2. ÜMumi DİLÇİLİk II indd


BEYNƏLXALQ ƏLİFBA PROBLEMİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə134/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   130   131   132   133   134   135   136   137   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

BEYNƏLXALQ ƏLİFBA PROBLEMİ
Müasir dünya ictimaiyyətini maraqlandıran problem-
lərdən biri beynəlxalq əlifba yaratmaqdır. Beynəlxalq əlif-
ba xalqların mədəni əlaqələrinin daha da genişləndirilmə-
si və möhkəmləndirilməsində başlıca vasitə ola bilər. Elə 
buna görədir ki, bu sahədə bir sıra mülahizə və əməli tək-
liflər meydana çıxmışdır. Hətta bəzi ölkələrdə beynəlxalq 
əlifba sistemləri nümunələri tərtib edənlər də vardır. Lakin 
indiyə kimi bunların heç biri beynəlxalq əlifba kimi qəbul 
edilməmişdir.
Beynəlxalq əlifba yaratmağa cəhd göstərənlərdən biri 
həmyerlimiz, filoloq Məmmədov Əli Həmid oğlu Kürdüs-
tani olmuşdur. O, 1960-cı ildə bütün dünya dilləri üçün va-
hid yazı sistemi təklif etmişdir. Bu əlifba dildəki samit səslə-
ri ifadə etmək üçün yeddi işarədən, sait səsləri ifadə etmək 
üçün isə iki işarədən ibarətdir. Ə.Kürdüstani öz əlifbasını 
bir neçə beynəlxalq elmi məclisdə nümayiş etdirmişdir.
Yeni əlifbanın üstünlüklərindən biri onun işarələrinin 
sayının az olmasıdır. Burada qrafemlərin sadəliyi də əlif-
banın diqqəti cəlb edən müsbət cəhətlərindəndir.
Ə.Kürdüstaninin yaratdığı əlifba dünya əlifbaları sis-
temində fərqlənir. Bu əlifbanın üstün cəhətlərini nəzərə 
alıb dünya dillərinə tətbiq etmək faydalı olar.


243
STENOQRAFİYA VƏ ONUN ƏHƏMİYYƏTİ
Ünsiyyətə köməkçi vasitə olaraq istifadə edilən yazı 
formalarından biri də stenoqrafik yazıdır. Nitqi qısa 
və iti sürətlə əks etdirən yazı elmdə stenoqrafiya
1
adla-
nır. Stenoqrafiya xüsusi yazı sistemi olduğu üçün onun 
özünəməxsus nəzəriyyə, qanun və prinsipləri mövcuddur. 
Stenoqrafik yazının nəzəriyyəsi dilçilik elmi ilə bərabər 
psixoloji, fizioloji, məntiqi faktlar əsasında yaradılmışdır.
Yazının təşəkkülü və inkişafı prosesində insanlar ilk 
mərhələdə yazının sadə və asan olması, fikri lazımi səviy-
yədə əks etdirə bilməsi ilə maraqlanmışlar. Bu cəhətlə ya-
naşı, sürətlə yazmaq məsələsi də diqqəti cəlb etmişdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə