2. ÜMumi DİLÇİLİk II indd


DURĞU İŞARƏLƏRİ SİSTEMİNİN YARANMA



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə119/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   115   116   117   118   119   120   121   122   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

DURĞU İŞARƏLƏRİ SİSTEMİNİN YARANMA
TARİXİNDƏN
Durğu işarələri yazıdakı digər işarələrlə bir dövrdə 
meydana çıxmamışdır. Öz tarixinə görə bunlar hərflərdən 
sonra təşəkkül tapmışdır.
Qədimdə yazı başdan-başa bitişik yazılırdı. Bu, oxu 
və yazı işini olduqca çətinləşdirirdi. Sözlərin bitişik yazıl-
masına dair aşağıdakı cümləni nəzərdən keçirək.
“Balacakürsülüevinpilləkənlərini qalxıbümumi şüşə-
bəndəgirdimvə kəndirəsərilmişpaltarıyığışdırmaqdaolan-
bir rusqadınından Möhsünzadəgilinhansı otaqdayaşadıq-
larını soruşdum”
1
.
Yazı mədəniyyətinin inkişafı, yazıya olan ehtiyacın 
artması, müxtəlif forma və məzmunda yazıların meydana 
çıxması və bununla bərabər fikrin oxucuya aydın çatdırıla 
bilməsi əsasında yazıda sözləri bölmək tələbi ciddi şəkil-
də qarşıya çıxmışdır. Bu tələbə əsasən yazı təcrübəsi olan 
xalqlar sözü ayırmaq üçün müxtəlif vasitələrə əl atmışlar: 
bəzi xalqlar sözlər arasında şaquli xətlər qoymuş, bəzilə-
ri xüsusi işarədən istifadə etmişlər; məsələn, şumerlər bu 
məqsəd üçün sözlərin arasında yantövrü, əyri bir cizgi 
çəkmişlər. Etrusklar və qədim türklər hər bir söz və ya söz 
1
Cümlə belədir: “Balaca kürsülü evin pilləkənlərini qalxıb ümumi şüşəbəndə girdim və 
kəndirə sərilmiş paltarları yığışdırmaqda olan bir rus qadınından Möhsünzadəgilin hansı 
otaqda yaşadıqlarını soruşdum” (İ.Əfəndiyev).


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
214
birləşməsindən sonra qoşa nöqtə qoymuşlar. Sonralar oxu 
və yazını asanlaşdırmaq üçün sözlər arasında məsafə qo-
yulmuş və nəhayət durğu işarələrindən də istifadə olun-
mağa başlanmışdır.
Yazının inkişafının mərhələlərinin birincisində durğu 
işarələri olmamışdır. Belə bir cəhət piktoqrafik yazının xa-
rakteri ilə bağlı idi. Yazı tiplərindən ideoqrafik və sillaboq-
rafik yazıda da bu vasitə, demək olar ki, işlənilməmişdir. 
Durğu işarələri, əsasən, fonoqrafik yazıdan başlanır. Yazıda 
əlifba yarandıqdan sonra durğu işarələri əmələ gəlmişdir.
Durğu işarələrinin tarixi eramızdan əvvəlki dövrlərlə 
bağlıdır. İlk dəfə Finikiyada, Yunanıstanda bu vasitədən 
istifadə olunmuşdur.
Durğu işarələrinin birinci nümayəndəsi nöqtədir. Bu 
işarə hazırkı vəzifəsinə qədər bir çox məqamlarda müxtəlif 
məqsədlər üçün işlənilmişdir. Nöqtənin ilk vəzifəsi Finiki-
ya, yunan və latın yazılarında sözlərin sərhədini müəyyən 
etmək olmuşdur. Müəyyən vaxtdan sonra sözlər arasında 
boş yer qoyulmuş və nöqtə yalnız sözlərin sərhədini bildir-
mək deyil, başqa vəzifələr də daşımışdır. Qədim dövrlərdə 
nöqtə işarəsi böyük və kiçik fasiləni bildirmək üçün istifadə 
edilmişdir. Sonra böyük, orta və kiçik fasilə müəyyənləşdik-
də sətrin üstündə qoyulanda indiki nöqtəni, sətrin axırında 
ortada qoyulanda nöqtəli vergülü, sətrin altında qoyulanda 
isə vergülü bildirmişdir. Keçmişdə nöqtə başqa məqsədlə 
də işlədilmişdir; məsələn: səliqəsizlik yaratmamaq məqsədi 
üçün mətndə səhv yazılmış hərf və ya sözü pozmayıb, onun 
ya altında, ya da üstündə nöqtə qoyulmuşdur.
XII əsrdən nöqtə indiki vəzifədə işlənilməyə başlan-
mışdır. XIII əsrdən yazıda durğu işarələrindən geniş miq-
yasda istifadə edilməyə meyil göstərilmişdir. Buna görə 
də həmin dövrdən hər dilin öz milli xüsusiyyətlərinə mü-
vafiq sistemlər yaranmışdır. Durğu işarələrinin inkişafı 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
215
XV əsrdə diqqəti daha çox cəlb etmişdir. Bu dövrdə kitab 
çapının yaranması ilə bağlı olaraq durğu işarələrinin sayı 
çoxalmışdır.
XVIII əsrdən bir sıra işarələr – sual, nida indiki vəzifə-
sində işlədilməyə başlanmışdır. Ümumiyyətlə nöqtə, ver-
gül, nöqtəli vergül, sual və sair bildirmək üçün müxtəlif 
işarələrdən istifadə olunmuşdur. Bunlardan nöqtə və ver-
gül işlədilmiş işarələrə nəzər yetirək.
Nöqtə üçün – sətrin üstündə nöqtə işarəsi (_._) bir 
nöqtə və vergül (.,), xaç işarəsi işlədilmişdir. Vergül üçün 
(_
.
_)sətrin altında nöqtə işarəsi və nöqtə üstündə vergül 
işarəsindən istifadə edilmişdir.
Durğu işarələrindən Azərbaycan yazısında da istifa-
də edilmişdir. Azərbaycan yazılarında durğu işarələrindən 
nöqtəni əvəz edən xüsusi işarəyə 1073-cü ildə yazıya kö-
çürülmüş “Kitabi-Dədə Qorqud” əsərində rast gəlirik. Hə-
min əsərin XV əsrdə köçürülmüş Drezden nüsxəsində hər 
bir cümlənin sonunda ulduzvari işarə qoyulmuşdur. Lakin 
təəssüf ki, bu durğu işarəsi geniş yayıla bilməmişdir. XIX əs-
rin ikinci yarısında mətbuatın Azərbaycanda inkişafı ilə bağ-
lı olaraq bir sıra əsərlərdə müxtəlif formada durğu işarələri 
işlədilmişdir. 1905-ci ildən sonra yazımızda durğu işarələri 
get-gedə çoxalmış, 1920-ci ildən isə bunların sabitləşməsinə, 
təkmilləşməsinə daha çox əhəmiyyət verilmişdir
1
.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə