2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 34. Bustrofedon yazının istiqaməti



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə123/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   119   120   121   122   123   124   125   126   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 34. Bustrofedon yazının istiqaməti
Şəkil 33. Sağdan sola yazının istiqaməti
Bustrofedon yazının mənfi cəhəti ondan ibarət idi ki, 
burada hərfin forması yazıya uyğunlaşdırılırdı. Məsələn, 
34-cü şəkildəki “K” yə ”E” şəkilli işarələrə-hərflərə nəzər 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
220
yetirək. Bu hərflər sətrin istiqamətindən asılı olaraq iki 
formada yazılmışdır. Belə bir üsul yazı işini çətinləşdirir-
di. Elə buna görə də bustrofedon üsulu ilə yazı çox davam 
etməmiş, yunanlar bundan əl çəkərək yazını soldan sağa 
istiqamətləndirmişlər.
Soldan sağa hərf-
li üfüqi yazı. Bu növ 
yazı soldan sağa doğ-
ru yazılır. Lap qədim 
dövrlərdə 
soldan 
sağa yazılar olmuş-
dur. Məsələn, Finiki-
ya yazısı ilə bir dövr-
də olan uqarit mixi yazısı soldan sağa yazılmışdı. İndi sol-
dan sağa tərəf yazmaq dünyada ən çox yayılmış və demək 
olar ki, münasib yazı formasıdır.
Bu yazı formasından Avropanın əksər xalqları istifadə 
edir. Ümumiyyətlə, yunan əlifbasından yaranmış bütün 
əlifbaların yazısında yeganə olaraq bu forma hakimdir.
ŞAQULİ YAZILAR
Yazı tarixində şaquli yazılar da xüsusi yerə malikdir. 
Yazının bu formasına hələ şəkli yazılarda rast gəlmək olur. 
Belə ki, bəzi piktoqrafik yazı abidələrində piktoqramlar 
yan-yana deyil, alt-alta yazılmışdır. Bu nümunələr ixtisas-
çılar tərəfindən yuxarıdan aşağı oxunulur.
Şaquli yazı forması, əsasən, ideoqrafik yazı tipində 
geniş intişar tapmışdır. Bu tip yazılar istiqamətlərinə görə 
əsasən iki yerə bölünür: a) yuxarıdan aşağı, sağdan sola 
yazı; b) yuxarıdan aşağı, soldan sağa yazı.
Yuxarıdan aşağı, sağdan sola heroqlif şaquli yazı. Bu for-
ma yazıda heroqliflər yuxarıdan aşağı istiqamətdə bir-biri-
nin altınca yazılır, sətirlər isə sağdan sola sıralanır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə