2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə130/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   126   127   128   129   130   131   132   133   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

ƏLİFBANIN YAYILMASI
Finikiya əlifbası bir çox əlifbaların əsasını təşkil 
edərək onların ulu valideyni – mənbəyidir. Bu əlifbadan 
əvvəlcə qonşu xalqlar istifadə etmişlər, sonralar isə get-ge-
də başqa xalqlar arasında yayılmağa başlamışdır. Finikiya 
əlifbasının uzaqlara yayılmasına, birinci növbədə, finiki-
yalıların özləri səbəb olmuşlar. Doğrudur, onlar əlifbanı 
yaymağı qarşılarına məqsəd qoymamışlar. Lakin ticarətlə 
daha çox məşğul olan bu xalq özgə ölkələrə ticarət səfəri 
zamanı yazılı əlaqə vasitəsi kimi əlifbadan istifadə etmişlər 
və bu prosesdə başqa xalqlar da əlifbanı əxz etməli olmuş-
lar. Beləliklə, ilk dövrlərdə Finikiya əlifbası öz vətənindən 
ticarətlə bağlı olaraq uzaqlara yayılmışdır. Adətən əlifba 
alınma yolu ilə bir xalqdan başqasına keçir. Bu alınma ti-
carət əlaqələri ilə bağlı olduğu kimi mədəniyyətlə də əlaqə-
dar olur. Məhz Finikiya əlifbası sonralar mədəniyyətlə də 
bağlı olaraq yayılmışdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
233
Yazı tarixçilərinin müəyyən etdiklərinə görə, Finikiya 
əlifbası iki istiqamətdə yayılmışdır: a) şərq istiqamətində; 
b) qərb istiqamətində
1
.
1) ARAMİ ƏLİFBASI VƏ ONUN ƏSASINDA 
YARANAN ƏLİFBALAR
Şərqdə Finikiya əlifbası əsasında ilk dəfə arami əlif-
bası meydana çıxmışdır. Aramilər ərəb səhralarında yaşa-
yırdılar. Onlar çətin həyat şəraiti olan səhralarda çox həyat 
sürə bilmədikləri üçün Suriya, Mesopotamiya və başqa 
yerlərə köçmüşlər. Aramilər çox bacarıqlı və fəal olduq-
1
V.A.İstrin. Göstərilən əsəri, səh. 303.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
234
larından ətrafdakı xalqlardan fərqlənmiş və öz yazılarını 
onlara verə bilmişlər. Arami əlifbası az vaxtda sami xalq-
ları arasında mühüm əlaqə vasitəsinə çevrilmişdir. Həmin 
xalqlar bu vasitədən ticarət zamanı və eləcə də təsərrüfat 
işlərində istifadə etmişlər.
Şərqdə geniş şöhrət qazanmış arami yazısı əsasında 
sonralar bütün Şərqin əlifbaları yaranmışdır. Alimlər hə-
min əlifbaları dörd budağa bölürlər: a) yəhudi budağı, b) Su-
riya budağı, c) İran budağı, ç) ərəb budağı.
Bu əlifba budaqlarında ümumi cəhət ondan ibarətdir 
ki, bunlarda qədim Finikiya əlifbasının sağdan-sola yazıl-
ması və konsonantlıq prinsipi saxlanılmışdır. Bununla ya-
naşı, onları bir-birindən fərqləndirən xüsusi əlamətlər də 
vardır. Arami mənşəli ərəb əlifbasının ən qədimi ‘’kufi’’ 
yazı adlanır. Bu əlifba Kufə şəhərinin adı ilə bağlıdır.
Qədim ərəb əlifbasında hərflərin miqdarı az olmuş
sonradan bəzi hərflər artırılmışdır. Kufi əlifbasının inkişa-
fı nəticəsində formalaşmış müasir ərəb əlifbasında 28 hərf 
vardır
1
. Onların 3-ü uzun sait, 25-i isə samit işarəsidir.
Ərəb əlifbasının 22 hərfi sözün əvvəlində, ortasında 
və sonunda yazılarkən başqa qrafik forma alır. Bəzi hərf-
lər isə şəkli cəhətdən bir-birinə çox oxşayır, bunlar ancaq 
nöqtələr vasitəsilə fərqləndirilir.
Ərəb əlifbası qədimdən başlayaraq çox geniş yayıl-
mışdır. Bu əlifbanın yayılmasına, əsasən, islam dini səbəb 
olmuşdur. Ərəb əlifbası əsrlər boyu türkdilli xalqlar ara-
sında da əlaqə vasitəsi kimi işlənilmişdir. Bu xalqlara, elə-
cə də bizə ərəb əlifbasının gətirilməsi ərəblərin işğalçılıq 
siyasəti ilə bağlı idi
2
. Azərbaycan yazısında bu əlifbadan 
istifadə edilmişdir.
1
Ə.Məmmədov. “Ərəb dili”. Bakı, 1971, səh. 11.
2
M.F.Axundov. Əsərləri. III cild, Bakı, 1962, səh. 174.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
235

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə