Fesil indd



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix20.09.2018
ölçüsü2,83 Mb.
#69535
1   ...   4   5   6   7   8   9   10   11   12

97

3.5  

Azərbaycan: İqtisadi uğur hekayəsi

2000-ci ildə Minilliyin Bəyannaməsinin imzalanması ilə birlikdə Azərbaycan 

Respublikasında da  Minilliyin  İnkişaf  Məqsədlərinə  nail olmaq istiqamətində 

müvafiq siyasət tədbirləri həyata keçirilmişdir. Bu istiqamətdə əsas mühüm ad-

dım  “2003-2005-ci  illər  üçün Azərbaycan  Respublikasında  yoxsulluğun  azal-

dılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramı”nın  icra  edilməsi  olmuşdur. 

Dövlət  Proqramı  hazırlanarkən  Dünya  Bankının  Dünyanın  İnkişafı  Haqqında 

məruzəsində (2000/2001) öz əksini tapan yoxsulluğun azaldılması strategiyası-

nın üç əsas istiqaməti nəzərə alınmışdır:

- iqtisadi imkanların yaradılması;

- hüquq və imkanların genişləndirilməsi;

- maddi təhlükəsizliyin artırılması.

Adıçəkilən proqram bir sıra ölkələr kimi Minilliyin İnkişaf Məqsədlərinə 

uyğun olaraq 2015-ci ilə qədərki dövrü əhatə etmədiyindən və 2006-cı ildə Bakı-

Tbilis-Ceyhan neft boru kəmərinin işə düşməsi ilə birlikdə Azərbaycanın təbii 

resurslardan əldə etdiyi gəlirlərin artmasına bağlı olaraq daha böyük hədəflər 

əsasında (2008-2015-ci illərdə ÜDM-in həcminin, o cümlədən qeyri-neft sek-

toru üzrə ÜDM-in real həcminin 2 dəfə artırılması, yoxsulluğun səviyyəsinin 2 

dəfə azaldılması və s.) “2006-2015-ci illərdə Azərbaycan Respublikasında yox-

sulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq olunmuşdur. 

Həmçinin, 2011-ci ildə son qeyd edilən Dövlət Proqramının həyata keçirilməsi 

üzrə 2011-2015-ci illəri əhatə edəcək Tədbirlər Planı qəbul edilmişdir.

Son qeyd edilən Dövlət Proqramında 2008-2015-ci illər üzrə aşağıdakı əsas 

doqquz strateji məqsəd müəyyənləşdirilmişdir:

- makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf 

etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi;

-  əhalinin  gəlir  əldə  etmək  imkanlarının  genişləndirilməsi,  yoxsulluq 

səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına nail olunması;

-  səmərəli  sosial  müdafiə  sistemini  inkişaf  etdirməklə  yaşlı  əhalinin, 

aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin 

azaldılması;

-  qaçqınların  və  məcburi  köçkünlərin  həyat  şəraitinin  yaxşılaşdırılması 

tədbirlərinin sistemli şəkildə davam etdirilməsi;

- təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi 

və onları əldə etmək üçün bərabər imkanların yaradılması;

- sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin 

təkmilləşdirilməsi;

- ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunma-

sının təmin edilməsi;



98

- gender bərabərliyinin dəstəklənməsi;

-  institusional  islahatların  davam  etdirilməsi  və  dövlət  idarəetməsinin 

təkmilləşdirilməsi.

Bu proqramın spesifik xüsusiyyətləri aşağıdakı kimi ümumiləşdirilə bilər:

- Minilliyin İnkişaf Məqsədlərinə tam uyğunlaşdırılmışdır və ölkə üzrə mü-

vafiq siyasətin məqsədlərini və konkret hədəfləri müəyyənləşdirir;

-  həmin  məqsədlər  eyni  zamanda  tam  metodoloji  varislik  prinsipi 

gözlənilməklə, əvvəlki Dövlət Proqramının davamını ehtiva edir;

- həyata keçirilən digər cari dövlət proqramları ilə uzlaşdırılmışdır;

- hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin cəlb olunduğu 

iştirak və monitorinq prosesinə əsaslanır.

Strateji  məqsədlərə  nail  olmaq  məqsədilə  həyata  keçiriləcək  tədbirlər  isə 

proqramda dörd funksional istiqamətdə qruplaşdırılmışdır:

- makroiqtisadi sabitlik və iqtisadi artım;

- məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi;

- insan kapitalının inkişafı və sosial tərəqqi;

- institusional siyasət və səmərəli idarəetmə.

Bu  və  digər  dövlət  proqramlarının  həyata  keçirilməsi  nəticəsində 

Azərbaycanda ÜDM-in həcmi 2005-ci ildə təqribən 1987-ci il səviyyəsinə çat-

mış, 2010-cu ildə isə 1987-ci ildəki səviyyənin iki qatına çıxmışdır. Həmçinin, 

dünya maliyyə böhranı zamanı və ondan sonrakı dövrdə qeyri-neft sektorunda 

əhəmiyyətli səviyyədə iqtisadi artım tempi müşahidə olunmuşdur (2009-cu ildə 

3,2%, 2010-cu ildə 7,9% və 2011-ci ildə 9,4%).

Belə yüksək iqtisadi artım tempi iqtisadiyyatın sektorları üzrə ümumi fak-

tor məhsuldarlığında ciddi dəyişmə olmadan, əsasən təbii ehtiyatlar sektoruna 

yönələn yüksək həcmli investisiyalar hesabına baş vermişdir. Kapital investisi-

yaları neft və qaz hasilatının və ixracının yüksəlməsinə səbəb olmuş, nəticədə 

fiskal gəlirlərdə və büdcə xərclərində sürətli artım müşahidə edilmiş, bu da öz 

növbəsində yoxsulluğun azaldılmasına və infrastrukturun inkişaf etdirilməsinə 

zəmin yaratmışdır.

Neft  hasilatının  2025-ci  ilədək  azalacağı  proqnozlaşdırıldığından  qarşıda 

duran əsas vəzifə ölkə iqtisadiyyatının diversifikasiyasına nail olmaqdır. Qısa 

və  ortamüddətli  dövrdə  qeyri-neft  ticari  sektorlara  yönəldilən  investisiyaların 

həcminin  sürətlə  artırılması,  orta  və  uzunmüddətli  dövrdə  isə  hazırkı  investi-

siyaya əsaslanan ölkə iqtisadiyyatının ümumi faktor məhsuldarlığındakı artım 

sayəsində tədricən məhsuldarlığa əsaslanan iqtisadiyyata transformasiyası tələb 

olunur.


Müxtəlif  hesablamalara  görə,  2025-ci  ilə  qədər Azərbaycanda  hər  nəfərə 

düşən ÜDM-in həcmi indiki səviyyəsinin iki qatına yüksələ bilər. Bu isə, hazırda 

Dünya Bankının hər nəfərə düşən Ümumi Milli Gəlir təsnifatına görə yuxarı orta 



99

gəlirli ölkələr kateqoriyasında yer alan Azərbaycanın 2025-ci ildə yuxarı gəlirli 

ölkələr qrupuna yaxınlaşması deməkdir.

Hər nəfərə düşən ÜDM-in həcmi yüksəldikcə gəlirlərin ədalətli bölgüsünün 

də əhəmiyyəti artır. Bu günə qədər Azərbaycanda yoxsulluqla mübarizədə əsas 

parametr kimi “mütləq” və “nisbi” yoxsulluq hədlərinə istinad edilmiş və mü-

vafiq göstərici üzrə xeyli irəliləyiş əldə olunmuşdur. Növbəti mərhələdə yoxsul-

luğa qarşı mübarizədə gəlirlərin artırılması və bərabərsizliklərin azaldılması ilə 

birlikdə Çoxfaktorlu Yoxsulluq İndeksinin yaxşılaşdırılmasına diqqət edilməsi 

daha əhəmiyyətli hala gələcəkdir.

2011-ci ilin İnsan İnkişafı Hesabatına görə, Azərbaycanda 2011-ci ildə Çox-

faktorlu Yoxsulluq İndeksi 0,021 olmaqla birlikdə, mütləq yoxsulluq səviyyəsi 

2008-ci ildə 1% təşkil etmişdir. Gəlirlərin Cini əmsalı da 1995-ci illə müqayisədə 

2008-ci ildə 0,350-dən 0,337-yə qədər aşağı düşmüşdür.

Qeyd edək ki, insan inkişafı ilə bağlı son hesabatlarda, Azərbaycan insan 

potensialının inkişafı göstəricisinə görə “orta insan inkişafı” ölkələri qrupunu 

tərk  edərək,  “yüksək  insan  inkişafı”  ölkələri  kateqoriyasına  daxil  olmuşdur. 

Ümumiyyətlə, son illərdə ölkədə hər nəfərə düşən ÜDM-in həcminin artması və 

insan inkişafının yüksəlməsi yoxsulluq səviyyəsinin azalması ilə müşayiət olun-

muşdur. Belə ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7%-lə 

müqayisədə 2011-ci ilin sonuna 7,6%-ə enmişdir (qrafik 2).

Ümumilikdə,  sosial  müdafiə  sisteminin  təkmilləşdirilməsi,  elm,  təhsil  və 

səhiyyə  sisteminin  inkişaf  etdirilməsi,  aktiv  məşğulluq  siyasətinə  əsaslanan 

Qrafik 2. Azərbaycanda yoxsulluq səviyyəsi ilə hər nəfərə düşən ÜDM-in həcminin dəyişməsi 

 

Qeyd: Qrafik 2003-2011-ci illərə dair rəsmi statistik məlumatlar əsasnda hazrlanmşdr. 



0

5

10



15

20

25



30

35

40



45

50

0



1000

2000


3000

4000


5000

6000


7000

8000


Yoxsulluq s

əviy


si (%)


Hər nəfərə düşən ÜDM-in həcmi ($)


100

əmək bazarının formalaşdırılması, təhsil sektorunun əmək bazarının tələblərinə 

qarşı həssaslığının artırılması, yoxsulluğa qarşı mübarizənin davam etdirilməsi, 

mədəni irsin qorunması, ictimai konsensusun gücləndirilməsi, çevik gənclər və 

idman siyasətinin həyata keçirilməsi, demoqrafiya və miqrasiya məsələlərinin 

effektiv tənzimlənməsi kimi tədbirlər yüksək sosial rifahın təmini və insan kapi-

talının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

3.6  

Nəticə

İnkişafın  əsas  məqsədi  insanlara  uzun,  sağlam  və  yaradıcı  həyatlarından 

zövq almaları üçün əlverişli mühitin yaradılmasından ibarətdir. İnsan inkişafı bu 

baxımdan insanların seçim imkanlarının artırılması prosesidir.

Aydındır ki, insan inkişafı ilə iqtisadi artım arasında qarşılıqlı əlaqənin möv-

cud olmasına baxmayaraq, bu rabitə öz-özünə yaranmır və iqtisadiyyatın struktu-

ru, gəlirlərin bölgüsü, həyata keçirilən siyasət tədbirləri kimi bir sıra amillərdən 

asılıdır.  Həmçinin,  insan  inkişafının  yüksək  səviyyəsi  insanların  imkanlarının 

genişlənməsi,  nəticədə  onların  yaradıcılığı  və  məhsuldarlığı  sayəsində  iqtisa-

diyyata  təsir  göstərir.  İnsanların  daha  yaxşı  qidalanması,  təhsili  və  sağlamlı-

ğı  yüksək  əmək  məhsuldarlığı,  təkmilləşdirilmiş  texnologiya  və  yüksək  ixrac 

vasitəsilə iqtisadi artıma öz töhfəsini verir.

Ənənəvi  iqtisadi  artım  modellərindən  fərqli  olaraq,  yeni  iqtisadi  artım 

nəzəriyyələrində  təhsil,  öyrənmə,  tədqiqat  və  inkişaf  etdirmə  fəaliyyətlərinin 

təsiri nəzərə alınaraq texnoloji tərəqqi endogen amil kimi qəbul edilir və insan 

kapitalı modelin mərkəzində yer alır. İqtisadi artım insan inkişafının davamlı 

yaxşılaşması üçün zəruri resursları təmin edir. Digər tərəfdən, əmək resursla-

rının keyfiyyətinin yaxşılaşması iqtisadi artım baxımından mühüm əhəmiyyət 

kəsb edir.

Qısamüddətli  dövrdə  iqtisadi  artım  mövcud  resurslardan  daha  effektiv 

istifadə olunmaqla təmin edilə bilər. Uzunmüddətli dövrdə isə iqtisadi artıma 

mövcud istehsal amillərinin kəmiyyət artımının təmin edilməsi, keyfiyyətinin 

yüksəldilməsi və ya hər iki vəziyyətin eyni zamanda reallaşması ilə nail olu-

na  bilər.  Bununla  yanaşı,  qısamüddətli  iqtisadi  artım  iqtisadiyyatda  cari 

dövrdə əvvəlki dövrlə müqayisədə əmtəə və xidmətlərin istehsalındakı artımı, 

uzunmüddətli iqtisadi artım isə ÜDM-dəki dəyişmələrin fundamental meyillərini 

ifadə edir. Bir sıra ölkələrdə hər nəfərə düşən ÜDM-in həcminin yüksək olması-

na baxmayaraq, yaşayış keyfiyyətinin aşağı olması iqtisadi artımın iqtisadi inki-

şafla dəstəklənmədiyini ortaya qoyur.

Rifah  anlayışı,  fərdlərin  layiqli  gəlir  səviyyəsinə  sahib  olduğu,  fizioloji 

tələbatları ilə yanaşı sosial və mədəni ehtiyaclarının da ödəndiyi inkişaf etmiş 

cəmiyyəti,  buna  müvafiq  olaraq,  rifah  dövləti  də  ictimai  mənafeyi  ön  planda 




101

tutan, bazar iqtisadiyyatına əsaslanan bir anlayışı təmsil edir. 

Həyat  standartları  insanların  gəlir  səviyyəsi,  yığımları,  istehlak  xərcləri 

içərisində qeyri-ərzaq mallarının xüsusi çəkisi, səhiyyə xidmətlərindən istifadə 

səviyyəsi və s. kimi olduqca müxtəlif amillərlə birbaşa əlaqəlidir. Bu baxımdan 

həyat  standartları  ölçülərkən  ayrı-ayrı  məqsədlər  ön  plana  çıxır.  Məqsədlərin 

müxtəlifliyi araşdırılan indikatorların və istifadə edilən alətlərin də sayının art-

masına səbəb olmuşdur.

Bəşər tarixinin hər mərhələsində mövcud olan yoxsulluq, sadəcə iqtisadi de-

yil, sosial və əxlaqi xüsusiyyətləri ilə birlikdə kompleks problemdir. Əhalinin 

həyat  səviyyəsinin  qiymətləndirilməsi  ilə  bağlı  müxtəlif  yanaşmaların  olması 

səbəbindən yoxsulluq anlayışının tərifi də yoxsulluq səviyyəsinin hansı metodo-

loji yanaşma ilə ölçülməsinə görə dəyişir. Yoxsulluq səviyyəsinin ölçülməsində 

ən  yeni  yanaşma  olan  Çoxfaktorlu Yoxsulluq  İndeksi  fərdlərlə  bağlı  səhiyyə, 

təhsil və yaşayış standartı üzrə bir sıra çatışmazlıqları nəzərə alır.

Yoxsulluq  səviyyəsinin  azaldılması  istiqamətində  həyata  keçirilən 

siyasətlərin  effektivliyi  yoxsulluğun  səbəblərinin  düzgün  diaqnozundan  bir-

başa  asılıdır.  Yoxsulluğun  səbəblərindən  biri  iqtisadi  resursların  məhdud  ol-

masıdır.  Lakin  mövcud  olan  resursların  qeyri-bərabər  bölgüsü  yoxsulluğun 

daha  əhəmiyyətli  səbəbi  kimi  qəbul  edilir.  Bu  baxımdan,  yoxsulluq  problemi 

ilə  mübarizədə  mövcud  istehsal  səviyyəsinin  yüksəldilməsinə  paralel  olaraq, 

artan gəlirlərin ədalətli bölgüsü də xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə isə, 

ölkənin spesifik şərtləri nəzərə alınmaqla bərabərsizliyi törədən amillər düzgün 

təhlil edilməli, yalnız bundan sonra hansı təbirlərin həyata keçirilməsinə və ya 

keçirilməməsinə qərar verilməlidir.

Azərbaycanda  Minilliyin  İnkişaf  Məqsədlərinə  nail  olmaq  istiqamətində 

müvafiq  siyasət  tədbirləri  həyata  keçirilmiş  və  mühüm  nəticələr  əldə  olun-

muşdur.  İllər  üzrə  müşahidə  edilən  yüksək  iqtisadi  artım  fonunda  yoxsulluq 

səviyyəsinin kəskin şəkildə ixtisarı mümkün olmuşdur. Bu nailiyyətlər əlaqədar 

beynəlxalq hesabatlarda da öz əksini tapmışdır. Qarşıda duran əsas vəzifə ölkə 

iqtisadiyyatının diversifikasiyasına nail olmaq, hazırkı investisiyaya əsaslanan 

ölkə iqtisadiyyatının ümumi faktor məhsuldarlığındakı artım sayəsində tədricən 

məhsuldarlığa əsaslanan iqtisadiyyata transformasiya etməkdən ibarətdir. İnsan 

İnkişafı  İndeksi  ilə  yanaşı,  yoxsulluğa  qarşı  mübarizədə  gəlirlərin  artırılması 

və bərabərsizliklərin azaldılması ilə birlikdə Çoxfaktorlu Yoxsulluq İndeksinin 

yaxşılaşdırılmasına diqqət edilməsi daha əhəmiyyətli hala gələcəkdir.




102

Suallar

1.  İqtisadi artım nədir və onunla iqtisadi inkişaf arasındakı fərqi necə izah 

edərdiniz?

2.  Ümumi Daxili Məhsulun ölçülməsi ilə bağlı hansı üsullar mövcuddur?

3.  Nominal ÜDM-in artım tempi 7% və deflyatorun dəyişməsi 4% təşkil 

edibsə, həmin il real ÜDM-in artım sürəti nə qədər olmuşdur?

4.  ÜDM-in  həcminin  50  milyard  ABŞ  dolları  təşkil  etdiyi  bir  ölkədə 

növbəti illər üçün illik iqtisadi artım tempi 5% səviyyəsində proqnoz-

laşdırılırsa, 7 il sonra ÜDM-in həcminin nə qədər olacağı gözlənilir?

5.  Ölkədə  növbəti  illər  üçün  illik  iqtisadi  artım  tempi  7%  səviyyəsində 

proqnozlaşdırılırsa, neçə il sonra ÜDM-in həcmi mövcud səviyyəsinin 

iki qatına çata bilər?

6.  Hər nəfərə düşən real ÜDM-in həcmi 3%, əhalinin sayı 1,2% artıbsa, 

real ÜDM-in artım faizi təqribən nə qədər olmuşdur?

7.  İqtisadi artımın əsas amilləri nələrdir?

8.  Qısa və uzun müddətli iqtisadi artımı necə səciyyələndirmək olar?

9.  Ənənəvi və müasir iqtisadi artım modelləri hansılardır?

10.  Endogen iqtisadi artım modeli digər iqtisadi artım modellərindən hansı 

xüsusiyyətlərinə görə fərqlənir?

11.  Sizcə davamlı inkişafın təmin edilməsi məqsədilə iqtisadi artıma, yoxsa 

insan inkişafına fokuslanılmalıdır?

12.  İqtisadi artımın insan inkişafı üzərindəki təsirləri hansı kanallarla for-

malaşır?

13.  İnsan inkişafının iqtisadi artım üzərindəki təsirləri hansı kanallarla for-

malaşır?

14.  Rifah və rifah dövləti anlayışlarını qısaca izah edin.

15.  Sosial rifah dövlətinin əsas məqsədləri nələrdir?

16.  Rifah  səviyyəsinin  yüksəldilməsi  üçün  dövlətin  əlində  hansı  alətlər 

mövcuddur?

17.  Keynes  və  Wagner  nəzəriyyələri  çərçivəsində  iqtisadi  artımla  dövlət 

xərcləri arasındakı əlaqəni şərh edin.

18.  Həyat standartlarının ölçülməsi ilə bağlı hansı məqsədlər və araşdırma 

alətləri mövcuddur?

19.  Həyat standartları və yaşayış keyfiyyəti ölçülərkən hansı parametrlərə 

baxılır?

20.  Yoxsulluqla bağlı hansı yanaşmalar mövcuddur? Hər bir yanaşmanı qı-

saca izah edin.

21.  Yoxsulluq nisbəti, yoxsulluğun intensivliyi və Çoxfaktorlu Yoxsulluq 

İndeksi necə hesablanır?



103

22.  Makroiqtisadi mühitin yoxsulluq səviyyəsinə təsirlərini necə xarakterizə 

etmək olar?

23.  Yoxsulluq səviyyəsinin azaldılması istiqamətində həyata keçirilən əsas 

siyasət tədbirləri hansılardır?

24.  Çoxfaktorlu məhrumiyyət anlayışını necə izah edərdiniz?

25.  Cini  əmsalı  nədir  və  onun  gəlirlərin  ədalətli  bölgüsü  baxımdan 

əhəmiyyətinə dair nə deyə bilərsiniz?

26.  Sosial bərabərsizliklərlə mübarizə metodları hansılardır?

27.  Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə dövlət 

proqramlarının strateji məqsədləri ilə Minilliyin İnkişaf Məqsədlərini 

müqayisə edin.

28.  Azərbaycanda yoxsulluq səviyyəsi ilə hər nəfərə düşən ÜDM-in həcmi 

arasındakı əlaqəni qısaca izah edin.

29.  Qrafik 1 ilə qrafik 2-ni müqayisəli şəkildə şərh edin.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT VƏ MƏNBƏLƏR

-  1. 


Alkire, S. (2010). The Multidimensional Poverty Index & The 

Millennium  Development  Goals:  Showing  Interconnections,  Oxford 

Poverty & Human Development Initiative.

2.  HDR (2010). Human Development Report, 20th Anniversary Edition, 

UNDP.

3.  HDR (2011). Human Development Report, UNDP.



4.  Hillebrand,  E.  (2008).  The  Global  Distribution  of  Income  in  2050. 

World Development, 36 (5): 727-740.

5.  IMF (2002). Executive Board Reviews the Poverty Reduction Strategy 

Paper (PRSP) Approach, March 15, 2002, Public Information Notice 

(PIN) No. 02/31, International Monetary Fund.

6.  Kibritçioğlu, A.  (1998).  Determinants  of  Economic  Growth  and  the 

Role of Human Capital in New Growth Models, AÜSBF Dergisi, 53 

(1-4): 207-230.

7.  Mankiw,  N.  G.  (2010).  Macroeconomics,  7th  ed.,  New York,  Worth 

Publishers.

8.  Ortiz, I., Cummins, M. (2011). Global Inequality: Beyond the Bottom 

Billion, UNICEF.

9.  Oxford Poverty & Human Development Initiative, Oxford Department 

of International Development, University of Oxford.

10.  Ranis, G., Stewart, F. & Ramirez, A. (2000). Economic Growth and 

Human Development. World Development, 28 (2): 197-219.




104

11.  Scott, K., Steele, D. & Temesgen, T. (2005). Living Standards Mea-

surement  Study  Surveys,  Chapter  23,  Household  Sample  Surveys  in 

Developing and Transition Countries, United Nations.

12.  Taban, S. (2008). İktisadi Büyüme: Kavram ve Modeller, Ankara, No-

bel Yayın Dağıtım.

13.  UNDP (2006). Poverty in Focus: What is poverty? Concepts and mea-

sures, International Poverty Centre.



14.  World Development Report 2000/2001, World Bank.

Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə