2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə125/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   121   122   123   124   125   126   127   128   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

I mərhələ. Bərk materiallardan istifadə mərhələsidir. Bu 
mərhələdə insanlar təbiətdə hazır şəkildə mövcud olan 
əşya və materiallar üzərində yazı həkk etmişlər. Qədim 
insanlar hələ çox şeyə hakim ola bilmədikləri dövrdə daş 
plitələri, ağac parçaları, heyvan sümükləri, metal parçaları 
və sair üzərində yazı yazmışlar. Bu materiallar üzərində 
1
В.А.Истрин. «Развитие письма». M., 1961, с.361.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
223
xətlər çəkmək, yazı həkk etmək üçün daş və dəmir parça-
larından istifadə etmişlər
1
.
Yazının inkişafı tarixində bərk materialdan istifadə bir 
o qədər əlverişli olmamışdır. Belə ki, bu materiallar üzə-
rində asan və tez yazmaq, həmçinin bunları uzaq yerlərə 
göndərmək çətinlik törətmişdir. Ona görə də insanlar daha 
münasib material axtarmağa səy göstərmişlər.
II mərhələ. Yumşaq materiallardan istifadə mərhələsidir. 
İnsanlar yazı texnikasını inkişaf etdirmək və bundan geniş 
miqyasda istifadə etmək üçün yazı işində yumşaq materi-
aldan papirus, perqament, ipək, palma yarpağı və başqa yum-
şaq materiallardan istifadə etmişlər.
Qədim yumşaq yazı materialından birincisi papirus-
dur. Bunun vətəni Misir, yaradıcısı isə misirlilərdir. Misir-
lilər Nil çayı ətrafında bitib 3–4 metr boy atan bu bitkidən 
ilk dəfə olaraq yazı ləvazimatı hazırlamaq üçün istifadə et-
mişlər. Onların yazı üçün hazırladıqları papirus mürəkkəb 
və çətin proses nəticəsində əldə edilirdi. İstehsal prosesin-
də müxtəlif əməliyyatlardan sonra papirusu möhkəmlən-
dirmək, davamlılığını artırmaq və hamarlamaq üçün onu 
balıqqulağı və ya fil sümüyü ilə sığallamışlar. Bunun da 
nəticəsində papirus vərəqləri yazı üçün daha əlverişli ma-
teriala çevrilmişdi.
Papirus istehsalı sonralar genişlənib Misir sərhədləri-
ni keçmişdir. Məsələn, eramızın I əsrində Romada da pa-
pirus hazırlanmışdır. Bu papirusun ilk xammalı Misirdən 
aparılmışdır. Bundan başqa, digər bir sıra ölkələrdə də 
papirus istehsal olunmuşdur. İstər Misirin özündə, istərsə 
də başqa yerlərdə istehsal olunan bu material az tapılır və 
olduqca baha başa gəlirdi.
1
Müasir dövrdə bərk materiallar üzərindəki yazıların tədqiqi və oxunulması ilə epiqrafika 
məşğul olur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
224
Papirus vərəqələrindən istifadə edilərkən onun birin-
ci tərəfi yazılırdı. Eyni zamanda, oxumağı asanlaşdırmaq 
məqsədilə müəyyən məsələ sütunlarda və sütunlar da 
bir-birindən müəyyən məsafədə aralı yazılırdı. Yazılmış 
vərəqlər yapışdırılıb papirus kitab düzəldilirdi. Belə kitab-
larda bu və ya başqa mövzuya aid əsər əks olunurdu.
Papirus vərəqələrdə riyaziyyat məsələləri də öz əksini 
tapmışdı.
Papirus kitablar hazırlanarkən ondan çoxlu miqdarda 
oxucunun istifadə edə bilməsi nəzərə alınırdı.
Papirus üzərində yazı işləri qələmlə aparılırdı. Bu 
qələm qamış çubuqdan hazırlanır və ucu pemza ilə (daşla) 
itilənirdi. Mürəkkəb hazırlamaq üçün qurumdan və qırmı-
zı tabaşirdən istifadə edilirdi.
Yazı tarixində XII əsrə qədər (məsələn, Cənubi İtali-
yada) bu və ya digər sənədlərin yazılışında papirus işlə-
dilmişdir.
Ən qədim dövrlərdən yazı üçün heyvan dərisindən də 
istifadə olunmağa başlanılmışdır. Yazı materialı kimi dəridən 
birinci dəfə bir sıra Asiya xalqları istifadə etmişlər. İlk dövr-
lərdə heyvan dərisindən lazımi qədər yararlı şəklə salınmış 
(38-ci şəkildəki kimi), bəsit formada istifadə olunurdu.
Yazı üçün kifayət qədər yararlı formaya salınmış dəri 
materialı – perqament bizim eradan əvvəl II əsrdə mey-
dana çıxmışdır. Bu materialın adı Perqam şahlığının adı ilə 
bağlıdır. Belə ki, ilk dəfə Perqam hakimiyyətində dəridən 
yeni tipli material hazırlanmış və bu yazı ləvazimatı sonra-
lar həmişəlik perqament adlandırılmışdır.
Perqament istehsalında müxtəlif əməliyyatlar aparı-
lırdı. İlk dəfə dəri üzərində qalmış ət parçası və qırıntıları 
təmizlənir, bundan sonra əhənglənirdi, bütün tük götürü-
lür və müəyyən əşya üzərinə salınıb qurudulurdu. Bun-
dan sonra pemza ilə sığallanır və tabaşirlə ağardılırdı. Dəri 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
225
üzərində o qədər əməliyyat aparılırdı ki, onun üzü ilə asta-
rını seçmək qeyri-mümkün olurdu.
Yaxşı hazırlanmış perqament heç vaxt rəngini dəyişib 
saralmırdı.
Perqament üçün ən yaxşı 
xammal qoyun və keçi dərisi 
hesab edilirdi. Bununla bəra-
bər bəzən buzov dərisindən 
də hazırlanırdı. Bunu əvvəllər 
ancaq kilsə və monastırlarda 
istifadə olunmaq üçün xüsu-
si adamlar hazırlayırdı. Lakin 
sonralar perqament geniş miq-
yasda istifadə olunmağa baş-
landığı üçün istehsalı çoxal-
mış, hətta müxtəlif növləri də 
əmələ gəlmişdi.
Perqament möhkəm və hamar olduğundan yazı işinə 
çox yararlı idi. Bunun üzərində istənilən şəkildə, həm 
böyük, həm də kiçik xətlə yazmaq olurdu. Ona görə də 
perqamentdən geniş istifadə edən xalqlar bundan kitab 
düzəltmişlər. Bu perqament kitablar latınca kodeks (Co-
dex) adlanırdı.
Perqament vərəqələrdən üst-üstə yapışdırılıb əmələ gə-
tirilən kodeks-perqament kitab antik dövrdə müasir kitab 
formasında olub, kvadrat şəklində idi. Bunun bir səhifəsi 
üç-dörd sütuna bölünürdü. Sonralar tədrici olaraq kodeksin 
forması dəyişmiş, yəni kitab uzun formada hazırlanmış və 
hər səhifə iki sütuna bölünmüşdür ki, bunun da nəticəsində 
sütunlar arasında artıq boş yer qalmışdır. Belə bir forma ya-
zının oxunuşunu nisbətən asanlaşdırmışdır.
Perqament kitabla papirus kitabı müqayisə etdikdə 
yazının inkişafında perqament irəliyə doğru böyük addım 

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə