Referat elmi rəhbər: Ü. F. D habil Aslanov Tələbə: Cəfərova Könül Bakı-2023 plan



Yüklə 73,24 Kb.
səhifə1/4
tarix27.12.2023
ölçüsü73,24 Kb.
#163261
növüReferat
  1   2   3   4
Cəfərova Könül 221S Azərbaycan iqtisadiyyatı


BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: Biznes və Menecment


İxtisas: İqtisadiyyat
Fənn: Azərbaycan iqtisadiyyatı
Kafedra: İqtisadi nəzəriyyə
Qrup: 221S
Kurs: 1
Mövzu: “Azərbaycan dövlət büdcəsi, onun quruluşu və formalaşması”

REFERAT

Elmi rəhbər: Ü.F.D Habil Aslanov


Tələbə: Cəfərova Könül
Bakı-2023

PLAN
Giriş
1. Dövlət büdcəsinin nəzəri əsasları
2. Dövlət büdcəsi xərclərinin mahiyyəti və milli iqtisadiyyatda rolu
3. Azərbaycan Respublikasının Dövlət büdcəsinin xərclərinin təsnifatı
4. Büdcə gəlirlərinin idarə olunmasının təkmilləşdirilməsi yolları
Nəticə
Ədəbiyyat


GİRİŞ
Hazırda dövlət büdcəsi vasitəsilə ölkənin sosial sahələrini maliyyələşdirilməsi təmin edilir, iqtisadi rayonların və ayrı-ayrı sahələri inkişafı tənzimlənir. Dövlət iqtisadi münasibətlərin bu cür tənzimlənməsi vasitəsilə ölkədə məhsuldar qüvvələrin inkişafını təmin edir. Belə ki, büdcə vasitəsilə ilə ümumi daxili məhsulun yenidən bölgüsü eyni vaxtda həyata keçirilən iki prosesi, yəni, büdcənin gəlirlərinin yaradılması və büdcə vəsaitlərinin istifadəsini əhatə edir.

1. Dövlət büdcəsinin nəzəri əsasları
Xalqın həm sosial, həmdəki iqtisadi həyatının formalaşmasında, dövlətin iqtisadi siyasətinin yaradılmasında əsas rol maliyyə mexanizmi sisteminin üzərinə düşür. Bu sistemində əsas parçalarından biridə elə büdcə sistemidir. Bu sistem sayəsində mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş pul vəsaiti fondlarının yaradılması və sərf olunması yerinə yetirilir.
Büdcə sözü “budget” adlı ingilis sözündən götürülmüşdür və torba mənasında işlədilirdi. Bizim dildə isə əksər hallarda xəzinə sözünə yaxınmənalı söz kimi başa düşülmüşdür. Büdcə - dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən vəzifə və funksiyaların reallaşdırılmasından ötrü lazımı miqdarda maliyyə vəsaitlərinin yığılması, icrası və istifadəsindən ötrü vacib maliyyə sənədidir. Tərifdə deyildiyi kimi büdcə adlanan maliyyə sənədi vasitəsilə hökümət ordunu saxlayır, sosial-iqtisadi proqramları qəbul edib yerinə yetirir, dövlət əhəmiyyətli orqanlar isə səlahiyyətlərinə daxil olan öhdəlikləri həyata keçirirlər. Bir sözlə demək olarki, büdcə dövlətin həm maliyyə, həmdəki iqtisadi vəziyyətini əks etdirir, bununlada hökümət öz vergi siyasətini müəyyən edə bilir. Büdcə hakimiyyətin və bölgələrin idarəetmə strukturlarının aparıcı maliyyə planıdır. Büdcəyə həmdə maliyyə münasibətlərini özündə birləşdirən tarixi bir kateqoriya kimidə baxmaq olar. Beləki, büdcənin yaranması və inkişaf etməsi elə dövlətlərin yaranmasıyla sıx və yaxından əlaqədar idi. Qədim zamanlardan indiki dövrümüzə qədər dövlətlər büdcədən öz funksiyalarını yerinə yetriməkdən ötrü vasitə kimi istifadə etmişlər və hal-hazırda ölkənin həm iqtisadi, həmdə siyasi istiqamətinin müyyənləşdirilməsində büdcə mühüm rol oynamağa davam edir.
Dövlət öz öhdəliklərini, yəni dolayısı ilə bu öhdəliklərin yaratdığı vəzifələri həyata keçirmək üçün müəyyən miqdarda pul vəsaiti sərf etməlidir. Bu pul vəsaitləri büdcə xərcləri əsasında formalaşır. Ölkə büdcəsinin vəsaitlərinin cəlb edilməsi, xərclənməsi kimi proseslərdə dövlətlə şirkətlər və fərdi şəxslər arasında iqtisadi münasibətlər yaranırki, belə münasibətlər öz növbəsində dövlətin maliyyə-büdcə 7 siyasəti adlanır. Dövlət büdcəsinin özü gəlirlər və xərclər olmaqla iki bölmədən ibarətdir. Gəlir bölməsinə iqtisadi təşkilatlardan, müəssisələrdən, şəxslərdən alınan müxtəlif növ vergilər və digər gəlirlər, xərclər bölməsinə isə ümumi desək, idarəetmənin, sosial tədbirlərin, müdafiə-təhlükəsizlik işlərinin və.s sahələrin maliyyələşdirilməsi xərcləri aiddir. Nəticə etibari ilə ölkənin mərkəzi büdcəsi olan dövlət büdcəsi ümumi iqtisadiyyata və sosial sferaya təsir etməklə inkişafa zəmin yaradır. Az əvvəl adını çəkdiyimiz maliyyə-büdcə siyasəti vasitəsi ilə dövlət pulun manevr etməsinə şərair yaradır və yuxarıda dediyimiz məqsədlərə nail olmağa çalışır. Büdcə hüququ anlayışı özündə büdcənin hazırlanması, təsdiqi, müzakirəsi, icrası zamanı hakimiyyət və idarəetmə strukturlarının malik olduğu hüquq normalarının məcmusunu birləşdirir. Büdcənin müzakirə edilməsi, tətbiqi zamanı mərkəzi və bölgələrin idarəetmə strukturları arasında yaranan büdcə hüquqları, onların arasındakı idarəetmə və iqtisadi funksiyalarına görə müəyyən edilir.
Qanunvericiliyimizdə büdcə proseslərinə böyük bir sahə ayrılmışdır. Büdcə qanunvericiliyinə ölkəmizin Konstitusiyası, “Büdcə sistemi haqqında” qanun, respublikamızın tərəfdar çıxdığı beynəlxalq sazişlər və həmçinin bu qanunlara uyğun və tələblərini pozmayan başqa qanunvericilik sənədləri aiddir. “Büdcə sistemi haqqında” qanun birinci dəfə 1992-ci ildə qəbul edilərək 2002-ilə qədər qüvvədə qalmışdır. Qanunun qəbulundan sonra reallaşdırılan islahatlar və dəyişikliklər sayəsində iqtisadi sahələrdə müsbətə doğru irəliləyişlər baş vermiş və buda öz təsirini həm büdcə, həmdəki vergi məsələlərində göstərmişdir. Müsbət istiqamətdə baş vermiş dəyisikliklər isə büdcə qanunvericilik sistemində boşluqların yaranmasına gətirib çıxarmışdır. Bu cür boşluqları doldurmaq məqsədi ilə “Dövlət büdcəsi haqqında” yeni qanunun qəbulu 18 may 1999-cu ildə baş tutmuşdur, ancaq daha öncə qəbul edilmiş qanuna həlledici təsirini göstərə bilməmiş, sadəcə kömək məqsədi daşımışdır. Kömək əhəmiyyətinə malik olsada, əvvəlki qanunun artıq tənzimləyici sənəd kimi rolunu azaltmağa nail olmuşdur. İki qanunun müddəalarına istinad edilməsi həyata keçirilən islahatların tətbiqini çətinləşdirir, ikibaşlılıq yaradırdı və bu səbəbdəndə hər ikisini bir qanunda cəmləşdirən yeni bir qanunun qəbulu artıq vacib 8 idi. Bunların nəticəsi olaraq respublikamızın rəhbəri tərəfindən 2002-ci il iyulun 2-də sayca 2-ci dəfə olan “Büdcə sistemi haqqında” qanun imzalanmışdır. Qeyd etdiyimiz qanun 2003-cü il yanvar ayının birindən qüvvəyə minmiş, indiki dövrümüzə qədər qanuna təbii olaraq əlavələr, həmçinin dəyişikliklərdə edilmişdir və bu qanundan əvvəl qəbul edilmiş iki hüquqi-normativ aktda qüvvədən tamamilə düşmüşdür.
Büdcə hüququnun təkmilləşdirilməsi üç istiqamətdə aparıla bilər. Adını çəkdiyimiz 3 istiqamətə vergi, illik büdcəni təsdiqetmə və xərc hüquqları daxil edilir. Əvvəlcə büdcə gəlirlərinin vergi hüququna görə vergilər əsasında nə qədər yığılması bilindikdən sonra Milli Məclis xərc hüququna görə maliyyələşdirmənin istiqamətlərini və xərclərini aydınlaşdırır. Sonuncu istiqamət digər iki istiqamətə görə daha çox məsuliyyət tələb edir, çünki həmin vaxt büdcənin hazırlanması, tətbiqi kimi mühüm məsələlər ortaya çıxır. Təsdiqedilmə 11 ay əvvəldən başlanılır və uzun bir prosesdir. Təsdiqedilmə prosesini başa düşmək üçün büdcə proseslərinə nəzər salmaq lazımdır.
Büdcə proseslərini başa düşmək üçün qabaqcadan büdcə prosesləri anlayışını dəqiq bilmək lazımdır.Məsələn, büdcə prosesləri anlayışı ilə büdcə ili anlayışını çox vaxt eyniləşdirirlər, bu isə əlbəttəki yanlışdır. Hər iki anlayış bir-birindən tamamilə fərqli anlayışlardır. Beləki, büdcə ili anlayışı Azərbaycan Respublikasında yanvar ayının birindən başlayaraq dekabr ayının otuz birinədək olan dövrdür. Büdcə prosesləri anlayışı özündə sonrakı ilin büdcə layihəsinin hazırlanmasını, təsdiqini, tətbiq olunmasını və tətbiq olunması üzrə hesabatın, qərarların verilməsi və.s prosesləri biləşdirir. Burdanda belə nəticə çıxırki, büdcə ili anlayışı büdcə proseslərinin bir həlqəsini təşkil edərək tərkib hissəsidir. Bu həlqə isə əsasən özünü büdcə layihəsinin icrasında göstərir. Yəniki büdcə prosesləri anlayışı daha geniş mənaya malikdir.
Ümumiyyətlə Dövlət Xəzinədarlığının vahid hesabında olan vəsait müvəkkil banklarda, ancaq icra orqanlarının müəyyənləşdirdiyi banklarda saxlanılır. Bu hesabdan istifadə haqqında sərəncam vermək hüququ isə sadəcə Dövlət Xəzinədarlığına məxsusdur. Müvafiq şəkildə icra strukturları tərəfindən təyin olunmuş müvəkkil banklarda saxlanılan bu vahid hesabdan xəzinadarlığın icazəsi olmadan maliyyə vəsaitin hər hansı hərəkəti (köçürülməsi, göndərilməsi və.s) qadağan edilmişdir. Ölkə büdcəsi sayəsində maliyyələşən təşkilatlar və müəssisələr əldə etdikləri bütün gəlirləri (buraya büdcədənkənar gəlirlərdə daxil olmaqla) tam miqdarında və zamanında Dövlət Xəzinadarlığının hesabına köçürməlidir. Büdcənin icra edilməsinə dair ümumi hesabatda müvafiq icraedici orqan vasitəçiliyi ilə hazırlanır. Dediklərimizi ümumiləşdirsək belə bir nəticə ortaya çıxırki, dövlət büdcəsinin icra edilməsi dedikdə, uyğun olaraq icraedici orqanlar və onlara tabe olan idarələr, təşkilatlar hesabına gəlirlərin qazanılması, sonrasında isə müvafiq olaraq xərclənməsi prosesi başa düşülür.

Yüklə 73,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə