2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 32. Rəqəmlərin inkişafı



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə118/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   114   115   116   117   118   119   120   121   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 32. Rəqəmlərin inkişafı


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
212
Nəhayət, qeyd etməliyik ki, başqa işarələrdən, xüsu-
silə qrafemlərdən fərqli olaraq rəqəmlər bütöv sözləri bil-
dirir. Eyni zamanda, bunların istifadə edilmə dairəsi də 
hərflərə nisbətən çox geniş deyildir.
DURĞU İŞARƏLƏRİ
Müasir fonoqrafik yazılarda istifadə olunan vasitələrdən 
biri də durğu işarələridir. Bunlar yazıda xüsusi qrup təşkil 
edərək köməkçi xarakterə malikdir. Belə ki, hərfsiz bunların 
vasitəsilə heç bir səsi əks etdirmək mümkün deyildir.
Durğu işarələri nitqin sintaktik bölünməsinə, cüm-
lələrin sərhədini müəyyən etməyə, intonasiya və məna ça-
larlarını əks etdirməyə kömək məqsədilə işlənilir. Yazıda 
bunların xüsusi əhəmiyyəti vardır. Durğu işarələri oxu-
maq və yazmağı asanlaşdırır. Elə buna görə demək olar ki, 
bu işarələr olmasa, yazanın fikri oxuyana lazımi dərəcədə 
çatmaz. Belə bir cəhəti əyani görmək üçün müasir yazıdan 
bir parçanı işarəsiz gözdən keçirək: “Mənim də dediyim bu-
dur gərək hökuməti bərk saxlayaq bundan ötrü nə lazımdır bun-
dan ötrü o lazımdır ki gecə-gündüz yatmayıb ayıq olasan qoy-
mayasan ki düşmənlər təzədən baş qaldırsınlar düşmən istəməz 
ki zəhmətkeşlər xoşbəxt olsunlar düşmən heç istəməz ki kəndçi 
yerin ağası olsun istəyirlər ki bəy-xan hökumətini bu camaatın 
boğazına calasınlar buna görə heç razı olmayaq yoldaşlar bu 
dəqiqə evlərinə gedib tüfənglərini götürəcək atlarını minib böyük 
dəstə düzəldəcək köməyə gedəcəklər siz gərək razı olmayasınız 
ki yoldaşlar torpaq əlinizdən getsin yenə bəylər xanlar başınız-
da qoz sındırsınlar bu camaata zülm eləsinlər gedin hazırlanın 
gərək düşmənin başını əzək bir də dirçəlməyə qoymayaq yoldaş-
lar” (M.Hüseyn).
Göründüyü kimi, bu parça durğu işarəsiz öz keyfiy-
yətini tam saxlaya bilmir. Burada fikir deyildiyi kimi yox, 
sönük və nisbətən anlaşılmazdır.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
213
Ümumiyyətlə, durğu işarələrinin yerində işlənilməmə-
si bəzən ikimənalılığa, fikir dolaşıqlığına gətirib çıxara bilir. 
Belə hallara yol verilməməsi üçün hər hansı bir yazıda dur-
ğu işarələrinin bir sıra qaydaları yaranmışdır. Durğu işarələri 
şifahi nitqin incəliyi ilə yazıda əks olunmasına xidmət edir. 
Buna görə də onlar ya ifadənin məntiqi mənası ilə bağlı, ya da 
cümlənin quruluşuna müvafiq yaranır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə