2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə116/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   112   113   114   115   116   117   118   119   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

RUM RƏQƏMLƏRİ SİSTEMİ
Bizim eradan əvvəl VI əsrdə yunan attik rəqəmlər sis-
teminin təsirində etrusk rəqəmlər sistemi yaranmışdır. Bu 
işarələri onlardan romalılar götürmüşlər. Bundan sonra 
həmin işarələr rum rəqəmləri sistemi adlanmışdır.
Müasir rum rəqəmləri sistemi yeddi işarədən ibarətdir.
Həmin işarələrin mənşə 
əlamətləri nəzərə alındıqda 
onları iki qrupa bölmək olar:
a) Zahiri oxşatma üsu-
lu ilə yaradılmış rəqəmlər. 
Rum rəqəmlərindən üçü 
insan əl-qolunun müəyyən 
hərəkətinə bənzədilərək ya-
radılmışdır. Məsələn, I rəqə-
mi – barmaq, V rəqəmi – baş 
barmağı aralanmış formada 
1
В.Истрин. «Развитие письма». M., 1961.
10-cu sxem
Rəqəmlər
I
X
C
V
L
D
M
Mənaları
bir – 1
on – 10
yüz – 100
beş – 5
əlli – 50
beş yüz – 500
min – 1000


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
209
əl pəncəsi, X rəqəmi – iki qolun çarpazlaşması şəklindən 
əmələ gəlmişdir.
b) Hərflərdən ibarət olanlar. Bəzi say bildirən sözün 
ilk hərfi rəqəm vəzifəsində işlənilmişdir. Məsələn, o dildə 
yüz mənasını bildirən centum sözünün ilk hərfi (C) yüz 
rəqəmi, min mənasını ifadə edən mille sözünün birinci 
hərfi (M) min rəqəmi kimi istifadə olunmuşdur. Bunlardan 
başqa, L və D rəqəmləri də hərf-rəqəmdir. Bu rəqəmlərin 
tarixi elmə məlum deyildir
1
.
İlk dövrlərdə sadə rum rəqəmləri ilə mürəkkəb say-
ları yazmaq üçün artırma prinsipindən istifadə olunurdu. 
Sonralar get-gedə çıxma prinsipindən də istifadə edilməyə 
başlanıldı ki, bu da sistemin yazılışını nisbətən asanlaşdır-
dı. Bu asanlaşdırma rəqəmin işarələrinin miqdarında özünü 
göstərdi. Belə ki, dörd anlayışı dörd (IIII) əvəzinə iki işarə 
ilə (IV), doqquz anlayışı beş işarə (VIIII) əvəzinə iki işarə ilə 
(IX) yazıldı. Bununla mürəkkəb rəqəmlərin əmələ gətirilmə-
sinin iki başlıca prinsipi yaranıb möhkəmlənmiş oldu.
Müasir rum rəqəmlərində artırma və çıxma prinsipləri 
ilə mürəkkəb rəqəmlər yaratdıqda aşağıdakı mənzərə alınır:

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə