2. ÜMumi DİLÇİLİk II indd


Üçüncüsü, stenoqrafiya müşahidələri daha tez qeydə  almağa kömək edir. Dördüncüsü



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə136/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   132   133   134   135   136   137   138   139   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Üçüncüsü, stenoqrafiya müşahidələri daha tez qeydə 
almağa kömək edir.
Dördüncüsü, “Stenoqrafiyanın daha geniş mənası və 
əhəmiyyəti – zehni əmək sahəsində çalışan milyonlarla 
adamın əməyinin səmərələşdirilməsindədir”
1
.
STENOQRAFİK YAZI SİSTEMİNİN TARİXİ
Stenoqrafik yazının tarixi də uzaq keçmişdən başla-
yır. Lap qədimdə bir sıra xalqların nümayəndələri müxtə-
lif stenoqrafiya sistemləri yaratmışlar. Uzaq keçmişdən ta 
son illərə qədər yüzdən artıq stenoqrafiya sistemi meyda-
na çıxmışdır. Bütün bu sistemlər öz xüsusiyyətlərinə, qu-
ruluşlarına və digər cəhətlərinə görə bir-birindən əsaslı 
surətdə fərqlənir. Yaranmış stenoqrafik yazı sistemlərinin 
əsas cəhətləri nəzərə alındıqda onlar iki yerə bölünür: an-
tik stenoqrafiya sistemi; müasir stenoqrafiya sistemi.
ANTİK STENOQRAFİYA SİSTEMİ
Elmi məlumatlara əsasən, antik stenoqrafik sistemin 
rüşeymləri Misir yazısında təşəkkül tapmışdır. Misirlilər 
yazıdan geniş istifadə etməyə başladıqları dövrdən müəy-
yən anlayışı sürətlə əks etdirmək üçün bəzi sözləri ixtisar 
etmiş, xüsusi işarələr və liqaturlar işlətmişlər. Sonralar mi-
sirlilərin bu stenoqrafik üsulundan Şərqin bir sıra xalqları 
da istifadə etmişlər.
1
R.Bağırova. “Stenoqrafiya”. Bakı, 1956, səh. 3.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
246
Uzaq keçmişdə stenoqrafik yazı ilə yüksək mədəniy-
yətə malik olan yunan xalqı da çox maraqlanmışdır. Böyük 
səy və tələb nəticəsində yunanlar bizim eradan əvvəl IV 
əsrdə stenoqrafiyadan istifadəyə nail olmuşlar. Yunanlar 
adi yazı ilə yanaşı sürətli yazmaq üçün yazının ixtisar for-
masını hazırlamışlar. Bu ixtisar yazı yunan alimləri arasın-
da geniş yayılaraq müxtəlif sahələrdə istifadə edilmişdir. 
Yunan stenoqrafik yazısının qədim nümunəsi eramızdan 
əvvəl 350-ci ilə aiddir. Qədim yunan stenoqrafik yazısı çox 
çətin oxunan yazı forması hesab olunur.
Bizim eradan əvvəl Roma mədəniyyətinin tərəqqisi 
ilə əlaqədar olaraq Romada da stenoqrafiya meydana çıx-
mışdır. Romada bu yazı sistemini Tiron yaratmışdır
1
. Tiron 
sistemi, onun ixtisarlar lüğəti müəllifin adı ilə əlaqələndiri-
lib “Tiron notları” adlandırılmışdır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə