Fesil indd



Yüklə 332,08 Kb.

səhifə1/12
tarix20.09.2018
ölçüsü332,08 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12


71

FƏSİL 3. 

Layiqli həyat səviyyəsi

3.1  

İqtisadi artım və insan inkişafı anlayışı

3.1.1

İqtisadi artım və onun ölçülməsi

İqtisadi  artım  istehsal  prosesinə  əlavə  istehsal  amillərinin  (əmək,  kapital 

və s.) cəlb olunması, yaxud istehsal texnologiyasının təkmilləşməsi nəticəsində 

ümumi  daxili  məhsulun  (ÜDM)  həcminin,  o  cümlədən  adambaşına  düşən 

ÜDM-in həcminin yüksəlməsidir. Anlayışdan da göründüyü kimi iqtisadi artım 

əsasən kəmiyyət dəyişməsini, yəni əhalinin həyat səviyyəsinin yüksəlməsinə im-

kan verən daha çox əmtəə və xidmətlərin istehsalını ifadə edir. İqtisadi artımdan 

fərqli olaraq iqtisadi inkişaf dedikdə iqtisadiyyatdakı keyfiyyət dəyişikliyi başa 

düşülür. İqtisadi inkişaf əlavə iqtisadi artım üçün əsas yaratmaqla birlikdə, sosi-

al-iqtisadi və mədəni strukturda, həmçinin əhalinin həyat səviyyəsində keyfiyyət 

dəyişikliyinə yol açır. Dolayısı ilə, geniş mənada iqtisadi inkişaf anlayışı həm 

kəmiyyət, həm də keyfiyyət dəyişməsini ehtiva edir.

ÜDM milli hesablar sisteminin və iqtisadiyyatın ən mühüm göstəricilərindən 

biri kimi istehsal fəaliyyətinin son nəticəsini ifadə edir və son istehlak üçün is-

tehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə ölçülür. O, özündə iqtisadiyyatın 

bütün sahələri üzrə yaradılan ümumi əlavə dəyərlə xalis vergilərin cəmini əks 

etdirir. Bu yanaşmaya ÜDM-in istehsal və ya sahə üsulu ilə ölçülməsi deyilir. 

ÜDM  gəlirlər  üsulu  ilə  müəyyənləşdirilərkən  isə  istehsal  olunmuş  əmtəə  və 

xidmətlərdən formalaşan ilkin gəlirlərin, yəni muzdlu işçilərin əmək haqqının, 

istehsala  və  idxala  görə  xalis  vergilərin,  ümumi  mənfəətin  və  ümumi  qarışıq 

gəlirlərin cəminə baxılır. Məlum olduğu kimi, ilkin gəlirlər institusional rezident-

vahidlərin  istehsalda  iştirakı  nəticəsində  yaranan  gəlirlərdən  və  mülkiyyətdən 

alınan gəlirlərdən ibarətdir. Nəhayət, ÜDM-in ölçülməsinin xərclər üsulu əmtəə 

və xidmətlərin son istehlakını, əsas kapitalın ümumi yığımını, maddi dövriyyə 

vəsaitləri ehtiyatlarının dəyişməsini, qiymətlilərin (sərvətlərin) əldə edilməsini 

və əmtəə və xidmətlərin ixrac və idxal saldosunu özündə birləşdirir.

Son istehlak üçün istehsal olunmuş məhsul və xidmətlərin cari qiymətlərlə 

dəyəri nominal ÜDM-i ifadə edir. Əgər t ilində istehsal edilən i məhsulunun (və 

ya xidmətinin) miqdarını Q



it

, qiymətini isə F



it

 ilə ifadə etsək, nominal ÜDM (Y



t

riyazi olaraq aşağıdakı formada göstərilə bilər:



Aydındır ki, fiziki istehsal həcminin dəyişmədiyi halda belə ümumi qiymətlər 

səviyyəsinin yüksəlməsi nominal ÜDM-in artmasını şərtləndirəcəkdir. Bu ba-

��



� ∑ �



��

� �


��

���



  


72

xımdan iqtisadi artım ölçülərkən nominal ÜDM əvəzinə daha məqbul yanaşma 

kimi sabit qiymətlərlə hesablanmış real ÜDM göstəricilərinə istinad olunur. Bu-

nun üçün isə ÜDM-in fiziki həcm indekslərindən istifadə edilir.

Əvvəlki  dövrlə  müqayisədə  hesabat  dövründə  ÜDM-in  fiziki  həcm 

indekslərini  hesablamaq  üçün  hesabat  dövründəki  ÜDM-in  əvvəlki  dövrün 

qiymətləri ilə kəmiyyətini ÜDM-in əvvəlki dövrdəki miqdarına bölmək lazım-

dır. Müvafiq qaydada uzunmüddətli dövr üçün zəncirvari indekslər metodundan 

istifadə edilir. Nəticədə hər il üçün ölkə daxilində istehsal olunmuş son əmtəə və 

xidmətlərin qiymət dəyişməsini xarakterizə edən ÜDM-in deflyatoru (D



t

) tapılır 

və aşağıdakı düstur vasitəsilə nominal ÜDM real ÜDM-ə (Y

t

) çevrilir:

Nəticə olaraq deyə bilirik ki, real ÜDM-in həcmindəki faizlə dəyişmə ilə defl-

yatorun faizlə dəyişməsinin cəmi təqribən nominal ÜDM-in faizlə dəyişməsinə 

bərabərdir.  Yəni,  deflyator  3%,  real  ÜDM  2%  artarsa,  bu  nominal  ÜDM-in 

təqribən 5% artması deməkdir.

İqtisadi artım (g

t

) isə ÜDM-in illik artım templəri ilə (faizlə) ölçülür və bu 

zaman cari və bazis ilinin ÜDM göstəriciləri arasındakı fərq bazis ilinin ÜDM 

göstəricisinə bölünür:

Başlanğıc ilindəki ÜDM-i Y

0

, n il sonrakı ÜDM-i isə Y



n

 ilə ifadə etsək, iq-

tisadi  artımla  bağlı  məchul  dəyişəni  tapmaq  üçün  praktiki  əhəmiyyətə  malik 

müntəzəm istifadə edilən törəmə düsturlar aşağıdakılardır:



� ��





⁄   

Yuxarda verilən düsturda nominal ÜDM-i tənliyin sol tərəfinə keçirək: 

��



� �



� �


  

İndi isə 



� � � ifadəsinin törəməsini alaq: 

��� � ��� � ��� � ���  

Yeni tənliyin hər iki tərəfini 

� � � ifadəsinə bölək: 

��� � ��� �� � ���

� �� �



⁄ � �� �

⁄   


Son tənliyi sadəlik baxmndan aşağdak kimi də ifadə etmək olar: 

��� ��


⁄ � �� �

⁄ � �� �


⁄   

́

́





��



���

���



� ���  

́

́



́

́

́



́



� �

� �� � ��



  



� �


�� � ��


  



� � ��





� �  

� � log


�����

��



⁄ �  



́

́

́



́

́

́






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə