2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 35. Soldan sağa yazının istiqaməti



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə124/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   120   121   122   123   124   125   126   127   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 35. Soldan sağa yazının istiqaməti


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
221
Yazının bu formasından çinlilər, yaponlar, koreyalılar 
və başqaları istifadə etmişlər. Hazırda çin yazısı üfüqi for-
mada yazılır.
Yuxarıdan aşağı, soldan sağa hərfli şaquli yazı. Bu forma 
yazıda hərflər bir-birilə bitişib alt-alta yazılır, sətirlər sol-
dan-sağa tərəf istiqamətlənir.
Şəkil 36. Yuxarıdan aşağı, sağdan sola yazının istiqaməti
Şəkil 37. Yuxandan aşağı, soldan sağa yazının istiqaməti
Bu növ yazıdan çox az istifadə olunmuşdur. Bun-
dan mancurlar, monqollar istifadə etmişlər. Qədim 
monqol əlifbası Monqolustan Xalq Respublikasında 
1941-ci ilə kimi istifadə olunmuşdur. Həmin tarixdən 
monqollar öz yazılarını rus qrafikası əsasında qurmağa 
nail olmuşlar.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
222
Nəhayət qeyd etmək lazımdır ki, tarixdə yazının is-
tiqamətinin belə müxtəlif formalarının meydana çıxması 
çox təbii hal olaraq dialektik qanunauyğunluqların nəti-
cəsidir. Bu proses bir sıra xalqların yazı tarixindəki rolla-
rını, xidmətlərini aydınlaşdırmağa, müəyyənləşdirməyə 
imkan verir.
YAZININ TƏKMİLLƏŞMƏSİ VƏ İNKİŞAFINDA 
YAZI LƏVAZİMATININ ROLU
Yazının inkişafına təsir edən vasitələrdən biri də yazı 
ləvazimatıdır. Yazı ləvazimatı yazının inkişafına başqa 
cəhətdən deyil, ancaq işarələrinin forması baxımından tə-
sir etmişdir
1
.
Yazı üçün əlverişli ləvazimat hazırlanması ictimaiy-
yət tarixində ən mühüm məsələlərdən biri olmuşdur. İn-
san şüurunun inkişafı ilə əlaqədar olaraq lap qədimdən 
müxtəlif əşya və materiallardan istifadə edilməyə başlanıl-
mış və yazı üçün yeni-yeni münasib vasitələr hazırlanmış-
dır. Əsrlər keçdikcə bu sahədə insanların təcrübə və ba-
carıqları artmış, bunun sayəsində get-gedə yazı ləvazimatı 
da təkmilləşmişdir. Yazı tarixində ən yararlı vasitə kağız 
olmuşdur. Lakin insanlar bu vasitəni birdən-birə əldə edə 
bilməmişlər. Bunun, yəni kağızın kəşfinə qədər müxtəlif 
əşya və materiallardan istifadə olunmuşdur. Bütün bunları 
üç mərhələyə bölmək olur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə