2. ÜMumi DİLÇİLİk II indd


) YUNAN ƏLİFBASI VƏ ONDAN YARANAN



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə131/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   127   128   129   130   131   132   133   134   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2) YUNAN ƏLİFBASI VƏ ONDAN YARANAN
ƏLİFBALAR
Qərbdə Finikiya əlifbası əsasında qədim yunan əlif-
bası əmələ gəlmişdir. Finikiya əlifbasını Avropaya finikiya-
lılar aparmışlar. Belə ki, finikiyalılar ticarət məqsədilə Yu-
nanıstana gəlib-getmişlər və bu zaman yunanlar onlardan 
yazını öyrənmişlər.
Yunanlar Finikiya əlifbasını müəyyən dərəcədə tək-
milləşdirmiş, ona sait səslər üçün işarələr əlavə etmişlər 
(artıq hərfləri saitləri bildirmək üçün işlətmişlər). Beləlik-
lə, yunan əlifbası öz konsonant mənşəyindən ayrılıb yeni 
tipli – vokallaşdırılmış əlifba kimi formalaşmışdır. Eyni za-
manda, yunanlar hərflərin yazılış istiqamətini də dəyişib 
soldan-sağa çevirmişlər. Bu əlifbada 24 hərf vardır. Bunlar-
dan 7-si sait, 17-si isə samit işarəsidir.
Yunanıstanın özünün və müstəmləkələrinin ərazi-
si ilə əlaqədar olaraq yunan əlifbası müxtəlif variantlar-
da şaxələnmişdir. Buna görə də alimlər yunan əlifbasını 
iki qola bölürlər: a) qərbi yunan əlifbası; b) şərqi yunan 
əlifbası.
a) Qədim yunan əlifbasının qərb qolu. Yunan əlifbası-
nın bu qoluna etrusk əlifbasını da aid edənlər vardır
1

Etrusklar İtaliyanın qədim mədəni xalqı idi. Bunlar İta-
liyanın bütün tayfalarına güclü mədəni və siyasi təsir 
göstərirdilər. Etrusklar latınların da inkişafına böyük 
təsir etmişlər.
Etrusk əlifbası bizim eradan əvvəl VIII əsrdə mey-
dana çıxmışdır. Onlar yunanlardan aldıqları əlifbanı get- 
gedə öz dillərinin fonetik quruluşuna uyğunlaşdırmışlar.
1
Etrusklar mənşəcə türk olmuşlar. Bunlar türk və saka tayfalarının birləşməsindən yaranmışlar.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
236
Bu prosesdə əmələ gələn dəyişikliklər etrusk əlifbası-
nı yunan əlifbasından fərqləndirmişdir.
Etrusk əlifbasının təsirindən latın əlifbası meydana çıx-
mışdır
1
. Latın tayfaları Mərkəzi İtaliyanın qərbində yaşayır-
dılar. Bunların yayıldıqları sahə Latsium adlanırdı. Latsiu-
mun sakinləri və dilləri latın adlanırdı. Bizim eradan əvvəl və 
əsrin son illərində Roma şəhəri Latsium vilayətinin mərkəzi 
olmuşdur. Bu şəhərin adı ilə bütün latın tayfaları birləşmiş 
və romalılar adlanmışlar. Elm müəyyən etmişdir ki, eradan 
əvvəl VII–VI əsrlərdə romalılarda dövlət quruluşu sürətlə in-
1
Latınların yunan əlifbasını hansı yolla almaları haqqında müxtəlif fikir vardır. Bəziləri bu-
nun yunan müstəmləkələrindən, bəziləri isə etrusklardan alındığını göstərirlər. Latın əlifba-
sının kimə məxsus olmasına dair yeni fikirlər meydana çıxmış, mübahisələr çoxdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
237
kişaf etmiş və bu öz təsirini yazıya da göstərmişdir. Beləliklə, 
eramızdan qabaq VII–VI əsrlərdə latın-Roma yazısı meydana 
çıxmışdır
1
. İlk latın əlifbasında 21 hərf olmuş, sonra 2 hərf ar-
tırılaraq klassik latın əlifbasında hərflərin miqdarı 23-ə çatdı-
rılmışdır. Daha sonra latın əlifbasına bir neçə hərf də əlavə 
edilmiş, hərflərin sayı 26-ya qaldırılmışdır.
Romalılar əvvəllər bütün İtaliyanı ələ keçirmək və sonra 
dünyada hökmranlıq etmək iddiasında olmuşlar. Buna görə də 
Roma birliyi yarandıqdan sonra bir sıra ölkələrə hücum etmiş-
lər. Roma imperiyası dövründə ələ keçirilmiş ölkələrin xalqları 
latın əlifbasını qəbul etmişlər və beləliklə, bu əlifba Avropaya 
geniş yayılmışdır. Sonradan latın əlifbasından bir çox xalqlar da 
istifadə etməyə başlamışlar. Hazırda müasir ingilis, fransız, al-
man, türk, italyan və s. əlifbaların əsasını latın əlifbası təşkil edir.
1
V.A.İstrin. Göstərilən əsəri, səh. 364-365.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
238
Latın əlifbasından Azərbaycan yazısında da istifadə 
olunmuşdur. 1922-ci ildə latın qrafikası əsasında qurulmuş 
əlifbadan 1940-cı ilədək istifadə edilmişdir. Azərbaycan yazı-
sının sadələşdirilməsində bu əlifbanın xüsusi əhəmiyyəti ol-
muşdur. 1992-ci ildən yenidən həmin əlifbaya qayıdılmışdır.
b) Qədim yunan əlifbasının şərq qolu. Yunan əlifbasının 
şərqi-yunan qolu əsasında Vizantiya əlifbası meydana çıx-
mışdır. Vizantiya yunan əlifbası əsasında xristianlığı qəbul 
etmiş bir sıra xalqların əlifbaları əmələ gəlmişdir. Belə əlif-
badan biri də slavyan əlifbasıdır. Bu əlifba IX əsrin sonun-
da Bolqariyada yaradılmışdır. Qədim slavyan əlifbasının 
yaradılması dini-siyasi məqsədlə bağlıdır.
Qədim slavyan əlifbasını yunan missionerləri olan Ki-
rill qardaşları (826-869) düzəltmişdir. Yunan dilində yazıl-
mış dini kitablar slavyanlar arasında geniş yayılmışdı. Bu 
kitabları oxumağa ehtiyac hiss olunurdu. Buna görə də mo-
raviyalılar Vizantiya imperatorundan nümayəndə istəmiş-
lər. Vizantiya imperatoru bu məqsəd üçün Kirill qardaşla-
rını münasib bilmişdir. Çünki Kirill qardaşları Vizantiya 
imperiyasının elçisi kimi bir çox qonşu ölkələrə gedib-gəl-
miş və xüsusi təcrübəyə malik idilər. Bundan əlavə, onlar 
yunan, latın, yəhudi, ərəb və slavyan dillərini bilirdilər. Bu 
keyfiyyətlərinə görə Kirill qardaşları Bolqariyaya göndə-
rilmiş, Mefodi (820–885) ilə birlikdə az müddət içərisində 
3–4 dini kitabı slavyan dilinə tərcümə etmişdir. Bununla 
bərabər, həm də slavyanlar üçün əlifba da düzəltmişdir. 
Qədim slavyan əlifbası iki formada idi. Bunun biri kirillisa
digəri isə qlaqolisa adlanırdı. Kirillisa slavyanlar arasında 
daha tez və geniş yayılmışdır. Bu əlifba 43 hərfdən ibarət-
dir. Bunun 24-ü yunan əlifbasından götürülmüş, 19-u isə 
əlavə edilmişdir. Müasir rus əlifbası bu Kirill əlifbasından 
əmələ gətirilmişdir. Onun indiki vəziyyətinə qədər bir çox 
dəyişiklik edilmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
239
Keçmiş sovetlər məkanında yaşayan xalqların bir çoxu 
öz əlifbalarını rus qrafikası əsasında qurmuşdular.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə