2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə122/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   118   119   120   121   122   123   124   125   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

ÜFÜQİ YAZILAR
Üfüqi yazı forması yazının ilk tipi olan piktoqrafiya-
da da müşahidə olunur. Qədimdən həkk olunmuş pik-
toqramların bir qisminin soldan sağa (8-ci şəkildə olduğu 
kimi), müəyyən qisminin isə sağdan sola (7, 12-ci şəkillər-
də olduğu kimi) istiqamətləndiyini görürük. Yazı tiplərin-
də, demək olar ki, belə vəziyyət vardır.
Hərfli yazılar isə başqa tiplərdən fərqli olaraq, is-
tiqamətlərinə görə üç cürdür: a) sağdan sola, b) sağdan 
sola və soldan sağa, c) soldan sağa yazılar.
Sağdan sola hərfli üfüqi yazı. Bu növ yazının yaradıcısı 
finikiyalılar hesab olunur. Onlar ilk dəfə olaraq konsonant 
yazılarını sağdan başlayıb solda bitirmişlər.
Müasir dövrdə bu yazı növündən yəhudilər, ərəblər 
və başqaları istifadə edirlər. Yeri gəlmişkən deməliyik ki, 
uzun zaman Azərbaycan yazısında da sağdan sola forma-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
219
dan istifadə olunmuşdur. Sağdan sola yazının mənfi cəhə-
tini görkəmli ədib M.F.Axundov belə izah edir: “...biz bunu 
bilməliyik ki, hər cür xəttin sol tərəfdən sağ tərəfə çəkilmə-
si onun sağdan sola çəkilməsindən asandır. Kağız üzərinə 
səttarə qoyub cədvəl çəkənlər bu fikrin doğru olduğunu 
təsdiq edə bilərlər. Buna görə də yazını sağdan sola yazan 
biz müsəlmanlar öz-özümüzü çətinliyə düçar etmişik”.
Sağdan sola və sol-
dan sağa hərfli üfüqi ya zı. 
Yazının bu formasın-
dan qədim yu nanlar 
istifadə et
mişlər. Yu-
nanlar finikiyalıların 
əlifbasını götürdükdən 
sonra onda bir sıra də-
yişiklik aparmaqla bərabər yazının istiqamətində də dəyişiklik 
əmələ gətirmişlər. Onlar yazını bustrofedon, borozdı üsulu ilə 
yazmağa başlamışlar. Bustrofedona görə, birinci sətir sağdan 
sola, ikinci sətir soldan sağa, üçüncü sətir sağdan sola yazılır və 
bu qayda axıra qədər davam etdirilirdi.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə