2
MÜNDƏRICAT
GİRİŞ
3-7
FƏSİL 1. ƏHALİNIN
HƏYAT
SƏVIYYƏSININ
TƏNZİMLƏNMƏSİNİN
NƏZƏRİ-METODOLOJİ
MƏSƏLƏLƏRİ
8-36
1.1.
Həyat səviyyəsinin və əhali gəlirlərinin tənzimlənməsi
probleminə yanaşmalar
8-25
1.2.
Həyat səviyyəsi və əhali gəlirlərinin bölgüsü arasında
qarşılıqlı əlaqənin nəzəri əsasları
25-36
FƏSİL 2. MÜASIR DÖVRDƏ AZƏRBAYCANDA ƏHALİNİN HƏYAT
SƏVIYYƏSININ
VƏ
GƏLİRLƏRİNİN
TƏNZİMLƏNMƏSİNİN TƏHLİLİ
37-65
2.1.
Qlobal maliyyə böhrani şəraitində gəlirlərin tənzimlənməsində
baş verən dəyişikliklərin təhlili
37-46
2.2.
Əhali gəlirlərində bərabərsizliyə təsir edən amillərin
qiymətləndirilməsi
46-58
2.3.
Əhalinin gəlirlərindən istifadə və əhalinin istehlak xərclərinin
strukturu
58-65
FƏSİL 3. AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİ GƏLİRLƏRİ-
NİN
DÖVLƏT
TƏNZİMLƏNMƏSİNİN
ƏSAS
İSTİQAMƏTLƏ-Rİ VƏ MEXANİZMLƏRİ
66-91
3.1.
Əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin əsas istiqamətləri
və mexanizmləri
66-76
3.2.
Müasir şəraitdə əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi
76-91
NƏTİCƏ VƏ TƏKLİFLƏR
92-96
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLARIN SİYAHASI
97-103
3
GİRİŞ
Mövzunun aktuallığı. Fiskal İqtisadi sistemindən asılı olmayaraq hər bir
ölkədə əhali gəlirlərinin tənzimlənməsi ən aktual problemlər sırasında durur. Lakin
təcrübə göstərir ki, bu problem iqtisadi cəhətdən zəif, demokratik prinsiplərdən uzaq,
diktatura rejimində yaşayan ölkələrdə, həmçinin transformasiya iqtisadiyyatlı
ölkələrdə daha ciddi xarakter alır. Azərbaycanın da transformasiya iqtisadiyyatlı
ölkələr sırasında durduğunu nəzərə alsaq onda əhali gəlirləri, onun formalaşması,
bölgüsü və yenidən bölgüsünün tənzimlənməsi sahəsində mövcud vəziyyətin tədqiq
edilməsinin aktual problem olduğunu söyləmək olar.
Məlumdur ki, problemin aktuallığı müstəqilliyin ilk illərində yaranmış iqtisadi,
siyasi böhran şəraitində özünü daha qabarıq göstərməyə başladı. Belə ki, həmin
dövrlərdə əhalinin gəlirləri və onların formalaşması mənbələri məhdudlaşaraq ölkədə
kəskin qeyri-bərabərlik yaratdı. Bunun nəticəsi olaraq bazar münasibətlərinə keçidin
ilk illərində həyat səviyyəsinin ciddi surətdə aşağı düşməsi, işsizlərin və yoxsulluq
həddində yaşayanların daha da artması, təbəqələşmə prosesinin güclənməsi və s. bu
kimi hallar ölkənin sosial-iqtisadi problemlərinin həll edilməsində xeyli çətinliklər
yaratdı. Buna görə də, ölkədə beynəlxalq tələblərə cavab verən sosial müdafiə
sisteminin formalaşdırılması, əhali gəlirlərinin tənzimlənməsi, gəlirlərin bölgüsü və
yenidən bölgüsü məsələsinə inzibati-amirlik sistemindən fərqli olan və bazar iqtisa-
diyyatının tələblərinə uyğun bölgü və yenidən bölgü mexanizminin yaradılmasını
tələb edirdi.
Bu məqsədlə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra sosial sahədə bir
çox qanunlar, normativ aktlar və s. qəbul olunmuşdur. Belə ki, 1991-95-ci illərdə
«Məşğulluq haqqında», «Sosial sığortaya və məşğulluq fonduna ayırmaların nor-
mativləri haqqında», «Minimum istehlak büdcəsi haqqında», «Pensiya təminatı haq-
qında», «Hərbi qulluqçuların pensiya təminatı haqqında», «Vətəndaşların pul gəlir-
lərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında», «Əlillərin sosial müdafiəsi
haqqında», «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər
haqqında» və s. qanunlar qəbul edilmişdir.