2. ÜMumi DİLÇİLİk II indd


ƏLİFBA ANLAYIŞI VƏ TERMİNİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə128/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   124   125   126   127   128   129   130   131   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

ƏLİFBA ANLAYIŞI VƏ TERMİNİ
Hər bir fonoqrafik yazıda işlədilən hərflərin cəminə və 
bunların müəyyən düzülüşünə əlifba deyilir. Əlifba termini 
ərəb əlifbasının birinci (əlif) və ikinci (ba) hərflərinin adla-
rının birləşməsindən əmələ gəlmişdir. Faktlar göstərir ki
başqa bir sıra xalqlarda da əlifba termini yaratmaq üçün hə-
min prinsipdən istifadə edilmişdir. Məsələn, yunanlar əlif-
balarının birinci (a – alfa) və ikinci (v – vita) hərflərinin ad-
larının birləşməsindən “alfavita” termini düzəltmişlər. Mə-
lum olduğu üzrə yunan əlifbasında “v” hərfinin adı “vita” 
sonradan dəyişilib “beta” olmuşdur. Buna müvafiq olaraq 
almanlar alphabet, fransızlar isə alphabet termini yaratmışlar.
Əlifbalarda hərflərin düzülüşü yazının inkişafı ta-
rixində müəyyənləşib, ümumqəbul vəziyyət almışdır. La-
kin hərflərin əlifbadakı sırası şərti-ənənəvi xarakterdədir. 
Əgər hərflərin sıralanması hərflərdən istifadə qaydaları və 
ya başqa məsələlərlə bağlı olsaydı, onda müxtəlif əlifba-
lardakı bütün eyni hərflərin sıraları da bir-birinə uyğun 
gələrdi. Halbuki bu, belə deyildir. Məsələn, “ı” hərfinə 
nəzər yetirək. Bu, rus əlifbasının 29-cu, Azərbaycan əlif-
basının isə 13-cü hərfidir. Ümumiyyətlə, hərflərin əlifbada 
sıralanması problemi
1
xüsusi qanunauyğunluğa tabe deyil 
XVI FƏSİL
ƏLİFBA PROBLEMİ
1
Bax: Н.В.Юшматов. «Проблема алфавитного порядка». Cб. «Язык и мышление», IX, 1940.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
230
və bu, təsadüfi səciyyə daşıyır. Ona görə də dünya əlifba-
larında hərflərin sırası bir-birinə uyğun gəlmir.
Dildəki səsləri hərflərlə əks etdirmək çox əlverişli va-
sitədir. Bu, birdən-birə və asanlıqla əmələ gəlməmişdir. 
İnsan təfəkkürünün əvəzsiz bəhrələrindən olan əlifba on-
larca əsrlərin və nəsillərin məhsuludur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə