Fesil indd



Yüklə 2,83 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix20.09.2018
ölçüsü2,83 Mb.
#69535
1   2   3   4   5   6   7   8   9   ...   12

83

maliyyət amillərini araşdırır.

- İmkanlar sorğu anketi: Ev təsərrüfatları tərəfindən istifadə edilən və lokal 

xidmət təchizatçılarının təklif etdiyi xidmətlərin keyfiyyət amillərini araşdırır.

Rifah səviyyəsini ölçmək üçün müxtəlif mənbələrə, o cümlədən beynəlxalq 

hesabatlara istinad olunmaqla Economic Intelligence Unit tərəfindən hazırlanan 

Həyat Keyfiyyəti İndeksi aşağıdakı doqquz göstəricini ehtiva edir:

- sağlamlıq;

- ailə həyatı;

- ictimai həyat;

- maddi rifah;

- siyasi stabillik və təhlükəsizlik;

- iqlim və coğrafiya;

- iş təhlükəsizliyi;

- siyasi azadlıqlar;

- gender bərabərliyi.

Bir sıra ölkələrdə hər nəfərə düşən ÜDM-in həcminin yüksək olmasına bax-

mayaraq, yaşayış keyfiyyətinin aşağı olması iqtisadi artımın iqtisadi inkişafla 

dəstəklənmədiyini ortaya qoyur.

Həyat standartlarını ölçmək üçün alternativ yanaşmalardan biri də, Cənubi 

Afrikanın İctimai Tədqiqatlar Fondu (South African Audience Research Foun-

dation, SAARF) tərəfindən hazırlanmışdır və marketinq araşdırmalarında geniş 

istifadə edilir. Bu metodun digərlərindən əsas fərqi ondadır ki, bu zaman gender 

bərabərliyi, urbanizasiya səviyyəsi və s. kimi indikatorların əvəzinə həyat stan-

dartı baxımından daha konkret göstəricilər (mənzil, isti su, paltaryuyan maşın, 

kompüter və s.) nəzərə alınır.



3.3  

Sosial-iqtisadi fenomen kimi yoxsulluq

3.3.1

Yoxsulluğa dair əsas anlayışlar

Bəşər tarixinin hər mərhələsində mövcud olan yoxsulluq, sadəcə iqtisadi de-

yil, sosial və əxlaqi xüsusiyyətləri ilə birlikdə kompleks problemdir. Qeyd edək 

ki, Minilliyin İnkişaf Məqsədlərindən ən birincisi məhz ifrat yoxsulluğun və ac-

lığın aradan qaldırılmasından ibarətdir. Bu məqsəd özündə üç hədəfi birləşdirir:

- 1990 və 2015-ci illər arasında gündəlik gəliri 1 ABŞ dollarından az olan 

əhalinin nisbətini yarıyadək azaltmaq;

- qadınlar və gənclər də daxil olmaqla hər kəsə layiqli iş təmin etməklə tam 

və məhsuldar məşğulluğa nail olmaq;

- 1990 və 2015-ci illər arasında aclıqdan əziyyət çəkən əhalinin nisbətini 

yarıyadək azaltmaq.



84

Beynəlxalq təcrübədə yoxsulluq anlayışını izah etmək üçün vahid yanaşma 

mövcud deyil və ədəbiyyatda yoxsulluqla bağlı əsasən aşağıdakı yanaşmalara 

rast gəlmək mümkündür:

- mütləq yoxsulluq yanaşması;

- nisbi yoxsulluq yanaşması;

- subyektiv yoxsulluq yanaşması;

- məhrumiyyət yanaşması;

- insani yoxsulluq yanaşması;

- çoxfaktorlu yoxsulluq yanaşması.

Göründüyü  kimi,  əhalinin  həyat  səviyyəsinin  qiymətləndirilməsi  ilə  bağ-

lı müxtəlif yanaşmaların olması səbəbindən yoxsulluq anlayışına verəcəyimiz 

tərif  də  yoxsulluq  səviyyəsini  hansı  metodoloji  yanaşma  ilə  ölçməmizə  görə 

dəyişəcəkdir.

Mütləq  yoxsulluq  yanaşmasında  yoxsulluq  səviyyəsi  ümumi  gəlirlə, 

sərəncamda qalan minimum gəlirlə və ya istehlak səviyyəsi ilə əlaqələndirilir. 

Məsələn,  Dünya  Bankı  tərəfindən  yoxsulluq  səviyyəsi  az  inkişaf  etmiş 

ölkələr  üçün  alıcılıq  qabiliyyəti  paritetinə  görə  bir  nəfər  üçün  gündəlik  1,25 

ABŞ dolları, inkişaf etməkdə olan ölkələr üçünsə 2 ABŞ dolları səviyyəsində 

müəyyənləşdirilmişdir. Bu metod məlumatların əldə edilməsi və ölçülmə baxı-

mından asan olsa da, real mənzərəni tam əks etdirmir.

Öz  növbəsində,  Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatı  iş  qabiliyyətinin 

bərpa olunması ilə bağlı əsas ehtiyacların ödənilməsi məqsədilə bir nəfər üçün 

gün  ərzində  tələb  olunan  qida  istehlakının  enerji  dəyərinin  2100  kilokalori 

səviyyəsində olduğunu bildirir.

Nisbi yoxsulluq yanaşmasına görə isə bir ölkədə (və ya regionda) ortala-

ma həyat standartları üçün tələb olunan xərclərin səviyyəsi gəlirlərindən yüksək 

olan fərdlər (və ya ailələr) yoxsul sayılırlar. Ona görə də nisbi yoxsulluq standartı 

hər bir cəmiyyət üçün fərqli olmaqla birlikdə, həm də ümumi rifah səviyyəsinin 

dəyişməsindən asılıdır.

Subyektiv yoxsulluq yanaşmasında fərdlərin yoxsul olub-olmadıqları yalnız 

onların öz rəyləri (sorğu) əsasında müəyyən edilir. Subyektivlik amilinə baxma-

yaraq, sosial bir problem kimi yoxsulluğun qiymətləndirilməsində nisbətən daha 

məqbul yanaşmadır.

Məhrumiyyət  yanaşması  yoxsulluğu  sosial  təcridin  bir  növü  kimi  qəbul 

edir. Yəni, yaşayış səviyyələri həm fiziki, həm də sosial baxımdan yaşadıqları 

cəmiyyətdə hakim olan həyat standartlarından əhəmiyyətli dərəcədə aşağı olan-

lar yoxsul hesab edilir.

İnsan həyatına yoxsulluğun birbaşa və dolaylı təsirlərini (savadsızlıq, aclıq, 

qidalanma, xəstəliklərlə mübarizə və s.) nəzərə alan və 1997-ci ildən etibarən 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının İnsan İnkişafı Hesabatla-



85

rında öz əksini tapan insani yoxsulluq anlayışı Nobel mükafatı laureatı Amartya 

Sen tərəfindən irəli sürülən qabiliyyət yanaşmasına əsaslanır. İnsani yoxsulluq 

fundamental insani imkanlardan məhrum olmaq şəklində də tərif edilə bilər və 

imkanların davamlılığını və keyfiyyətli həyatı təmin edən mal və xidmət inf-

rastrukturuna (enerji, gigiyena, təhsil, səhiyyə, kommunikasiya, içməli su və s.) 

əlyetərliliyin olmaması və ya məhdudluğu formasında özünü büruzə verir.

İnsan  inkişafı  ilə  bağlı  2010-cu  ilin  hesabatında  Oxford  Universiteti  ilə 

birlikdə  insani  yoxsulluq  yanaşması  daha  da  inkişaf  etdirilərək  Çoxfaktorlu 

Yoxsulluq İndeksi təqdim olunmuşdur. Məlum olduğu kimi, İnsan İnkişafı İn-

deksi üç alt indeksə əsaslanır ki, bunlardan biri yaşayış standartlarıdır. Yaşayış 

standartları da öz növbəsində adambaşına ÜDM göstəricisi ilə müəyyən edilir. 

Digər tərəfdən Çoxfaktorlu Yoxsulluq İndeksi təhsil illəri, içməli su kimi İnsan 

İnkişafı İndeksinin əhatə etdiyi bir sıra alt göstəriciləri ehtiva edir (cədvəl 2). 

Bu baxımdan çoxfaktorlu yoxsulluq yanaşmasının ortaya qoyulması ilə birlikdə 

“yoxsulluğa qarşı mübarizədə iqtisadi artıma, yoxsa insan inkişafına fokuslan-

malı?” sualı da xüsusi əhəmiyyət qazanmışdır.

3.3.2

Yoxsulluq səviyyəsinin ölçülməsi

Yoxsulluq  səviyyəsinin  ölçülməsində  ən  yeni  yanaşma  olan  Çoxfaktor-

lu Yoxsulluq İndeksi (ÇYİ) fərdlərlə bağlı səhiyyə, təhsil və yaşayış standartı 

üzrə bir sıra çatışmazlıqları nəzərə alır. Bu məqsədlə ev təsərrüfatları üzrə sor-

ğu anketlərindən əldə edilən məlumatlardan istifadə olunur. Həmin məlumatlar 

daha sonra milli yoxsulluq səviyyəsini əldə etmək üçün ümumiləşdirilir.

Cədvəl 2-dən göründüyü kimi ÇYİ 3 göstəricidən və həyat standartları üzrə 

6, təhsil və səhiyyənin hər biri üzrə 2 olmaqla, ümumilikdə 10 alt komponentdən 

(d)  ibarətdir.  Ev  təsərrüfatı  hansı  komponent  üzrə  mənfi  nəticəyə  sahibdirsə, 

təsərrüfata daxil olan hər bir fərdə həmin komponent üzrə bal verilir.



Cədvəl 2. Çoxfaktorlu Yoxsulluq İndeksinin komponentləri 

Çoxfaktorlu Yoxsulluq İndeksi 

Həyat standartlar 

Təhsil 

Səhiyyə 

•  Maşn və avadanlq 

•  Evin döşəməsi 

•  Elektrik 

•  İçməli su 

•  Sanitariya 

•  Mətbəx yanacağ 

•  Təhsil illəri 

•  Məktəbə davamiyyət 

•  Uşaq ölümü 

•  Qidalanma 

Mənbə: Human Development Report 2010. 




Yüklə 2,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə