2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə117/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   113   114   115   116   117   118   119   120   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Onluq 
 
Yüzlük
X = 10 
C = 100
XX = 20
CC = 200
XXX = 30
CCC = 300
XL = 40
CD = 400
L = 50 
D = 500
LX = 60
DC = 600
LXX = 70
DCC = 700
LXXX = 80 
DCCC = 800
XC = 90
CV = 900
1
В.Истрин. «Возникновение и развитие письма». M., 1965, c. 514.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
210
Bu rəqəmlərlə hesablama çox çətin olurdu. Elə buna 
görə də qədim xalqlarda riyaziyyatın inkişaf sürəti son 
dərəcə yavaş olmuşdur. O dövrdə ancaq sadə riyazi hesab-
lama və həndəsənin əsas qaydaları ilə kifayətlənmişlər
1

Rum rəqəmlərinin riyaziyyat üçün nə qədər çətinlik törət-
diyini aşağıdakı rəqəmləri oxuduqda aydın görmək olar.
1888 = MDCCCLXXXVIII
Rum rəqəmləri miqdar bildirməklə bərabər eyni za-
manda sıra anlayışı da ifadə edir; məsələn: III=üç+üncü
V=beş+inci, VIII=səkkiz+inci və s. Belə bir cəhət də, şübhəsiz 
ki, riyaziyyat üçün yararlı hal ola bilməzdi.
Rum rəqəmləri sistemi XIII əsrə qədər Qərbi Avro-
pa ölkələrində vahid sistem olmuşdur. Bu dövrdən sonra 
onun işlənilmə sahəsi məhdudlaşmış, ərəb rəqəmləri geniş 
yayılmağa başlamışdır. Hazırda rum rəqəmlərindən çox 
az hallarda istifadə edilir.
“ƏRƏB” RƏQƏMLƏRİ SİSTEMİ
Müasir dövrdə bütün dünyada ərəb rəqəmləri adı ilə 
qəbul edilmiş rəqəmlər sisteminin xüsusi tarixi vardır. Bu 
rəqəmlər V əsrdə Hindistanda əmələ gəlmişdi. Hindlilərin 
yaratdığı bu sistemdə 1, 2, 3 ədədləri üçün üfüqi işarələr-
dən, yerdə qalanlar üçün isə xüsusi formalı işarələrdən is-
tifadə olunurdu. Qədim hindlilər böyük ədədlərlə də çox 
maraqlanırdılar. Buna görə də başqa ölkələrdə yaranmış 
rəqəmlər sistemindən fərqli olaraq, onlar rəqəmlər siste-
minə sıfır rəqəmini də artırmışlar. Sıfırın rəqəmlər siste-
minə əlavə edilməsi böyük ədədlərin ifadəsinə imkan ya-
ratmış və bu sahədə əvəzsiz əhəmiyyət kəsb etmişdir.
1
Ч.Лоукотка. «Развитие письма». M., 1950, c. 303.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
211
Müəyyən inkişaf və təkmilləşmə nəticəsində hind 
rəqəmlər sistemində on rəqəm formalaşmışdı. Bu rəqəm-
lərdə mövqe prinsipindən istifadə olunurdu. Burada rəqə-
min yalnız forması deyil, onun mövqeyi də xüsusi rola 
malik idi. Məsələn, 161 yazılanda birinci rəqəm “yüz”, eyni 
formalı üçüncü rəqəm isə “bir” sözünü bildirirdi.
Ərəblər IX əsrdə hind rəqəmləri ilə maraqlanmışlar. 
Onlar bu rəqəmlər sistemini götürmüş və daha da tək-
milləşdirərək müxtəlif sahələrə tətbiq etmişlər. Həmin 
rəqəmlər ərəblərdən Avropaya keçmişdir
1
. Ərəb rəqəmlə-
ri adlanan bu sistemdən X əsrdən ispanlar, XII əsrdən isə 
Avropanın digər ölkələri istifadə etmişlər. Ərəb rəqəmləri 
Rusiyada XIV əsrdən işlənməyə başlanmışdır.
Müasir yazıda istifadə etdiyimiz “ərəb” rəqəmləri in-
diki yararlı formaya birdən-birə düşməmişdir, bu, öz vətə-
ninin sərhədlərini keçdikdən sonra ərəblər və digər xalqlar 
tərəfindən, 32-ci şəkildə olduğu kimi, get-gedə təkmilləş-
dirilmişdir.
Göründüyü kimi, rə-
qəm lərin bugünkü şəkli bir 
çox əsrlər boyu, tədricən for-
malaşmışdır.
İndi ərəb rəqəmləri elm 
üçün hər cəhətdən yararlı-
dır. Buna görə də müxtəlif 
sahələrə dair müxtəlif məz-
munda, müxtəlif üslubda 
yazılmış əsərlərdə və eləcə 
də digər yazılarda geniş is-
tifadə edilir.
1
Qeyd edilməlidir ki, ərəblərin dünya elmi və mədəniyyəti tarixindəki xidmətlərinin ikisi 
daha böyük və əvəzsiz olmuşdur. Bunlardan biri rəqəmlərin, digəri isə kağızın Avropaya 
gətirilməsindən ibarətdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə