2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 39. Tiron işarələri ilə yazılmış stenoqram



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə137/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   133   134   135   136   137   138   139   140   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 39. Tiron işarələri ilə yazılmış stenoqram
1
Tiron əvvəlcə qul, sonra katib olmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
247
Tiron sistemi geniş yayılaraq natiqlərin nitqi, məh-
kəmə iclaslarının gedişi, qərarı və s. bununla yazılırdı. Ti-
ron işarələri notae adlandığı üçün bu işarələrlə yazanlara 
notarii deyilirdi. Geniş miqyasda istifadə olunan Tiron not-
ları sonralar tədricən təkmilləşmiş, ona yeni-yeni işarələr 
artırılmış və bunun miqdarı 5 minə çatdırılmışdır.
Tiron sistemi yalnız Roma daxilində qalmamış, kəna-
ra çıxaraq daha geniş yayılmışdı. Avropa xalqlarının çoxu 
bu üsuldan istifadə etmişdir. Ümumiyyətlə, bütün Avro-
pada stenoqrafik üsulla yazmaq meylinin güclənməsində 
Tiron sisteminin xüsusi rolu və əhəmiyyəti olmuşdur.
Antik stenoqrafiya sistemləri başlıca olaraq iki səbəb əsa-
sında meydana çıxmışdır. Bunlardan birincisi yazının sürəti-
ni artırmaq, ikincisi isə yazı materialına qənaət etməkdir.
Haqqında bəhs olunan antik stenoqrafiya sistemlə-
ri lazımi dərəcədə təkmilləşməmişdi. Bunlar indi istifadə 
olunan stenoqrafiya sistemlərinə nisbətən şərti xarakter-
də idi. Burada hər bir işarə bütöv bir sözü bildirirdi. Buna 
görə də bu yazı hər bir işarəni ayrılıqda əzbərləmək tələb 
edirdi. Belə yazı sistemini mənimsəmək çox çətin olurdu.
MÜASİR STENOQRAFİYA SİSTEMİNİN
YARANMASI
Müasir stenoqrafiya sisteminin əsası XVII əsrdə qo-
yulmuşdur. İngilis Villis (1602) ilk dəfə olaraq hərfli ste-
noqrafiya sistemi kəşf etmişdir. Onun sistemi stenoqrafiya 
tarixində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.
XVIII əsrdə stenoqrafiyanın inkişaf sürəti nisbətən art-
mışdı. İngiltərədə, Fransada, İspaniyada bir sıra sistemlər 
meydana çıxmışdı. Bu əsrdə Bayromun (1720), Taylorun 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
248
(1786) hazırladıqları stenoqrafiya sistemləri diqqəti xüsu-
silə cəlb etmişdi.
Stenoqrafiya məsələlərinə XIX əsrin ortalarında ma-
raq daha da çoxalmış, bu yazı sistemindən Qərbi Avropa-
da və digər yerlərdə praktik olaraq geniş dairədə istifadə 
olunmuşdur. 1837-ci ildə ingilis dilinə aid Pitman stenoq-
rafiya sistemi hazırlamışdır. 1834-cü ildə Habelsberqer
1841-ci ildə Ştoltse alman stenoqrafiya sistemi yaratmış-
lar. Habelsberqer stenoqrafiya sisteminə kursiv yazı gə-
tirməklə çox böyük iş görmüşdür. Eyni zamanda, bir sıra 
stenoqrafiya sistemləri də onun sisteminin təsirilə forma-
laşmışdır. Bu cəhətləri nəzərə alan yazı tarixçisi Ç.Lou-
kotka haqlı olaraq Habelsberqeri müasir stenoqrafiyanın 
atası hesab edir.
Rusiyada ilk orijinal stenoqrafiya sistemi 1858-ci ildə 
M.İvanin tərəfindən yaradılmışdır. Tədqiqatçıların qeydlə-
rinə görə, həmin ilə qədər Rusiyada bir sıra fransız sistem-
lərindən istifadə edilmişdir. Bu sistemlər rus dilinin xüsu-
siyyətlərinə uyğun olmadığından geniş miqyasda istifadə 
oluna bilməmişdir. M.İvaninin sistemi ilə yanaşı, bir sıra 
xarici sistemlər, o cümlədən Habelsberqerin və Ştoltsenin 
sistemləri rus dilinə tətbiq edilmişdir.
XX əsrin əvvəllərində xaricdə olduğu kimi, Rusiyada 
da stenoqrafiyaya xüsusi fikir verilir, onun inkişafına səy 
göstərilirdi. Bu məqsədlə stenoqrafiya gimnaziyalarda təd-
ris olunurdu. Hətta 1905-ci ildən “Uçitel-stenoqraf’ (“Ste-
noqraf müəllim”) adlı jurnal da nəşr olunmağa başlamışdı. 
Bütün bunlara baxmayaraq, çar Rusiyasında stenoqrafiya 
təhsili geniş yayıla bilməmişdi.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
249

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə