Fesil indd



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix20.09.2018
ölçüsü2,83 Mb.
#69535
1   ...   4   5   6   7   8   9   10   11   12

93

məhrumiyyətləri artıran iqtisadi inkişaf insan inkişafı üzərində də ciddi mənfi 

təsirlər doğuracaqdır. Empirik təcrübələr yüksək insan inkişafı indeksinə sahib 

ölkələrdə gəlirlərin bölgüsünün daha ədalətli olduğunu göstərir. Xüsusilə, aşağı 

və orta gəlirli ölkələrdə sosial bərabərsizliklərin səviyyəsi azaldıqca insan in-

kişafı  indeksində  yüksəlmə  müşahidə  edilir.  Digər  tərəfdən,  gender  diskrimi-

nasiyanın və sosial bərabərsizliklərin azaldılması səhiyyə və təhsil sahəsindəki 

müsbət struktur dəyişiklikləri ilə birlikdə iqtisadi inkişafın sürətlənməsinə səbəb 

olur.

İqtisadi  bərabərsizlikləri  ölçmək  və  müqayisə  etmək  üçün  geniş  şəkildə 



istifadə olunan metodlardan biri Cini (Gini) əmsalının hesablanmasıdır. Gəlirlərin 

təmərküzləşmə  əmsalı  olaraq  da  adlandırılan  Cini  əmsalı,  ölkə  daxilində 

mükəmməl bərabər paylanma ilə müqayisədə individual və ya ev təsərrüfatları 

səviyyəsində gəlirlərin (və ya istehlakın) bölgüsünü ölçür və “0” ilə “1” ara-

sında dəyərlər alır. “0” dəyəri ideal bərabərlik vəziyyətini əks etdirdiyi halda, 

“1” dəyəri bütün milli gəlirin bir nəfərin (və ya bir qrupun) əlində cəmləşdiyini 

göstərir. Dolayısilə, gəlirlərin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca 

qiymətləndirməyə imkan verən statistik göstəricidir.

İtaliyalı iqtisadçı Korrado Gini tərəfindən inkişaf etdirilən bu əmsal, mütləq 

(ideal) bərabərliyi ifadə edən düz xətti ilə Lorenz əyrisi arasında qalan sahənin, 

mütləq bərabərlik düz xətti altında qalan üçbucağın sahəsinə nisbətidir. Onun 

bərabər bölgüsü zamanı hər bir qrup öz sayına mütənasib olaraq gəlir əldə edir. 

Bu indeks yalnız əhalinin gəlirlərini yox, müxtəlif qrup işçilərin cinsiyyətinə, 

məşğulluq  xarakterinə  və  s.  görə  əmək  haqlarının  qeyri-bərabər  bölgüsü 

dərəcəsini müəyyən etmək üçün də istifadə edilir.

Qeyd edək ki, əhalinin pul gəlirləri ölçülərkən sadəlik baxımından kvintil və 

ya desillərdən ibarət qruplar yaradılır. Kvintil (20%) qrupları üzrə göstəricilər 

alınarkən ev təsərrüfatlarının hər nəfərə sərəncamda qalan gəlirləri artan qaydada 

düzülərək ev təsərrüfatlarının sayına görə 5 bərabər 20%-lik qrup yaradılır. Bu 

zaman birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə isə ən çox gəlirləri 

olan  ev  təsərrüfatları  düşür.  Desil  (10%)  qrupları  eyni  qayda  ilə  məlumatlar 

düzülərək  10  bərabər  hissəyə  bölünməklə  yaradılır.  Təhlil  və  müqayisə  üçün 

eyni göstəricilər istehlak xərclərinə görə də alına bilər.

Məlumat  üçün  bildirək  ki,  son  iki  əsrə  yaxın  müddət  ərzində  müşahidə 

edilən  qlobal  iqtisadi  inkişafa  baxmayaraq,  Cini  əmsalı  davamlı  şəkildə 

pisləşmişdir  (cədvəl  4).  Belə  ki,  1820-ci  ildə  0,430  olan  əmsal  2002-ci  ildə 

0,710-a yüksəlmişdir. Bu rəqəm həddindən artıq yüksəkdir və istehsal edilən mal 

və xidmətlərin artmasına paralel olaraq, sosial bərabərsizliklərin daha kəskin xa-

rakter aldığını göstərir.



94

Cədvəl  5-də  müxtəlif  illər  üzrə  gəlirlərin  qlobal  miqyasda  bölgüsünün 

əhalinin kvintilləri (Q) arasındakı paylanması göstərilmişdir. Məsələn, alıcılıq 

qabiliyyəti paritetinə əsasən (2005-ci ilin qiymətləri ilə), 2007-ci il etibarilə dün-

ya əhalisinin ən zəngin 20%-lik təbəqəsi qlobal gəlirlərin təxminən 70%-nə sa-

hib olmuşdur. Əhalinin ən yoxsul 20%-lik təbəqəsi isə, qlobal gəlirlərin sadəcə 

2%-i ilə kifayətlənmişdir (cədvəl 5).

Araşdırmalara  görə,  qarşıdakı  onilliklər  ərzində  bərabərsizliklərin  ciddi 

şəkildə azalacağı gözlənilmir. Məsələn, Hillebrand (2008) qlobal Cini əmsalının 

2050-ci ildə ən yaxşı halda 0,610, ən pis halda isə 0,708 olacağını proqnozlaş-

dırır.

Cədvəl 4. Qlobal Cini əmsal 

İllər 

Cini əmsal 

1820 


0,430 

1850 


0,532 

1870 


0,560 

1913 


0,610 

1929 


0,616 

1950 


0,640 

1960 


0,635 

1980 


0,657 

2002 


0,707 

Mənbə: Ortiz, I., Cummins, M. (2011). Global Inequality: Beyond the Bottom Billion, UNICEF. 



Cədvəl 5. Əhalinin kvintilləri üzrə gəlirlərin qlobal bölgüsü 

Gəlirlərin qlobal bölgüsü (%) 

1990-c il 

2000-ci il 

2007-ci il 

Q5 


75,3  74,4 69,5 

Q4 


14,9  14,2 16,5 

Q3 


5,4  6,3 7,8 

Q2 


3,0  3,4 4,2 

Q1 


1,5  1,7 2,0 

Ölkə say 

99  127 136 

Dünya əhalisinin faizi 

86,1 

91,1 


92,4 

Qlobal ÜDM-in faizi 

85,3 

87,4 


88,6 

Mənbə: Ortiz, I., Cummins, M. (2011). Global Inequality: Beyond the Bottom Billion, UNICEF. 




95

Sosial bərabərsizliklərlə mübarizə metodları iki qrup altında ümumiləşdirilir 

(cədvəl 6):

-  hədəflənən  nəticələrin  əldə  edilməsinə  fokuslanan  təbirlər:  sosi-

al  bərabərsizliklərlə  mübarizədə  müsbət  addımların  təşviq  edilməsi  və  dövlət 

tərəfindən effektiv şəkildə dəstəklənməsi;

-  sosial bərabərsizliyi törədən və ya dərinləşdirən səbəblərin aradan qal-

dırılmasına fokuslanan təbirlər: tətbiq edilməkdə olan mövcud siyasətlərin tərk 

edilməsi və ya dəyişdirilməsi.

Cədvəl 6. Sosial bərabərsizliklərlə mübarizə metodları

Sahələr 

Uşaqlar və ev təsərrüfatlar üçün ədalətli 

nəticələrə fokuslanmş tədbirlər 

Ədalətsiz / reqressiv nəticələrə 

fokuslanmş tədbirlər 

İstinad üçün faydal 

mənbələr 

Təhsil 

• 

universal ödənişsiz təhsil



 

• 

tələbələr üçün təqaüdlər və proqramlar



 

• 

istifadəçi ödənişləri



 

• 

təhsilin ticariləşdirilməsi



 

• 

müəllimlərin əmək haqlarndan 



xərc-qənaətləri

 

•  UNICEF 



•  UNESCO 

•  UNRISD 

•  World Bank’s 

PRSP Sourcebook 



Enerji və 

mədənçilik 

• 

kənd yerlərinin elektrik enerjisi ilə 



təminat

 

• 



aşağ-gəlirli ev təsərrüfatlar üçün 

istehlak subsidiyalar

 

• 

güzəştli sosial fondlar



 

• 

təbii sərvətlərdən lokal faydalar təmin 



edən qanunvericilik

 

• 



neft / mineral hasilat üçün vergi 

tətbiq olunmamas

 

•  UN Policy Notes 



•  World Bank’s 

PRSP Sourcebook 

•  DFID 

Maliyyə 

•  kənd yerlərində regional banklar 

•  lokal sahələrdə filiallaşma / şöbələşmə 

•  maliyyə menecmenti (maliyyə və əmtəə 

bazarlarnn tənzimlənməsi, kapital 

nəzarətləri) 

•  maliyyə sərbəstliyi 

•  bank sisteminin xilas edilməsi 

(böyük banklara transfertlər) 

•  böyük özəl müəssisələrə 

subsidiyalar 

•  UN Policy Notes 

•  UNCTAD 

•  CGAP 


Səhiyyə 

•  universal ibtidai və orta səhiyyə 

xidmətləri 

•  qidalanma proqramlar 

•  ödənişsiz reproduktiv səhiyyə 

xidmətləri 

•  istifadəçi ödənişləri 

•  səhiyyənin ticariləşdirilməsi 

•  az faydal ali ixtisaslaşmş 

klinikalar (məsələn, kardioloji 

mərkəzlər) 

•  UNICEF 

•  WHO 

•  UNRISD 



•  UNFPA 

•  UN Policy Notes 



Mənzil 

•  aşağ-gəlirli təbəqələr üçün mənzil 

subsidiyalar 

•  aşağ standartl mənzillərin 

təkmilləşdirilməsi 

•  yüksək-gəlirli təbəqələrin mənzil 

sahibi olmalar üçün dövlət 

tərəfindən maliyyələşmə 

•  UN Habitat 

•  IDS 


Sənaye 

•  rəqabətə davamllğ dəstəkləyən 

texnologiya siyasəti 

•  yerli məşğulluq yaradan sənayelər 

•  kiçik və orta sahibkarlq müəssisələri 

•  tənzimləməmə 

•  ticarətin ümumi 

liberallaşdrlmas 

•  UNCTAD 

•  UN Policy Notes 

•  ILO 

Əmək resurslar  •  aktiv və passiv əmək proqramlar 

•  məşğulluq yaratma siyasətləri 

•  əmək resurslarnn 

elastikləşdirilməsi 

•  ILO 

•  UN Policy Notes 



Makroiqtisadi 

siyasətlər 

•  məşğulluq yönümlü monetar və fiskal 

siyasətlər 

•  balanslaşdrc siyasətlər 

•  birbaşa vergiləndirmə 

•  inflyasiyann nəzarət altnda 

saxlanlmasna ifrat fokuslanma 

•  tsiklik siyasətlər 

•  dolay vergiləndirmə (ƏDV) 

•  UN Policy Notes 

•  ILO 

•  UNDP 


•  UNCTAD 

Dövlət xərcləri 

•  yoxsulluq yönlü xərclər 

•  fiskal özünüidarəetmə 

•  hərbi-müdafiə xərcləri 

•  yüksək gəlirli qruplarn 

faydalandğ fəaliyyətlərə verilən 

subsidiyalar 

•  World Bank’s 

PRSP Sourcebook 

•  UNICEF 

•  IDS 

Kənd yerlərinin 

inkişaf 

•  torpaqlarn yenidən bölgüsü 

•  su təchizat və bazarlara çxş 

•  heyvandarlq, kiçik fermerlər üçün 

kreditlər, aqrar məsləhət xidmətləri 

•  böyük torpaq sahiblərinin 

faydalana biləcəyi böyük 

investisiyalar (məsələn, irriqasiya 

sistemləri) 

•  FAO 


•  WFP 

•  World Bank’s 

PRSP Sourcebook 

Sosial müdafiə 

•  sosial müdafiə təbəqəsi 

•  pul köçürmələri və sosial xidmətlər 

•  özəl fondlu pensiya sistemləri 

•  ILO 

•  WHO 


•  UNICEF 

•  UN 


•  UNRISD 

•  Development 

banks 

Turizm 

•  kiçik miqyasl yerli şirkətlər 

•  əsas infrastrukturun maliyyələşməsi 

•  beynəlxalq marketinq kompaniyalar 

•  lüks otel şəbəkələrinə aşağ 

dərəcəli vergi tətbiqi 

•  DFID 

•  Overseas 

Development 

Institute 



Ticarət 

•  məşğulluq yaradan yerli şirkətlərlə ixrac 

bazarlar arasnda əlaqənin yaradlmas 

•  daxili inkişaf üçün ixrac sektorlarnn 

vergiləndirilməsi 

•  əsasən ikitərəfli sərbəst ticarət 

müqavilələri 

•  mövcud intellektual mülkiyyət 

müqavilələri 

•  UNCTAD 

•  UN Policy Notes 

Nəqliyyat və 

infrastruktur 

•  yerli əhəmiyyətli yollar 

•  sosial infrastruktur 

•  münasib qiymətli ictimai nəqliyyat 

•  ev təsərrüfatlar üçün motorsuz 

nəqliyyat (velosipedlər, camşlar, atlar) 

•  yoxsullarn / sosial baxmdan 

təcrid olunanlarn istifadə 

etmədiyi və ya vergiləndirmə 

baxmndan yararsz olan böyük 

(və məsrəfli) infrastruktur 

investisiyalar 

•  World Bank’s 

PRSP Sourcebook 

•  DFID 

Şəhər inkişaf 

•  yoxsul səmtlərin təkmilləşdirilməsi 

•  əlçatan universal dizayn 

•  inkişaf etmiş yerlərdə böyük 

şəhər infrastruktur layihələri 

•  World Bank’s 

PRSP Sourcebook 

•  UN Habitat 

•  UNICEF 

Su və 

kanalizasiya 

•  kənd yerlərində su təchizat və 

kanalizasiya 

•  qeyri-təkmil özəlləşdirmə 

•  UNICEF 

•  UNDP 


•  World Bank’s 

PRSP Sourcebook 

 



Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə