2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə135/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   131   132   133   134   135   136   137   138   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

YAZIDA SÜRƏT MƏSƏLƏSİ
Adi yazı haqqındakı təlimdən aydın olduğu kimi
ilk yazının sürəti çox yavaş idi. Yazıda sürətin azlığı on-
dan geniş istifadə olunmağa imkan vermirdi. Belə bir 
vəziyyət yazının sürətini artırmaq zəruriliyini meydana 
çıxarmışdı. Vokallaşdırılmış fonoqrafik yazının sürətini 
çoxaltmaq üçün kiçik hərflər – “miniskul”
2
yaradılmışdır. 
XVII FƏSİL
STENOQRAFİK YAZI
1
Stenoqrafiya – iki yunan sözündən ibarətdir. “Stenoe” – yığcam, “ğrapho” – yazıram demək-
dir. Termin kimi stenoqrafiya qısa yazmaq, yığcam yazmaq anlayışını ifadə edir.
2
“Miniskul” kiçik, “mayiskul” isə böyük hərfdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
244
Kiçik hərflərin yaranması ilə tez yazmaq tələbi nisbətən 
ödənilmiş, ilk yazıda olduğu kimi, hərflər düz xətlə deyil, 
müxtəlif formalı xətlərlə yazılmağa başlanmışdır. Bunun 
da nəticəsi olaraq normal adi yazıda orta hesabla dəqiqə-
də 20 söz yazmaq imkanı əldə edilmişdir. Lakin bu sürət 
danışanın nitqinin həmin anda yazılmasına, qeyd olun-
masına imkan vermir. Çünki adi yazının sürəti ilə nitqin 
sürəti arasında qeyri-bərabərlik vardır. Bu qeyri-bərabər-
lik natiqlərin nitqində 1/6 nisbətindədir. Belə ki, adi halda 
insan dəqiqədə 70-80 söz tələffüz etdiyi halda, natiqlərin 
nitqində bu rəqəm 120-dən artığa qalxır ki, indiki adi ya-
zının texniki cəhəti bunlardan 20 sözdən artıq yazmağa 
imkan vermir. Adi sürətli yazı insanların nitqini söylə-
nilən anda tam əks etdirə bilmədiyi üçün iti sürətli yazı 
tələbi qarşıya çıxmışdır. Belə bir tələbi ödəyən, yəni nitqi 
maksimum sürətlə əks etdirən yazı sistemi stenoqrafiya 
olmuşdur.
STENOQRAFİYANIN ƏHƏMİYYƏTİ
Natiqlik sənəti ilə bağlı təşəkkül tapan stenoqrafiya 
xüsusi mədəni-siyasi əhəmiyyətə malikdir. Bu növ yazı bir 
neçə cəhətdən faydalıdır.
Birincisi, ən iti danışığı həmin anda bütövlüyü ilə 
qeydə almağa imkan verməsidir. Siyasi və ictimai xa-
dimlərin alovlu çıxışları, alim və yazıçıların nitqləri ste-
noqrafiyanın köməyi ilə geniş oxucu kütləsinə çatdırılır. 
Bütün şifahi söylənilən nitqlər stenoqrafiya vasitəsilə 
mətbuatın ixtiyarına keçir. Mətbuat isə onu geniş yaya 
bilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
245
İkincisi, yazı prosesində vaxta çox-çox qənaət olunma-
sına şərait yaratmasıdır. Stenoqrafiya adi yazını əvəz edən-
də vaxta və eləcə də yazı vasitəsinə xeyli qənaət olunur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə