2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə120/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   116   117   118   119   120   121   122   123   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

DURĞU İŞARƏLƏRİ SİSTEMİ
Hər bir dilin öz xüsusiyyətlərinə müvafiq yaranmış 
durğu işarələrinin cəmi sistem təşkil edir. Bu və ya digər bir 
1
Azərbaycan yazısında işlənən durğu işarələrinin xüsusiyyətləri haqqında əsasən, bu əsər-
lərdə bəhs olunur: a) C.Əfəndiyev. Azərbaycan dilinin durğu işarələri. Nizami adına Ədə-
biyyat və Dil İnstitutunun əsərləri, V cild. Bakı, 1953; b) M.Şirəliyev, M.Hüseynzadə. Azər-
baycan dilinin qrammatikası, II hissə. Bakı, 1957, c) M.Həsənov. Durğu işarələri haqqında, 
V.İ.Lenin adına APİ-nin əsərləri. 1961, ç) M.Hacıyev. Durğu işarələri. Bakı, 1961, d) Z.Bu-
daqova, R.Rüstəmov. Azərbaycan dilində durğu işarələri. Bakı, 1965.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
216
sistem, təbii olaraq, başqasından fərqlənir. Bu fərqlər müxtə-
lif cəhətdən – miqdarına, vəzifəsinə və s. görə ola bilər.
Azərbaycan yazısında durğu işarələri sistemi aşağıda-
kı kimidir:
1. Nöqtə (.) 
 
6. Sual işarəsi (?)
2. Vergül (,) 
 
7. Nida işarəsi (!)
3. Nöqtəli vergül (;) 
8. Üç nöqtə (...)
4. İki nöqtə (:)
9. Mötərizələr [()]
5. Tire (-) 10. 
 
Dırnaqlar (“”)
Müxtəlif durğu işarələri sistemlərindəki fərqlər işa rə-
lə rin işlədilməsində də özünü göstərir.
Latın yazısında sual və nida işarələri cümlənin sonun-
da, ispan yazısında cümlənin (və ya sözün) hər iki tərəfin-
də qoyulur. İspanlar cümlənin (və ya sözün) əvvəlində bu 
işarələri əksinə çevirərək başıaşağı formada işlədirlər.
Bu və ya başqa durğu işarələri sistemini təşkil edən 
üzvlər əsas vəzifələri ilə bərabər əlavə vəzifə də yerinə ye-
tirə bilir. Məsələn, Azərbaycan yazısındakı nöqtə çoxvəzifə-
lidir. Bunun əsas vəzifəsi cümlənin bitdiyini bildirməkdir. 
Lakin ad və familiyanın ixtisarında işləndikdə əlavə vəzifə 
yerinə yetirir. Yaxud, dırnaq işarəsinə fikir verək. Bu işarə-
nin başqa şəxsin nitqini müəllif nitqindən ayırmaq üçün 
işlədilməsi, əsas vəzifə, sözün məcazi mənada olduğunu 
bildirmək üçün istifadə edilməsi isə onun əlavə vəzifəsidir. 
Bəzi işarələrin əsas vəzifələri qoşalaşa bilir. Məsələn, nida 
işarəsi cümlənin sonunda işlənərkən həm cümlənin bitdi-
yini, həm də cümlədə nida mənası olduğunu göstərir. Bu 
iki vəzifə bir məqamda qoşalaşdığı üçün bunları qoşa əsas 
vəzifə adlandırmaq olur. İşarələrin bütün bu əsas və əlavə 
vəzifələri əsasında onların qaydaları müəyyənləşdirilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
217

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə