy-
ğur) istifadə olunur. V.A.İstrinin hesabladığına görə, bu 
əlifba sistemindən istifadə edən əhalinin miqdarı dünya 
əhalisinin təxminən 10 faizini təşkil edir.
Çox geniş yayılmış bu üç sistemdən birinci və ikinci-
si bir çox cəhətdən üçüncüdən daha asan və sadədir. Ona 
görə də hazırda bəzi xalqlar öz yazılarında həmin sistem-
lərdən istifadə etməyə xüsusi meyil göstərirlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
242

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə