Referat elmi rəhbər: Ü. F. D habil Aslanov Tələbə: Cəfərova Könül Bakı-2023 plan


Büdcə gəlirlərinin idarə olunmasının təkmilləşdirilməsi yolları



Yüklə 73,24 Kb.
səhifə4/4
tarix27.12.2023
ölçüsü73,24 Kb.
#163261
növüReferat
1   2   3   4
Cəfərova Könül 221S Azərbaycan iqtisadiyyatı

4. Büdcə gəlirlərinin idarə olunmasının təkmilləşdirilməsi yolları
Respublikada maliyyə resurslarının investisiyalaşdırılması üzrə müvafiq məqsədəuyğun qərarların qəbul edilməsi. Çünki investisiyalaşdırma rəqabət qabiliyyəti məhsul istehsalına və satışına və bundan asılı olaraq mənfəətin artmasına müsbət təsir edən mühüm amildir. Bu baxımdan maliyyə menecmenti yalnız cəlb olunan vəsaitlərdən səmərəli istifadə edilməsi, maliyyə resurslarının səfərbər edilməsi ilə deyil, həm də məhsul satışının həcmi və habelə investisiyalaşdırma üsulları (bank kreditləri hesabına, özlərinin xüsusi səhmlər və istiqrazları buraxmaq hesabına) ilə bağlıdır.
Bunun nəticəsində maliyyə mexanizmi ünsürlərinin bir-birilə səmərəli halda uzlaşması baş verir. Maliyyənin idarə olunmasında maliyyə planlaşdırılması,proqnozlaşdırılması və maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsinin böyük əhəmiyyəti vardır.
Hazırda ödəməmələr böhranının xroniki hala keçməsi, istehsalın həcmi və investisiya fəaliyyətinin aşağı düşməsi büdcə kəsirinin minimuma endirilməsini, istehsal səviyyəsinin stabilləşməsini, maliyyə vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılmasını tələb edir. Yuxarıda göstərilən problemlərin kəskin şəkildə qoyulması digər kompleks məsələlərlə yanaşı müəssisələrin və dövlətin maliyyə sisteminin yeni şəraitə uyğun oalarq dəqiq formalaşmasını tələb edir. Hazırda maliyyə-vergi sahəsindəki bir sıra çatışmazlıqlar vardır.
Ayrı-ayrı müəssisələrin büdcəyə vaxtı keçmiş ödəmələri ilə dövlət borcu və büdcə kəsiri arasındakı əlaqə idarə olunmamazlıq səviyyəsindədir. Bu ən prinsipial məsələlərdən biridir, çünki qarşılıqlı maliyyə öhdəliklərinin yerinə yetirilməməsi qarşılıqlı iddiaların və problemlərin meydana çıxmasının əsas mənbəyinə çevrilir; ikincisi, dövlətin büdcəsində, onun gəlir və məsrəf hissələrində müəssisə və təşkilatların fəaliyyətinin dəyər parametrlərinin, göstəricilərinin tam dolğunluğu ilə əks olunmadığı səbəbindən bu hal büdcə gəlirlərinin, büdcə xərclərinin və həm də büdcə kəsirlərinin səviyyəsinə mənfi təsir göstərir, orada öz əksini tam tapa bilmir; üçüncüsü, bunun və digər amillərin nəticəsində gəlirlərin bölüşdürülməsi və yenidən bölüşdürülməsi müəyyən dərəcədə kortəbii şəkildə aparılır; dördüncüsü, dövlət gəlirlərinin elmi cəhətdən idarə olunmaması nəticəsində yeni kreditlərin verilməsi və onların geriyə qaytarılması üzərində nəzarətin zəif olması və bu prosesin özünü sosial-iqtisadi baxımdan lazımi dərəcədə əsaslandırılmaması; beşincisi, xarici və daxili borcların, habelə dövlət öhdəliklərinin tənzimlənməsinin növbəti inflyasiya və təsərrüfatçılıq fəaliyyətinə (cari dövrlə, cari qiymətlərlə) uyğunlaşdırılmaması, büdcə gəlirləri ilə xərclərin göstəriciləri üzrə parametrlərin qarşıdakı uzun müddət üçün proqnozlarının verilməsi işini çətinləşdirir. Bu sahədə mövcud olan vergiyə cəlbetmənin ağırlğı vergi ödəyicilərinin maliyyə stabilliyinə qeyri-qənaətbəxş təsir edir. Vergiyə cəlbetmənin normativ bazasının qeyri – stabilliyi, mürəkkəbliyi əmək haqqının və mənfəətin artması, istehsal xərclərinin səviyyəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq qiymətlərin əlavə artımı və bundan asılı olaraq mənfəətin müəssisələr (təşkilatlar) və büdcə arasında bölüşdürülməsi kimi məsələlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə imkan vermir.
Gələcəkdə Azərbaycanın maliyyə imkanlarının müqayisəedilməz dərəcədə artması şübhəsizdir.
Respublikada bey­nəl­xa­laq qiy­mət­lən­dir­mə stan­dartla­rı­na uy­ğun ola­raq qiy­mət­lən­dir­mə­nin ba­zis şərtlə­rin­dən və iq­tisa­di və­ziy­yə­tin proq­noz­laş­dı­rıl­ma­sın­dan is­tifadə edilir.
NƏTİCƏ
Beləliklə, müstəqillik qazandığımız ilk dövrlərdən müasir zamanımıza kimi Respublikamızda reallaşdırılan iqtisadi islahatlar fiskal siyasətin istiqamətlərinin müəyyənləşdirilməsindən ibarətdir. İkinci dəfə azadlığımızı qazandıqdan sonra ölkəmizin iqtisadi tərəfdən inkişafını təmin etməkdən ötrü iqtisadi inkişaf strategiyası düzəldilmiş və bunun sayəsində Azərbaycanın digər iqtisadi sistemə keçidinin reallaşdırılması aşağı xərclərlə nəzərdə tutulmuşdur. Ölkəmiz kimi keçid dövründə qalmış dövlətlərdə büdcə əsasən sosial problemlərin aradan götürülməsinə istiqamətlənmişdir və bu özünü həm büdcə, həmdəki vergi siyasətində açıq şəkildə büruzə verir.

ƏDƏBİYYAT

  1. “Büdcə sistemi haqqında qanun”, Bakı-2002

  2. S.E.Əhmədova.Azərbaycan iqtisadiyyatı.Bakı-2015

  3. Elçin İbrahimov.Azərbaycan iqtisadiyyatı.Bakı-2010

  4. Ələkbərov Ə.Ə – Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafında vahid büdcə sisteminin rolu, Bakı-2005

  5. Xankişiyev.B.A - Büdcə prosesi və büdcə təsnifatı, Bakı-2002

Yüklə 73,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə